UEFA Çempionlar Liqası 2019/2020

UEFA Çempionlar Liqası 2019/2020UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 65-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 28-ci mövsümüdür.

UEFA Çempionlar Liqası 2019/2020
Yarış məlumatları
TarixTəsnifat mərhələləri:
25 iyun – 28 avqust 2019
Qrup mərhələsi və finala doğru gedəcək oyunlar:
17 sentyabr 2019 – 23 avqust 2020
Başlama tarixi25 iyun 2019
Bitmə tarixi23 avqust 2020
Komanda sayı32 (qruplarda)
79 (ümumi)
Yekun nəticəsi
ÇempionAlmaniya Bayern Münhen (6-cı dəfə)
İkinciFransa Paris Seyn Jermen
Yarış statistikası
Oyun sayı119
Qol sayı386 (matç başına: 3.24)
Tamaşaçı sayı4758398 matç başına: 39987
Mükafat sahibləri
Bombardir(lər)Polşa Robert Levandovski (15 qol)
Ən yaxşı oyunçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Final matçı Lissabonda yerləşən Eştadio da Luş stadionunda, "Bayern Münhen" və "Paris Seyn Jermen" arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2019–20 UEFA Avropa Liqası qalibi "Sevilya" klubu ilə 2020 UEFA Super Kuboku çərçivəsində matç oynama hüququ qazandı. "Bavariya" kuboku əldə etməsə belə 2020–21-ci il mövsümü Çempionlar Liqasında iştirakını təmin etmişdi. Buna görə UÇL-də həmin rezerv olunmuş yeri Niderland çempionu "Ayaks" tutur.

Turnirdə video köməkçi hakim play-off turundan etibarən istifadə edilir.[5]

Ötən mövsümün finalistləri olan LiverpulTottenhem Hotspur bu mövsüm 1/8 Finalda müvafiq olaraq RB LeypsiqAtletiko Madrid klubları tərəfindən mübarizədən kənarlaşdırıldılar.

Koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq turnirin matçları 1/8 Final mərhələsində təxirə salınmışdır.[6] 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı.[7]

17 iyunda UEFA 1/4 Final, yarımfinal və final matçlarının 2020-ci ilin avqustunda Portuqaliyada keçiriləcəyini ictimaiyyətə açıqladı. Bütün matçlar tək ayaqlı oynanıldı. İstanbul isə 2021-ci ildə turnirin finalına ev sahibliyi edə biləcək.[8]

"Bayern Münhen" kuboku başı üzərinə qaldırmaqla bərabər bir neçə önəmli nailiyyət əldə etdi. İlk növbədə, klub bu mövsüm həm Almaniya kuboku, həm Bundesliqa, həm də UÇL çempionu olmaqla ikinci dəfə qızıl het-trik etdi. Bununla yanaşı, Münhen təmsilçisi turnirdəki bütün oyunlarını qələbə ilə başa vuraraq 100 %-lik nəticə əldə edərək turnir tarixində bir ilkə imza atdı.

COVID-19 pandemiyasının turnirə təsiri

1/8 Final mərhələsinin matçları fevral və martın iki həftəsi olmaqla dörd həftədə keçirilməli idi. İlk matçlar rahat şəkildə reqlamentə uyğun oynanılsa da, ikinci matçlar haqqında təəssüf ki, eyni sözü deyə bilmirik. Belə ki, ikinci matçların ilk 4-ü tamaşaçasız da olsa oynana bildi.[9][10] Digər 4 matç, daha dəqiq desək, "Mançester Siti", "Bayern Münhen", "Yuventus" və "Barselona"nın ev sahibliyi edəcəyi matçlar 15 martda UEFA tərəfindən qeyri-müəyyən tarixə təxirə salındı.[6][11] Mövsümün qalan hissəsini yenidən planlaşdırmaq üçün bir işçi heyəti çağırıldı.[12] 30 may 2020-ci ildə İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilməli olan final matçı 23 martda UEFA tərəfindən təxirə salındı. İstanbul 2021-ci ildəki finala ev sahibliyi edə biləcək.[7]

17 iyunda Çempionlar Liqası turnirə qaldığı yerdən 7 avqustdan başlanılacağını açıqladı.[13] 1/4 Final mərhələsindən etibarən bütün matçlar Portuqaliyada tək ayaqlı, mini turnir şəklində oynanmalıdır.[13] Bütün matçlar pandemiya ucbatından tamaşaçasız keçiriləcək.

