Premyer Liqa Qızıl Butsu

Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır.[1][2] Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir.[3][4] Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir.[5][6]

Premyer Liqa Qızıl Butsu

Ölkəİngiltərə
Tipmükafat
Kimə verilirPremyer Liqada ən çox qol vuran futbolçuya
Təltif edirFutbol Assossasiyası
Statistika
Təsis tarixi1993
İlk təltif
  • 1993

Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı.[2] Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər.[7] Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı.[2]Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı.[8] O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi. 1994/95 mövsümündən sonra liqada klubların sayı 22-dən 20-yə endirildi və beləliklə çempionatda matçların sayı 42-dən 38-ə düşürüldü.[2]

Tyerri Anri mükafatı 4 dəfə qazanmaqla bu mənada rekorda sahibdir. Cimmi Floyd Hasselbaynk və Duayt York bu mükafatı qazanan həm ingilis həm də avropalı olmayan ilk futbolçular sayılır. Onlar 1999-cu ildə Maykl Ouen ilə birlikdə bu mükafatı qazanmışlar.[9] Alan Şirer Tyerri Anridən savayı yeganə ikinci futbolçudur ki, mükafatı ardıcıl olaraq 3 dəfə qazanmağa müvəffəq olmuşdur.[10] Kevin Filips, Tyerri Anri, Kriştiano RonaldoLuis Suarez Premyer Liqada qızıl butsu qazandıqları mövsüm həm də Avropa qızıl butsunu qazanmışdır.[10][11] Tyerri Anri bu uğuru ardıcıl olaraq 2004 və 2005-ci illərdə əldə etmişdir.[12] Alan Şirer, Cimmi Floyd Hasselbaynk və Robin van Persi 2 fərqli klubda bu mükafatı qazanan yeganə oyunçulardır.[13]

Endrü Koul və Alan Şirer 1993/94 və 1994/95 mövsümlərində 34 dəfə fərqlənməklə bu mükafatın tarixində ən çox qol vurmuş oyunçu hesab olunurlar.[10][upper-alpha 1] Bütün zamanların ən aşağı qol göstəricisi olmuş qızıl buts sahibləri isə 1996/97 və 1998/99 mövsümlərində olmuşdur.[15] Belə ki, hər iki mövsümdə hər 3 futbolçu 18 dəfə fərqlənməklə bu mükafata nail olmuşdur. Sonuncu dəfə isə belə bir hal 2010/11 mövsümündə yaşanmışdır.[16] "Belə ki, "Mançester Siti" və "Mançester Yunayted"in hücumçuları olan Karlos Tevez və Dimitar Berbatov bir mövsüm ərzində 20 dəfə fərqlənməklə bu mükafata sahib olmuşdur.[17] "Liverpul"un formasını geyinmiş Luis Suarez isə keçirdiyi oyunların nisbətinə görə 31 dəfə fərqlənməklə bu mənada rekorda sahibdir (31 qol / 33 matç).[18][19]

