Kuba

Karib dənizi hövzəsində yerləşən ada dövlət

Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman AdalarıYamayka, cənub-şərqində HaitiDominikan Respublikası yerləşir.

Kuba
República de Cuba  (İspan)
BayraqGerb[d]
BayraqGerb[d]
"¡Patria o Muerte, Venceremos!" (İspan)[1]
Vətən və ya ölüm, qalib gələcəyik!
Himn: La Bayamesa
(ing. "The Bayamo Song")[2]
Tarixi
 • Müstəqilliyin elan edilməsi10 oktyabr 1868
 • Müstəqillik müharibəsi24 fevral 1895
 • Tanınması (İspaniyadan ABŞ-yə təhvil verildi)10 dekabr 1898
 • Respublika elan olundu (ABŞ-dən müstəqillik)20 may 1902
 • Kuba inqilabı26 iyul 1953 – 1 yanvar 1959
 • Mövcud konstitusiya10 aprel 2019
Rəsmi dilləri
PaytaxtHavana
İdarəetmə formasıUnitar Marksist–Leninist təkpartiyalı sosialist respublika[3]
Komunist Partiyasının birinci katibiMigel Dias-Kanel
PrezidentMigel Dias-Kanel
Vitse-prezidentSalvador Valdes Mesa
Komunist Partiyasının ikinci katibiXose Ramon Maçado Ventura
Milli Assambleyanın prezidentiEsteban Laso
SahəsiDünyada 104-cü
 • Ümumi109,884 km²
 • Su sahəsi (%)0.94
 • Əhali
  • 10.985.974 nəf. (2023)[10]
 • Siyahıyaalma (2018) 11,209,628[4] nəf.
 • Sıxlıq102.1 nəf./km² (114-cü)
ÜDM (AQP)
 • ÜmumiUS$ 254.865 milyard[5] dollar
 • AdambaşınaUS$ 22,237[5][6] dollar
ÜDM (nominal)
 • Ümumi (2017)US$ 96.851 billion[7] dollar (63-cü)
 • AdambaşınaUS$ 8,433[8] dollar (76-cı)
İİİ (2018)0.778 (artış; 72-ci)
DemonimKubalı
İnternet domeni.cu
ISO koduCU
BOK koduCUB
Telefon kodu+53
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][11]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Kuba

28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.

Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.

Tarixi

Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olmuşdur. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hündu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.

Faydalı qazıntıları

Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur.[12]. Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artmışdır.[13]. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.

Kuba zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur.[14].

Kuba həmçinin iri mis filizi (Oryente və Pinar-del-Rio əyalətlərində), marqan filizi (Oryente əyalətində), xromit (Kamaquey əyalətində), kaolin (Pinos adasında)[15], dəmir filizi, asbest, daş duz və fosfor yataqlarına malikdir.

1984-cü ildə ölkənin qərbində neft və qaz yataqları aşkar edilmişdir.[16].

2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılmışdır.[17]

Bəzi məlumatlara görə Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara görə Kubada neft ehtiyatları 178,9 mln. barrel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.[18]

Mədəniyyəti

Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olmuşdur. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırmışdır.[19]

İnzibati ərazi bölgüsü

Kuba federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə — Huventud adasına bölünür.

  1. Huventud adası (isp. Isla de la Juventud)
  2. Pinar-del-Rio (isp. Pinar del Rio)
  3. Artemisa (isp. Artemisa)
  4. Mayabeke (isp. Mayabeque)
  5. Havana (isp. Ciudad de La Habana)
  6. Matansas (isp. Matanzas)
  7. Syenfueqos (isp. Cienfuegos)
  8. Vilya-Klara (isp. Villa Clara)
  1. Sankti-Spiritus (isp. Sancti Spiritus)
  2. Syeqo-de-Avila (isp. Ciego de Avila)
  3. Kamaquey (isp. Camagüey)
  4. Las-Tunas (isp. Las Tunas)
  5. Qranma (isp. Granma)
  6. Olqin (isp. Holguin)
  7. Santyaqo-de-Kuba (isp. Santiago de Cuba)
  8. Quantanamo (isp. Guantanamo)

İstinadlar