Məkanlar

Lisbon
Eştadio da Luş
Lissabonda matçların keçirildiyi məkanlar
Lissabon
Eştadio da Luş
(Finalın baş tutduğu stadion)
Joze Alvalade Stadionu
Tutumu: 64642Tutumu: 50095

Qatılacaq klubların müəyyənləşməsi

2019–20 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 79 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:

  • 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
  • 5 və 6-cı sıralardakı ölkələrdən üç klub.
  • 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki komanda.
  • 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
  • Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması

Ölkələrin toplam xalları 2013-14 və 2017-18-ci il mövsümlərində Avropa Kuboklarında mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[14]

2019–20 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqi
SıraAssosiasiyaXalKomanda
1 İspaniya106.9984
2 İngiltərə79.605
3 İtaliya76.249
4 Almaniya71.427
5 Fransa56.4153
6 Rusiya53.382
7 Portuqaliya47.2482
8 Ukrayna41.133
9 Belçika38.500
10 Türkiyə35.800
11 Avstriya32.850
12 İsveçrə30.200
13 Çexiya30.175
14 Niderland29.749
15 Yunanıstan28.600
16 Xorvatiya26.0001
17 Danimarka25.950
18 İsrail21.750
19 Kipr21.550
SıraAssosiasiyaXalKomanda
20 Rumıniya20.4501
21 Polşa20.125
22 İsveç19.975
23 Azərbaycan19.125
24 Bolqarıstan19.125
25 Serbiya18.750
26 Şotlandiya18.625
27 Belarus18.625
28 Qazaxıstan18.125
29 Norveç17.425
30 Sloveniya14.500
31 Lixtenşteyn13.0000
32 Slovakiya12.1251
33 Moldova10.000
34 Albaniya8.500
35 İslandiya8.250
36 Macarıstan8.125
37 Şimali Makedoniya6.625
SıraAssosiasiyaXalKomanda
38 Finlandiya6.9001
39 İrlandiya6.700
40 Bosniya və Herseqovina6.625
41 Latviya5.625
42 Estoniya5.500
43 Litva5.375
44 Monteneqro5.000
45 Gürcüstan5.000
46 Ermənistan4.875
47 Malta4.500
48 Lüksemburq4.375
49 Şimali İrlandiya4.250
50 Uels3.875
51 Farer adaları3.750
52 Cəbəllütariq3.000
53 Andorra1.331
54 San-Marino0.499
55 Kosovo0.000

Klubların bölgüsü

Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə başlayırlar.[15]

Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayı
İlkin mərhələ
(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)
  • 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionu
Birinci təsnifat mərhələsi
(32 klub)
  • 20–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)
  • İlkin mərhələdən gələn 1 klub
İkinci təsnifat mərhələsiÇempionlar
(20 klub)
  • 16–19-cu sıralarda yerləşən 4 ölkənin çempionu
  • Birinci təsnifat mərhələsindən gələn 16 klub
Çempion olmayan
(4 klub)
  • 12–15-ci sıralarda yerləşən 4 ölkənin ikincisi
Üçüncü təsnifat mərhələsiÇempionlar
(12 klub)
  • 14–15-ci sıralarda yerləşən 2 ölkənin çempionu
  • İkinci təsnifat mərhələsindən gələn 10 klub
Çempion olmayan
(8 klub)
  • 7–11-ci sıralarda yerləşən 5 ölkənin ikincisi
  • 6-cı sırada yerləşən ölkənin üçüncüsü
  • İkinci təsnifat mərhələsindən gələn 2 klub
Play-off turuÇempionlar
(8 klub)
  • 12–13-cü sıralarda yerləşən 2 ölkənin çempionu
  • Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion klub
Çempion olmayan
(4 klub)
  • Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan klub
Qrup mərhələsi
(32 klub)
  • 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu
  • 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
  • 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü
  • 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
  • Play-off turundan gələn 4 çempion klub
  • Play-off turundan gələn 2 çempion olmayan klub
1/8 Finala çıxanlar
(16 klub)
  • Qruplarında ilk sıranı tutan 8 klub
  • Qruplarında ikinci sıranı tutan 8 klub

