Saxta bayraq əməliyyatı

Saxta bayraq əməliyyatı — faktiki məsuliyyət mənbəyini gizlətmək və günahı başqa tərəfə yükləmək məqsədilə edilən hərəkət. "Saxta bayraq" termini ingilis dilində (ing. false flag) XVI əsrdə kiminsə sədaqətinin qəsdən təhrif edilməsi mənasını verən ifadə kimi yaranmışdır.[1][2] Termin məşhur olaraq dəniz müharibəsində bir gəminin öz həqiqi kimliyini gizlətmək üçün neytral və ya düşmən ölkənin bayrağını qaldırması hiyləsini təsvir etmək üçün istifadə edilmişdir.[1][2][3] Bu taktika əvvəlcə dəniz quldurları və kaperlər tərəfindən digər gəmiləri aldatmaq üçün onlara hücum etməzdən əvvəl onlara yaxınlaşmağa icazə vermək üçün istifadə edilmişdir. Daha sonra beynəlxalq dəniz qanunlarına uyğun olaraq dəniz müharibəsi zamanı məqbul bir təcrübə hesab edilmişdir, bir şərtlə ki, hücum edən gəmi hücum başlayan kimi öz həqiqi bayrağını nümayiş etdirsin.[4][5][6]

İndiki dövrdə bu termin özlərinə qarşı hücumlar təşkil edən və hücumları düşmən xalqlar, ya da terrorçular kimi göstərən ölkələri əhatə edir. Beləliklə, hücuma məruz qalan millətə daxili repressiya və ya xarici hərbi təcavüz üçün bəhanə yaradılır.[7]

Rusiyanın Ukraynaya hücumunda

2022-ci ilin yanvar və fevral aylarında Qərb dövlət qurumları Rusiyanın Ukraynada saxta bayraq əməliyyatından istifadə edəcəyini proqnozlaşdırmışdı.[8] 24 fevralda Rusiyanın Ukraynaya hücumu ərəfəsində Rusiya hökuməti dezinformasiya kampaniyasını gücləndirmişdi. Bu zaman Rusiya dövlət mediası Ukrayna qüvvələrinin Rusiyaya hücum etdiyini göstərmək məqsədilə hər saat saxta bayraqlar yayırdı.[9][10] Dezinformasiya xarakterli videoların bir çoxu keyfiyyətsiz və həvəskar formada idi, uyğun olmayan metadatada səhv tarixlər göstərilirdi.[10] "Bellingcat" tədqiqatçılarının və digər müstəqil jurnalistlərin sübutları Donbasda iddia edilən hücumların, partlayışların və evakuasiyaların Rusiya tərəfindən təşkil edildiyini göstərmişdir.[10][9][11][12][13]

Həmçinin bax

İstinadlar