BM-21 Qrad

(Qrad (silah) səhifəsindən istiqamətləndirilmişdir)

Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır.

BM-21 Qrad
Rusiya Ordusuna məxsus BM-21 Qrad hərbi parad zamanı.
Rusiya Ordusuna məxsus BM-21 Qrad hərbi parad zamanı.
TipiReaktiv yaylım atəş sistemi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri1963-davam edir
İstismara başlanması1963
İstismar edənlərİstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlərQarabağ müharibəsi
İstehsal tarixçəsi
KonstruktorSplav dövlət araşdırma və istehsalat müəssisəsi
Konstruksiya tarixi1963
İstehsalçıSplav dövlət araşdırma və istehsalat müəssisəsi
İstehsal illəri1963-davam edir
Xüsusiyyətləri
Ağırlığı13.71 ton
Şose sürəti75 km/s
Uzunluğu7.35 m
Eni2.40 m
Hündürlüyü3.09 m
Ekipaj3
Mərminin başlanğıc sürəti2 atış/saniyə
Maksimum məsafə405 km
NişangahPG-1M panoramik teleskop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi xarakteriskası

Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.

İstehsalçı: SSRİ/Rusiya

Lülə diametri: 122 mm

Lülə sayı: 40 ədəd

Doldurulma: 7 dəqiqə

Məhvetmə radiusu: 145.000 m²

Salvo Atış müddəti: 20 saniyə

Atəş məsafəsi: 42 km

Tətbiqi

Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.

Raket və mərmi başlıqları

"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:

  • 9M22U mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
  • 9M22M mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kq, uçuş məsafəsi 21 km.
  • 9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
  • 9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
  • 9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
  • 9M22K1 5 ədəd POM-2 minaları. Uçuş məsafəsi 13 km.
  • 9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
  • 9M28F mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 15 km.
  • 9M28K tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
  • 9M42 işıqlandırıcılarla təchiz olunmuş, uçuş məsafəsi 20 km.
  • 9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
  • 9M53F paraşütlə əyləclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
  • 9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
  • 9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
  • 9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
  • 9M521 mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 40 km.
  • 9M522 paraşütlə əyləclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
  • PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kq, uçuş məsafəsi 15 km.

İstifadə olunan ölkələr

  • BM-21 "Qrad" istifadəçiləri
Ermənistan Silahlı Qüvvələrinə məxsus olan BM-21 Qrad

Əlcəzair