Rusiya Coğrafiya Cəmiyyəti

(Rus Coğrafiya Cəmiyyəti səhifəsindən istiqamətləndirilmişdir)

Rusiya Coğrafiya Cəmiyyəti (rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» və ya qısaca ВОО «РГО») — Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris (1821), Berlin (1828) və Londonda (1830) yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir[1]. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.

Rusiya Coğrafiya Cəmiyyəti
ВОО «РГО»
rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество»
Loqonun şəkli
Növüİctimai Təşkilat
Yaranma tarixi18 avqust 1845
Rəsmi diliRus
MərkəziRusiya Rusiya, Sankt-Peterburq
SədrSergey Şoyqu
Üzvləri19.000
rgo.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəmiyyətin Sankt-Peterburqda yerləşdiyi bina

Tarixi

125 illiyi münasibətilə 1970-ci ildə buraxılmış SSRİ poçt markası[2]

Cəmiyyət Rusiya imperatoru I Nikolayın[3] qərarı ilə 18 avqust 1845-ci ildə yaradılmışdır.

Rəsmi adları

Cəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir[4]:

  • 1845—1850 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
  • 1850—1917 İmperator Rusiya Coğrafiya Cəmiyyəti (rus. Императорское Русское Географическое Общество (ИРГО))
  • 1917—1925 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское Географическое Общество (РГО))
  • 1925—1939 Dövlət Coğrafiya Cəmiyyəti (rus. Государственное географическое общество (ГГО))
  • 1940—1992 SSRİ Coğrafiya Cəmiyyəti və ya Ümumittifaq Coğrafiya Cəmiyyəti (rus. Географическое общество СССР или Всесоюзное географическое общество (ВГО))[5])
  • 1992—1995 Rusiya Coğrafiya Cəmiyyəti (rus. Русское географическое общество (РГО))
  • 1995-ci ildən "Rusiya Coğrafiya Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatı (rus. Всероссийская общественная организация «Русское географическое общество» (ВОО «РГО»))

Cəmiyyətin qəyyumları və himayəçiləri

Vladimir PutinSergey Şoyqu

Cəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər:

Rəhbərlik

Rəhbərlərin cəmiyyətin əsas binasında yerləşmiş portretləri

Müxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir.

Sergey Şoyqu

1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey Şoyqudur[3]. O, həm də Rusiya Federasiyasının müdafiə naziridir.

Rəhbərlik illəriRəhbərVəzifə
1.1845—1892Böyük knyaz Konstantin NikolayeviçSədr
2.1892—1917Böyük knyaz Nikolay MixayloviçSədr
3.1917—1931Yuli ŞokalskiSədr
4.1931—1940Nikolay VavilovPrezident
5.1940—1950Lev BerqPrezident
6.1952—1964Yevgeni PoplovskiPrezident
7.1964—1977Stanislav KalesnikPrezident
8.1977—1991Aleksey TryoşnikovPrezident
9.1991—2000Sergey LavrovPrezident
10.2000—2002Yuri SeliverstovPrezident
11.2002—2009Anatoli KomaritsınPrezident
12.2009—hal-hazırdaSergey ŞoyquPrezident

Fəxri prezidentləri

İdarəetmə orqanları

Mövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir:

  • Konqres;
  • Himayəçilər Şurası;
  • Media Şurası;
  • İdarə Şurası;
  • Elmi Şura;
  • Ağsaqqallar Şurası;
  • Regionlar Şurası;
  • Cəmiyyətin prezidenti;
  • İdarə Heyəti;
  • Təftiş Komissiyası.

Cəmiyyətin MoskvaSankt-Peterburq şəhərlərində qərargahları var[7][8].

Üzvləri

1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.

2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur[3]. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər[3].

Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir[3].

Strukturu

  • Fiziki coğrafiya bölməsi
  • Riyazi coğrafiya bölməsi
  • Statistika bölməsi
  • Etnoqrafiya bölməsi
  • Siyasi-iqtisadi komitə
  • Arktikanın araşdırılması üçün komissiya
  • Seysmik komissiya

Qurultayları

Regional ofisləri

Cəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdır[9].

Cəmiyyətin digər filialları Vilnüs (1867), Orenburq (1867), Kiyev (1873), Omsk (1877), Xabarovsk (1894), Daşkənd (1897) və digər şəhərlərdə yaradılmışdır. VilnüsKiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.

Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.

1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.

Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.

Xarici əlaqələri

1956-cı ildən Beynəlxalq Coğrafiya İttifaqının üzvüdür.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

  • Берг Л. С. Всесоюзное Географическое общество за сто лет. — М.-Л.: Изд-во АН СССР, 1946. — 264 с. — 5000 экз.
  • Географическое общество Союза ССР. 1917—1967 / Авт.-сост.: И. Б. Костриц, Д. М. Пинхенсон; Под ред. чл.-корр. АН СССР С. В. Калесника; Оформление худож. В. И. Примакова. — М.: Мысль, 1968. — 272 с. — 5500 экз.
  • Географическое общество за 125 лет / Ред. С. В. Калесник, Л., 1970.
  • Двадцатипятилетие Императорского Русского Географического общества 13 января 1871 г. СПб., 1872.
  • Константинов О. А. Сто двадцать пять лет Географическому обществу СССР. Л., 1970.
  • Русское географическое общество. 150 лет — М.: АО «Прогресс», 1995.
  • Семёнов-Тян-Шанский П.П. История полувековой деятельности Императорского Русского Географического общества 1845—1895: В 3 частях. — СПб.: В тип. В. Безобразова и Комп., 1896.
    • Часть I-я. — XXX, 468 с.
    • Часть II-я. Отдел IV. — XI, 471—979 с.
    • Часть III-я. Отдел V, Приложения, Указатель и состав Общества. — VIII, 983—1377, 66 с.
  • Состав Императорского Русского географического общества по 1 января 1913 года с дополнениями по 1 октября 1913 года. Типография «Строитель». Санкт-Петербург. 1913.

Xarici keçidlər