Didye Droqba

Didye İv Droqba Tebili (fr. Didier Yves Drogba Tébily; 11 mart 1978[1][2][…], Abican) — Kot-d'İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d'İvuar milli futbol komandasının kapitanı. Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardiri. Qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçu[4].

Didye Droqba
fr. Didier Drogba
Ümumi məlumatlar
Doğum tarixi11 mart 1978(1978-03-11)[1][2][…] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu189 sm
Çəkisi91 kq
Mövqeyihücumçu
Nömrəsi11
Karyerası
Gənclik karyerası
1996—1997Fransa Levalua
1997—1998Fransa Le-Man
Klub karyerası[* 1]
1998—2002Fransa Le-Man64 (12)
2002—2003Fransa Genqam45 (20)
2003—2004Fransa Olimpik Marsel35 (19)
2004—2012İngiltərə Çelsi226 (104)
2012Çin Şanxay Şenxua11 (8)
2013—h.h.Türkiyə Qalatasaray35 (17)
Milli yığma[* 2]
2002—h.h.Kot-d'İvuar Kot-d'İvuar104 (65)
Təltif və medalları
Afrika millətlər kubokları
GümüşMisir 2006
GümüşQabon/Ekvatorial Qvineya 2012

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. "Tito" ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir.

Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir. Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır. Bu uğur Çelsi klubunun baş məşqçisi Joze Maurinyonun da diqqətindən yayınmır. Beləliklə 2004-cü ildə Çelsi klubuna transfer olunur.

Droqbaya Fransa millisində oynamaq təklif olunsa da, o doğulduğu Kot-d'İvuarın yığmasında çıxış etməyə üstünlük verib və məhz buna görə də futbolçuya vətənində cəsur ürək ləqəbi veriblər.

2012-ci ilin qış transfer pəncərəsində o, Çelsi klubundan Türkiyənin Qalatasaray klubuna transfer olub.

Nailiyyətləri

Afrikada 2006-cı, 2007-ci və 2008-ci illərdə ən yaxşı futbolçu adına layiq görülüb.

İstinadlar

Həmçinin bax