Seneqal


SeneqalAfrikanın qərbində dövlət. Seneqal Afrikaın qərbində Seneqal çayının cənubunda yerləşir. Ölkə şimaldan Mavritaniya, şərqdən Mali, cənubdan QvineyaQvineya Bisau ilə həmsərhəddir. Bundan başqa ölkənin daxilində doğru uzanan Qambiya dövləti ilə sərhədi var. Şərq sahilərini isə Atlantik Okeanının suları yuyur.

Seneqal
République du Sénégal
BayraqGerb[d]
BayraqGerb[d]
"Un Peuple, Un But, Une Foi" (fr.)
"Bir xalq, bir məqsəd, bir etiqad"
Himn: 
Pincez Tous vos Koras, Frappez les Balafons
Tarixi
 • Fransadan4 aprel 1960
 • Mali Federasiyasindan çıxması20 avqust 1960
Rəsmi dilləri
PaytaxtDakar
İdarəetmə formasıQarışıq respublika
PrezidentBassirou Diomaye Faye [ 2.IV.2024 ]
Baş nazirOusmane Sonko [ 3.IV.2024 ]
SahəsiDünyada 87-ci
 • Ümumi196190 km²
 • Su sahəsi (%)2,1
Əhalisi
 • Əhali14 milyon nəfər (72-ci)
 • Siyahıyaalma (19.XI.2013)13 508 715 nəf.
 • Sıxlıq71 nəf./km² (137-ci)
ÜDM (AQP)
 • Ümumi33,6 milyard dollar (119-cu)
 • Adambaşına2 300 dollar (199-cu)
ÜDM (nominal)
 • Ümumi (2008-cu yer)$13 350 milyard dollar
 • Adambaşına$1 066 dollar
İİİ (2008)0.502 (artış; 153-cü)
İnternet domeni.sn
ISO koduSN
BOK koduSEN
Telefon kodu+221
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

.

Seneqal

Seneqalın Atlantik Okeanı ilə sahil xəttinin uzunluğu 531 km-dir. Sərhəd xəttinin uzunluğu Qambiya ilə 740 km, Mavritaniya ilə 813 km, Mali ilə 419 km, Qvineya ilə 330 km və Qvineya Bisau ilə 338 km təşkil edir.

Senegal ən yüksək zirvəsi (Adsız) - 581 m.Ərazisinin çox hissəsinin landşaftı düzdür, yalnız cənub hissəsində yüksəklir. İqlim Subtropikdir. Orta temperatur yanvar təxminən 23 °C, iyul ayında isə 28 °C -dir.

Şəhərlər

ŞəhərƏhali(2005)
Dakar2.145.193
Touba475.755
Thiès240.152
Kaolack181.035
M'Bour170.875
Saint-Louis165.038
Rufisque154.975
Ziguinchor153.456

Əhali

Əhalisi - 15,1 milyon nəfərdir (yanvar 2014 hesabatına görə).Şəhər əhalisi - 42% (2008-ci il hesabına görə).İllik artım tempi - 2.7% (məhsuldarlıq səviyyəsi - qadın başına 4,8 doğum).

Orta yaşam həddi - 59 il (57 - kişilər və 61 - qadınlar).

Qeyri-immun çatışmazlığı virusu (HİV) - 1% (2007-ci il hesabatına görə).

Etnik qruplar: 20 etnik qrup, onlardan ən böyüyü volof (43%), Fulani (24%) və serer (15%) var. Ağlar (əsasən Fransız dili) - 1%.

Təhsil səviyyəsi - 51% kişi, 29% -ni qadınlar (2002 görə).

Rəsmi dili - əhalinin 20% danışdığı Fransız dilidir. Milli dil kimi Ərəbcə (Hasaniye), Balanta-ganzha və başqa dillərdən istifadə edilir.

Din - Müsəlmanlar 94%, Xristianlar 5%, yerli inanclar 1% təşkil edir. Xristianların böyük əksəriyyəti - katolikdir, bundan başqa baptistlər, adventistlər, pentikostallar var.

Seneqalın təxminən 12 milyon əhalisi var və əhalinin təqribi 60 %-ni cavan insanlar təşkil edir.Əhalinin 95 %-i müsəlmandır.

Tarix

Seneqambiya

1982-ci ilin fevralında Seneqal Qambiya ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.

Mədəniyyət

Ouakam məscidi

Xarici keçidlər

Həmçinin bax