Qaliblər

Kriştiano Ronaldo, Premyer Liqa Qızıl Butsu ilə yanaşı avropa qızıl butsunu qazanmış 4 futbolçudan biridir.
Duayt York, Premyer Liqa Qızıl Butsunu qazanmış ilk qeyri avropalı futbolçu olmuşdur.
Açar
Oyunçu (X)Oyunçu mükafatı bir dəfədən artıq qazanıbsa bu, mötərizə içərisində qeyd olunur.
OyunlarQalibin mövsüm ərzində keçirdiyi oyun sayı qeyd olunur.
NisbətQalibin matç hesabına qol nisbəti qeyd olunur.
Mövsüm ərzində birdən artıq qalibin olduğunu göstərir.
Qalibin həmin mövsüm avropa qızıl butsunu qazandığını göstərir.
§Qalibin, oynadığı klubun Premyer Liqanın çempionu olduğunu göstərir.
Premyer Liqa Qızıl Butsunun qalibləri
MövsümOyunçuMilliyətKlubQol sayıOyun sayı[upper-alpha 2]Nisbətİstinad
1992–93Teddi Şerinqem  İngiltərəTottenhem Hotspur [upper-alpha 3]22410.54[8]
1993–94Endrü Koul  İngiltərəNyukasl Yunayted34400.85[8]
1994–95Alan Şirer  İngiltərəBləkbörn Rovers §34420.81[8][22]
1995–96Alan Şirer (2)  İngiltərəBləkbörn Rovers31350.89[8][22]
1996–97Alan Şirer (3)  İngiltərəNyukasl Yunayted25310.81[8][22]
1997–98 Kris Satton  İngiltərəBləkbörn Rovers18350.51[8]
1997–98 Dion Dablin  İngiltərəKoventri Siti18360.50[8][23]
1997–98 Maykl Ouen  İngiltərəLiverpul18360.50[8]
1998–99 Maykl Ouen (2)  İngiltərəLiverpul18300.60[8]
1998–99 Duayt York  Trinidad və TobaqoMançester Yunayted §18330.55[24]
1998–99 Cimmi Floyd Hasselbaynk  NiderlandLids Yunayted18360.50[8]
1999–2000Kevin Filips  İngiltərəSanderlend30360.83[10][25]
2000–01Cimmi Floyd Hasselbaynk (2)  NiderlandÇelsi23350.66[26]
2001–02Tyerri Anri  FransaArsenal §24330.73[24]
2002–03Rud Van Nistelroy  NiderlandMançester Yunayted §25340.74[27]
2003–04Tyerri Anri (2)  FransaArsenal §30370.81[12][24]
2004–05Tyerri Anri (3)  FransaArsenal25320.78[12]
2005–06Tyerri Anri (4)  FransaArsenal27320.84[8]
2006–07Didye Droqba  Kot-d'İvuarÇelsi20360.56[28]
2007–08Kriştiano Ronaldo  PortuqaliyaMançester Yunayted §31340.91[upper-alpha 4][3][11]
2008–09Nikolas Anelka  FransaÇelsi19360.53[30]
2009–10Didye Droqba (2)  Kot-d'İvuarÇelsi §29320.91[upper-alpha 4][31]
2010–11 Karlos Tevez  ArgentinaMançester Siti20310.65[32]
2010–11 Dimitar Berbatov  BolqarıstanMançester Yunayted §20320.63[32]
2011–12Robin van Persi  NiderlandArsenal3038[upper-alpha 5]0.79[34]
2012–13Robin van Persi (2)  NiderlandMançester Yunayted §26380.68[5]
2013–14Luis Suarez  UruqvayLiverpul31330.94[18]
2014–15Serxio Aqüero  ArgentinaMançester Siti26310.84[35]
2015–16Harri Keyn  İngiltərəTottenhem Hotspur25380.65[36]
2016–17Harri Keyn (2)  İngiltərəTottenhem Hotspur29300.97[37]
2017–18Məhəmməd Salah  MisirLiverpul32360.89[38]
2018–19Pyer-Emenike Abumeyanq  QabonArsenal22360.61[39]
2018–19Sadio Mane  SeneqalLiverpul22360.61[39]
2018–19Məhəmməd Salah (2)  MisirLiverpul22380.58[39]
2019–20Ceymi Vardi  İngiltərəLester Siti23350.65

Milliyətə görə qalib sayı

ÖlkəToplam
 İngiltərə13
 Niderland5
 Fransa5
 Argentina2
 Kot-d'İvuar2
 Misir2
 Trinidad və Tobaqo1
 Portuqaliya1
 Bolqarıstan1
 Uruqvay1
 Qabon1
 Seneqal1

Klublar üzrə qalib sayı

KlubToplam
Arsenal6
Mançester Yunayted5
Çelsi4
Bləkbörn Rovers3
Liverpul6
Tottenhem Hotspur3
Manchester City2
Nyukasl Yunayted2
Koventri Siti1
Lids Yunayted1
Sanderlend1
Lester Siti1

Qeydlər

İstinadlar

Ümumi

  • "Van Persie wins Premier League Golden Boot (1992–2012 Golden Boot Award winners list)". Arsenal.com. Arsenal FC. 14 May 2012. 3 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
  • "A brief history of the English top division – List of Honours (List of Premier League champions)". ESPN FC. ESPN Internet Ventures. 1 July 2012. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2014.

Xüsusi