Sambo

idman növü

Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi.

Sambo
rus. Cамбо
Samboda ağrıdıcı fəndin yerinə yetirilməsi
Samboda ağrıdıcı fəndin yerinə yetirilməsi
Yaranma tarixi16 noyabr 1938
ÖlkəSSRİ SSRİ
Mənzil-qərargahıÜmumdünya Sambo Akademiyası (Kstov)
BanisiAnatoli Xarlampiyev
Vasili Oşepkov
Viktor Spiridonov
Yaranma yeriMoskva
Xələfləricüdo, ciu-citsu, hapsaqay, kuraş, boks, güləş, qureş, çidaoba, savat
Sələfləridöyüş sambosu, Qreplinq
Müasir təşkilatlarıÜmumrusiya Sambo Federasiyası, Beynəlxalq Sambo Federasiyası (FIAS), Rusiya Döyüş Sambosu Federasiyası, Beynəlxalq Sambo Həvəskarları Federasiyası
Tanınmış ardıcıllarıFyodor Yemelyanenko
Vladimir Putin
Aleksandr Yemelyanenko
Həbib Nurməhəmmədov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar.

Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur.MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.

Xarici keçidlər