Komandalar

Cədvəldə hər komandanın mübarizəyə başladığı mərhələ göstərilmişdir. Komandaların olduqları liqadakı tutduqları yerlər mötərizə içərisində verilmişdir.[15]

2019–20 UEFA Çempionlar Liqasında iştirak edən klublar
Qrup mərhələsi
LiverpulÇL-Ç (2.) Tottenhem Hotspur (4.) RB Leypsiq (3.) Benfika (1.)
ÇelsiAL-Ç (3.) Yuventus (1.) Bayer Leverkuzen (4.) Şaxtyor Donetsk (1.)
Barselona (1.) Napoli (2.) Paris Seyn-Jermen (1.) Genk (1.)
Atletiko Madrid (2.) Atalanta (3.) Lill (2.) Qalatasaray (1.)
Real Madrid (3.) İnter (4.) Olimpik Lyon (3.) Red Bull Salzburq (1.)
Valensiya (4.) Bayern Münhen (1.) Zenit (1.)
Mançester Siti (1.) Borussiya Dortmund (2.) Lokomotiv Moskva (2.)
Play-off turu
ÇempionlarÇempion olmayanlar
Yanq Boys (1.) Slaviya Praqa (1.)
Üçüncü təsnifat mərhələsi
ÇempionlarÇempion olmayanlar
Ayaks (1.) PAOK (1.) Krasnodar (3.) Brügge (2.)
Porto (2.) İstanbul Başakşehir (2.)
Dinamo Kiyev (2.) LASK Linz (2.)
İkinci təsnifat mərhələsi
ÇempionlarÇempion olmayanlar
Dinamo Zaqreb (1.) Makkabi Tel-Əviv (1.) Bazel (2.) PSV Eyndhoven (2.)
Kopenhagen (1.) APOEL (1.) Viktoriya Plzen (2.) Olimpiakos (2.)
Birinci təsnifat mərhələsi
ÇFR Kluj (1.) Astana (1.) Şkendiya (1.) Saburtalo Tbilisi (1.)
Piast (1.) Rosenborq (1.) HJK (1.) Ararat-Armeniya (1.)
AİK (1.) Maribor (1.) Dandolk (1.) Valletta (1.)
Qarabağ (1.) Slovan Bratislava (1.) Sarayevo (1.) F91 Düdelanj (1.)
Ludoqorets Razqrad (1.) Şerif Tiraspol (1.) Riqa (1.) Linfild (1.)
Srvena Zvezda (1.) Partizani Tirana (1.) Nomme Kalyu (1.) Nyu Seynts (1.)
Seltik (1.) Valur (1.) Süduva Maryampol (1.) HB Torshavn (1.)
BATE Borisov (1.) Ferençvaroş (1.) Sutyeska Nikşiç (1.)
İlkin mərhələ
Linkoln (1.) Santa Koloma (1.) Tre Penne (1.) Feronikeli (1.)

Turnirin təqvimi

Oyunların tarixləri aşağıdakı kimidir. (Qrup mərhələsi istisna olmaqla, bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[16]

