Riçard Attenboro

Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[1][2][…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[5]24 avqust 2014[3][1][…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq[5]) — Aktyorxeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu.

Riçard Attenboro
ing. Richard Attenborough
Doğum tarixi29 avqust 1923(1923-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi24 avqust 2014(2014-08-24)[3][1][…] (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbiürək çatışmazlığı
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1942)[4]
Fəaliyyətissenarist, film prodüseri, kino aktyoru, kinorejissor, siyasətçi, universitet müəllimi[d], teatr aktyoru, aktyor, rejissor, prodüser
Fəaliyyət illəri1942–2007
Partiyası
richardattenborough.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi[6].

Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib[7].

2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı[6].

Lord Riçard və Çelsi FK

“Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur[7].

Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur[7].

O, “Çelsi”nin rəsmi xeyriyyə fondu olan “Help A London Child”in də qurucusudur. Lord Riçard Attenbora nəinki “Çelsi”nin, rəqib komandanın azarkeşləri də böyük sayğı və hörmət bəsləyirdi[7].

İstinadlar