Qara Afrika

Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad

Qara Afrika və ya Böyük Səhradan cənubdakı AfrikaAfrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan[a] fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır.

Afrikanın siyasi xəritəsi. Qara Afrikaya daxil olan ərazilən yaşıl rənglə verilmişdir.
Afrikanın Qara Afrikanın sərhədini açıq-aydın göstərən peykdən çəkilmiş şəkli.

Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir.[1][2] bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi.

E.ə. I minillikdə Qara Afrikada dəmir metallurgiya geniş yayılmışdı. Qara Afrikanın əhalisi Tunc dövrünü yaşamamışdır. Burada neolit dövründən dəmir dövrünə birbaşa keçid gerçəkləşmişdir.

BMT-yə əsasən, Qara Afrika Böyük Səhradan tamamilə və ya qismən cənubda yerləşən bütün ölkələri əhatə edir.[3] Müasir siyasi bölgüyə əsasən, Qara Afrika 48 ölkəni əhatə edir. Bəzən Madaqaskar da coğrafi yaxınlığına görə Qara Afrikanın bir hissəsi hesab edilir, ancaq ölkə tamamilə bir adada yerləşir və qitəylə birbaşa əlaqəsi yoxdur.

Termindən istifadə kəskin şəkildə tənqidə məruz qalmışdı, çünki bu, sadəcə kartoqrafiya konvensiyaları və Afrikanı Avropa dövlətlərindən tabe etmək layihələri müstəmləkəçilik siyasəti tərəfindən yaradılmışdır.[4][5]

Tamamilə Qara Afrikada yerləşən ölkələr

Qismən Qara Afrikada yerləşən ölkələr

Həmçinin bax

Qeydlər

İstinadlar