2019–20 UEFA Çempionlar Liqasının təqvimi
MərhələTurPüşk tarixiBirinci oyunİkinci oyun
Təsnifat mərhələləriİlkin mərhələ11 iyun 201925 iyun 2019 (yarı final turu)28 iyun 2019 (final matçı)
Birinci təsnifat mərhələsi18 iyun 20199–10 iyul 201916–17 iyul 2019
İkinci təsnifat mərhələsi19 iyun 201923–24 iyul 201930–31 iyul 2019
Üçüncü təsnifat mərhələsi22 iyul 20196–7 avqust 201913 avqust 2019
Play-offPlay-off turu5 avqust 201920–21 avqust 201927–28 avqust 2019
Qrup mərhələsi1. oyunlar29 avqust 2019
(Monako)
17–18 sentyabr 2019
2. oyunlar1–2 oktyabr 2019
3. oyunlar22–23 oktyabr 2019
4. oyunlar5–6 noyabr 2019
5. oyunlar26–27 noyabr 2019
6. oyunlar10–11 dekabr 2019
Finala doğru gedilən mərhələlər1/8 Final16 dekabr 201918–19 & 25–26 fevral 202010–11 & 17–18 mart 2020
1/4 Final10 iyul 202012–15 avqust 2020
Yarı Finallar18–19 avqust 2020
Final23 avqust 2020, Eştadio da Luş, Lissabon

İlkin mərhələ

Bu mərhələnin püşkü 11 iyun 2019-cu ildə atıldı.[17] Yarı final matçları 25 iyunda, final matçları isə 28 iyun 2019 tarixində oynanıldı. İki mərhələnin də matçları Kosovonun paytaxtı Priştinadakı Fadil Vokri Stadionunda oynanıldı. İlkin mərhələnin qalibi olan Feronikeli növbəti mərhələyə – birinci təsnifat mərhələsinə yüksəldi. Uduzanlar isə Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar.

1. komanda Hesab 2. komanda
Yarı final mərhələsi
Feronikeli 1–0 Linkoln
Tre Penne 0–1 Santa Koloma
1. komanda Hesab 2. komanda
Final matçı
Feronikeli 2–1 Santa Koloma

Təsnifat mərhələləri

Birinci təsnfiat mərhələsi

Birinci təsnifat mərhələsinin püşkü 18 iyun 2019-cu ildə atıldı.[18] Mərhələnin birinci matçları 9-10 iyulda, ikinci matçları 16-17 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın ikinci təsnifat mərhələsində mübarizə aparacaqlar. (SarayevoSeltik cütü istisnadır. Çünki əlavə püşkün nəticəsində bu cütün məğlubunun Avroliqanın üçüncü təsnifat mərhələsində mübarizə aparacağı bəlli olmuşdur.)

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Nomme Kalyu 2–2 (SQ) Şkendiya0–12–1
Süduva Maryampol 1–2 Srvena Zvezda0–01–2
Ararat-Armeniya 3–4 AİK2–11–3
Astana 2–3 ÇFR Kluj1–01–3
Ferençvaroş 5–3 Ludoqorets Razqrad2–13–2
Partizani Tirana 0–2 Qarabağ0–00–2
Slovan Bratislava 2–2 (2–3 pen.) Sutyeska Nikşiç1–11–1 (ə.v)
Sarayevo 2–5 Seltik1–31–2
Şerif Tiraspol 3–4 Saburtalo0–33–1
F91 Düdelanj 3–3 (SQ) Valletta2–21–1
Linfild 0–6 Rosenborq0–20–4
Valur 0–5 Maribor0–30–2
Dandolk 0–0 (5–4 pen.) Riqa0–00–0 (ə.v)
Nyu Seynts 3–2 Feronikeli2–21–0
HJK Helsinki 5–2 HB Torshavn3–02–2
BATE Borisov 3–2 Piast1–12–1

İkinci təsnifat mərhələsi

İkinci təsnifat mərhələsində klublar iki yerə bölünür: Çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 19 iyun 2019-cu ildə atıldı.[19] Mərhələnin birinci matçları 23-24 iyulda, ikinci matçları 30-31 iyulda oynanıldı. Bu mərhələdə mübarizəni dayandıranlar Avroliqanın üçüncü təsnifat mərhələsində apardılar.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
ÇFR Kluj 3–2 Makkabi Tel-Əviv1–02–2
BATE Borisov 2–3 Rosenborq2–10–2
Nyu Seynts 0–3 Kopenhagen0–20–1
Ferençvaroş 4–2 Valletta3–11–1
Dandolk 1–4 Qarabağ1–10–3
Saburtalo 0–5 Dinamo Zaqreb0–20–3
Seltik 7–0 Nomme Kalyu5–02–0
Srvena Zvezda 3–2 HJK Helsinki2–01–2
Sutyeska Nikşiç 0–4 APOEL0–10–3
Maribor 4–4 (SQ) AİK2–12–3
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempionlar
Viktoriya Plzen 0–4 Olimpiakos0–00–4
PSV Eyndhoven 4–4 (SQ) Bazel3–21–2

