Stromae

Pol Van Aver (fr. Paul Van Haver; 12 mart 1985[1]), daha çox Stromae (tələffüzü: Stromay) adı ilə tanınan, Ruanda əsilli belçikalı repçi. O, "Stromae" səhnə təxəllüsünü "maestro" sözündən təhrif edib.

Stromae
Pol Van Aver (fr. Paul Van Haver)
Ümumi məlumatlar
Doğum adıPaul Van Haver
Doğum tarixi12 mart 1985(1985-03-12)[1] (39 yaş)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni-mahnı yazarı, repçi, səsyazma sənətçisi[d], musiqi prodüseri
Fəaliyyət illəri2003-günümüz
Janrhip-hop[d]
Albom şirkətləriBecause Music
Mercury France
Universal Music France
stromae.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

2000-ci ildə o, Opamaestro təxəllüsü ilə rep dünyasında öz fəaliyyətini başlıyır, amma bu təxəllüs başqa birisinə oxşadığı üçün onu dəyişmək qərarına gəlir və Stromae-ni seçir. 18 yaşında JEDİ (Didye Jan-Lonqan) adlı repçi ilə qrup yaradır, və onlar "Faut que t’arrête le Rap" adında mahnı və klip hazırlayırlar. Buna baxmayaraq JEDİ qrupu tərk edir, və beləcə Stromae-nin solo karyerası başlıyır.

Təhsil haqqını ödəmək üçün o, işləməyə başlıyır, amma qazandığı pullar yenə də onu qanə etmir, və o, Milli kinematoqrafiya və radioelektronika institutunun (İNRACİ) kino fakültəsinə qəbul olunur, qazanmış pullarla "Juste un cerveau, un flow, un fond et un mic…" adlı ilk albomunu yazdırır.

2008-ci ildə Pol Melissa M. iə "Avec tout mon amour" albomu üçün "Cette fois interprété" mahnısını yazır, həmçinin Keri Ceymsin "À L’Ombre Du Show Business" albomu üçün daha dörd kompozisiya və Anggunla birlikdə "Si je t’emmène" sinqlını yazır.

2009-cu ildə Stromae öz birinci hitini "Alors on danse" mahnısını təqdim edir. Mahnı başqa ölkələrdə də sürətlə məşhurlaşır. Fransada, Almaniyada, Belçikada ən çox satılanlardan olur. Stromae məhz bu mahnıdan sonra dünyada tanındı.

2010-cu ildə NRJ Award-da mükafat almışdı.

Şəxsi həyatı

Stromae 2011-ci ilin iyununda təsdiq etmişdi ki, o, keçmiş "Miss Belçika 2005" Tatiana Silva Braqa Tavares ilə görüşürdü. Onlar 2012-ci ilin sentyabr ayında ayrılmışdılar.[2] İndi ki sevgilisi stilistka Korali Barbyedi.[3]

Diskoqrafiya

Studiya albomları

İlAlbomЧарты
BEL
(Wa)
[4]
BEL
(Vl)
[5]
AUT
[6]
NL
[7]
FRA
[8]
GRE
[9]
SWI
[10]
GER
[11]
2010Cheese
  • Reliz: 14 iyun 2010
  • Leybl: Vertigo, Mosaert, Universal France
173475641829
2013Racine carrée
  • Reliz: 16 avqust 2013
11-11-121
20Multitude
  • Reliz: 4. mart 2022

EP albomlar

İlDetallar
2007Juste un cerveau, un flow, un fond et un mic…
  • Ieybı: Institut National de Radioélectricité et Cinématographie

Mixtape

İlDetallar
2006Freestyle Finest (& Gandhi, K–Deeja)
2010Mixture Elecstro
  • LEybl: Because Music, Kilomaitre
  • DJ Psar birlikdə

Video albomları

İlDetallar
2015Racine carrée Live
  • Reliz: 11 dekabr 2015

Sinqıllar

İlAdÇartlarSatış statusuAlbom
BEL
(Wa)
[12]
BEL
(Vl)
[13]
AUT
[14]
CZ
[15]
NL
[16]
FRA
[17]
GER
[18]
ITA
[19]
SWI
[20]
RUS
[21]
EU
[22]
2009"Up saw liz"Mixture Elecstro
"Alors on danse"11111111121
  • BEL: 3 qat platinli[23]
  • DEN: Platinli[24]
  • GER: Platinli[25]
  • SWI: 2 qat platinli[26]
Cheese
2010"Te quiero"4179015362
"Bienvenue chez moi"
"Peace or violence"1274
"Rail de musique"
"House’llelujah"22
"Silence"26
2013"Papaoutai"13321642
  • BEL: 2 qat platinli[27]
  • SWI: 2 qat platinli[26]
Racine carrée
"Formidable"1136213913
  • BEL: 3 qat platinli[28]
  • SWI: Platinli[26]
"Tous les mêmes"1429134
2014"Ta fête"264530
"Ave Cesaria"4597
"Meltdown" (feat. Lorde, Pusha T, Q-Tip & Haim)57107
2015"Carmen"463167Racine carrée
"Quand c'est?"39142
2017"Repetto X Mosaert"
2018"Défiler"7298
2021"Santé"1227312Multitude
2022"L'enfer"111013

Başqa kompozisiyalar

  • 2003 — "Faut que t’arrête le Rap…" (feat. J. E. D. I.)
  • 2009 — "C’est Stromae"
  • 2009 — "Promoson"

İstinadlar