Üçüncü təsnifat mərhələsi

Bir öncəki mərhələdə olduğu kimi bu mərhələdə də klublar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 22 iyul 2019-cu ildə atıldı.[20] İlk matçlar 6 və 7 avqust, ikinci matçlar isə 13 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda mübarizə apardılar. Çempion olmayan klublar isə Avroliqanın qrup mərhələsində iştirak etmək hüququnu əldə etdilər.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
ÇFR Kluj 5–4 Seltik1–14–3
APOEL 3–2 Qarabağ1–22–0
PAOK 4–5 Ayaks2–22–3
Dinamo Zaqreb 5–1 Ferençvaroş1–14–0
Srvena Zvezda 2–2 (7–6 pen.) Kopenhagen1–11–1 (ə.v)
Maribor 2–6 Rosenborq1–31–3
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempionlar
İstanbul Başakşehir 0–3 Olimpiakos0–10–2
Krasnodar 3–3 (SQ) Porto0–13–2
Brügge 4–3 Dinamo Kiyev1–03–3
Bazel 2–5 LASK Linz1–21–3

Play-off turu

Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 5 avqust 2019-cu ildə atıldı.[21] İlk matçlar 20 və 21 avqustda, ikinci matçlar 27 və 28 avqustda oynanacaq.

Klubların sinifləndirilməsi

ÇempionlarQeyri-çempionlar
SəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər

Oyunlar

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
Dinamo Zaqreb 3–1 Rosenborq2–01–1
ÇFR Kluj 0–2 Slaviya Praqa0–10–1
Yanq Boys 3–3 (SQ) Srvena Zvezda2–21–1
APOEL 0–2 Ayaks0–00–2
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempionlar
LASK Linz 1–3 Brügge0–11–2
Olimpiakos 6–1 Krasnodar4–02–1

Qrup mərhələsi

2019–20 UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların xəritədə yerləri.
Qəhvəyi: A qrupu; Qırmızı: B qrupu; Narıncı: C qrupu; Sarı: D qrupu;
Yaşıl: E qrupu; Mavi: F qrupu; Bənövşəyi: G qrupu; Çəhrayı: H qrupu.

Qrup mərhələsinin püşkü 29 avqust 2019-cu ildə Monakodakı Qrimaldi Forumda atıldı.[22] 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:[23][24]

  • 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2018-ci ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
  • 2, 3 və 4-cü səbətlərdə klublar 2019-cu il UEFA Klub Reytinqinə görə düzülürlər.[25]

Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1/16 Final mərhələsində oynama hüququ qazanır.

Matçlar 2019-cu ilin 17–18 sentyabr, 1–2 oktyabr, 22–23 oktyabr, 5–6 noyabr, 26–27 noyabr və 10–11 dekabr tarixlərində oynanacaq. Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.

Qrup mərhələsində toplam 16 ölkə təmsil olunur. Bu mərhələdə iştirak edən 32 komandadan 26-sı elə bu mərhələdən turnirə qoşulur. Yalnızca 6 komanda təsnifat mərhələləri və play-off turunu keçərək qrup mərhələsində iştirak etmə hüququnu qazanıb. Atalanta ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir.

Səbətlər

1. səbət
SıraKomandaReytinq xalı
ÇL-Ç Liverpul91,000
AL-Ç Çelsi87,000
1 Barselona138,000
2 Mançester Siti106,000
3 Yuventus124,000
4 Bayern Münhen128,000
5 Paris Seyn-Jermen103,000
6 Zenit72,000
2. səbət
KomandaReytinq xalı
Real Madrid146,000
Atletiko Madrid127,000
Borussiya Dortmund85,000
Napoli80,000
Şaxtyor Donetsk80,000
Tottenhem Hotspur78,000
Ayaks70,500
Benfika68,000
3. səbət
KomandaReytinq xalı
Olimpik Lyon61,500
Bayer Leverkuzen61,000
Red Bull Salzburq54,500
Olimpiakos44,000
Brügge39,500
Valensiya37,000
İnter31,000
Dinamo Zaqreb29,500
4. səbət
KomandaReytinq xalı
Lokomotiv Moskva28,500
Genk25,000
Qalatasaray22,500
RB Leypsiq22,000
Slaviya Praqa21,500
Srvena Zvezda16,750
Atalanta14,945
Lill11,699

Qruplar

Rəng
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər
2018–19 UEFA Avropa Liqasında 1/16 mərhələsinə keçənlər
Mübarizəni dayandıranlar

A qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Paris Seyn-Jermen6510172+1516
2 Real Madrid6321148+611
3 Brügge6033412–83
4 Qalatasaray6024114–132
  PSJ RM BRÜ QAL
PSJ 3–01–05–0
RM2–2 2–26–0
BRÜ0–51–3 0–0
QAL0–10–11–1 

B qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Bayern Münhen6600245+1918
2 Tottenhem Hotspur63121814+410
3 Olimpiakos6114814–64
4 Srvena Zvezda6105320–173
  BAY TOT OLİ SRV
BAY 3–12–03–0
TOT2–7 4–25–0
OLİ2–32–2 1–0
SRV0–60–43–1 

C qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Mançester Siti6420164+1214
2 Atalanta6213812–47
3 Şaxtyor Donetsk6132813–56
4 Dinamo Zaqreb61231013–35
  MS ŞAX DZQ ATA
MS 1–12–05–1
ŞAX0–3 2–20–3
DZQ1–43–3 4–0
ATA1–11–22–0 

D qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Yuventus6510124+816
2 Atletiko Madrid631285+310
3 Bayer Leverkuzen620459–46
4 Lokomotiv Moskva6105411–73
  YUV ATL LEV LOK
YUV 1–03–02–1
ATL2–2 1–02–0
LEV0–22–1 1–2
LOK1–20–20–2 

E qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Liverpul6411138+513
2 Napoli6330114+712
3 Red Bull Salzburq62131613+37
4 Genk6015520–151
  LİV NAP SAL GEN
LİV 1–14–32–1
NAP2–0 1–14–0
SAL0–22–3 6–2
GEN1–40–01–4 

F qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Barselona642094+514
2 Borussiya Dortmund631288010
3 İnter6213109+17
4 Slaviya Praqa6024410–62
  BAR BOR İNT SLA
BAR 3–12–10–0
BOR0–0 3–22–1
İNT1–22–0 1–1
SLA1–20–21–3 

G qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 RB Leypsiq6321108+211
2 Olimpik Lyon622298+18
3 Benfika62131011–171
4 Zenit621379–272
  ZEN BEN LYO LEY
ZEN 3–12–00–2
BEN3–0 2–11–2
LYO1–13–1 2–2
LEY2–12–20–2 

Qeydlər:

1.^ Qarşı-qarşıya matçlarda vurulan qolların fərqi: Benfika +1, Zenit –1.

H qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Valensiya632197+211
2 Çelsi6321119+211
3 Ayaks6312126+610
4 Lill6015414–101
  ÇEL AYA VAL LİL
ÇEL 4–40–12–1
AYA0–1 0–13–0
VAL2–20–3 4–1
LİL1–20–21–1 

Qrup üçüncüləri

Qruplarını üçüncü yerdə başa vuran komandalar 2019–20-ci il UEFA Avropa Liqası mövsümünün 1/16 final mərhələsinə qatılır.

SıraQrKomandaOQHUQTQQQFXal
1H Ayaks6312126+610Səpələnmişlər
2E Red Bull Salzburq62131613+37
3F İnter6213109+17
4G Benfika62131011−17
5D Bayer Leverkuzen620459−46Səpələnməmişlər
6C Şaxtyor Donetsk6132813−56
7B Olimpiakos6114814−64
8A Brügge6033412−83

Finala doğru gedilən mərhələlər

Klublar

Rəng
Səpələnmiş klublar
Səpələnməmiş klublar
QrupQrup birincisiQrup ikincisi
A Paris Seyn-Jermen Real Madrid
B Bayern Münhen Tottenhem Hotspur
C Mançester Siti Atalanta
D Yuventus Atletiko Madrid
E Liverpul Napoli
F Barselona Borussiya Dortmund
G RB Leypsiq Olimpik Lyon
H Valensiya Çelsi

Cütlüklər

 
1/8 Final1/4 FinalYarı FinalFinal
 
                      
 
 
 
 
Tottenhem Hotspur000
 
 
 
RB Leypsiq134
 
RB Leypsiq2
 
 
 
Atletiko Madrid1
 
Atletiko Madrid (ə.v)134
 
 
 
Liverpul022
 
RB Leypsiq0
 
 
 
Paris Seyn Jermen3
 
Atalanta448
 
 
 
Valensiya134
 
Atalanta1
 
 
 
Paris Seyn Jermen2
 
Borussiya Dortmund202
 
23 avqust – Eştadio da Luş
 
Paris Seyn Jermen123
 
Paris Seyn Jermen0
 
 
 
Bayern Münhen1
 
Real Madrid112
 
 
 
Mançester Siti224
 
Mançester Siti1
 
 
 
Olimpik Lyon3
 
Olimpik Lyon (SQ)112
 
 
 
Yuventus022
 
Olimpik Lyon0
 
 
 
Bayern Münhen3
 
Napoli112
 
 
 
Barselona134
 
Barselona2
 
 
 
Bayern Münhen8
 
Çelsi011
 
 
Bayern Münhen347
 

1/8 Final

1/8 Final mərhələsinin püşkatma mərasimi 16 dekabr 2018-ci ildə keçirildi.[27] İlk matçlar 18, 19, 25 və 26 fevral, ikinci matçlar isə 10, 11, 17 və 18 mart 2020 tarixlərində oynanacaqdı, ancaq koronavirus pandemiyası səbəbindən 13 martda UEFA yerdə qalan dörd matçın təxirə salındığını açıqladı.[28] 17 iyun 2020-ci ildə UEFA yerdə qalan matçların 7-8 avqust tarixində oynanacağını açıqladı.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Borussiya Dortmund 2–3 Paris Seyn Jermen2–10–2
Real Madrid 2–4 Mançester Siti1–21–2
Atalanta 8–4 Valensiya4–14–3
Atletiko Madrid 4–2 Liverpul1–03–2 (ə.v)
Çelsi 1–7 Bayern Münhen0–31–4
Olimpik Lyon 2–2 (SQ) Yuventus1–01–2
Tottenhem Hotspur 0–4 RB Leypsiq0–10–3
Napoli 1–4 Barselona1–11–3

1/4 Final

Bu mərhələnin püşkatma mərasimi 10 iyul 2020-ci ildə keçirildi.[6][29] Bu mərhələdən etibarən matçlar tək ayaqlı oynanacaq və 12-15 avqust tarixlərində keçiriləcək.

1. komanda Hesab 2. komanda
Mançester Siti 1–3 Olimpik Lyon
RB Leypsiq 2–1 Atletiko Madrid
Barselona 2–8 Bayern Münhen
Atalanta 1–2 Paris Seyn Jermen

Yarı Final

Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 10 iyul 2020-ci ildə müəyyənləşəcək.[29] Matçlar 18-19 avqust tarixlərində oynanacaq.

1. komanda Hesab 2. komanda
RB Leypsiq 0–3 Paris Seyn Jermen
Olimpik Lyon 0–3 Bayern Münhen

Final

Əsas məqalə: 2020 UEFA Çempionlar Liqası finalı
23 avqust 2020
23:00 (Azərbaycan saatı ilə)
Paris Seyn Jermen 0–1
Hesabat
Bayern Münhen
QollarKoman  59'
Eştadio da Luş, Lissabon
Tamaşaçı: 0[30][note 1]
Hakim: Daniele Orsato (İtaliya)

Qeydlər

İstinadlar

Həmçinin bax