Yenidən Birləşmə Günü

Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước)[1]Vyetnamda 30 aprel 1975-ci ildə Şimali VyetnamVyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır.[2]

Yenidən Birləşmə Günü
Rəsmi adıCənubun Qurtuluşu və Milli Birləşmə Günü
Ngày Giải phóng miền Nam, thống nhất đất nước
ÖlkəVyetnam
Növmilli
Tarix30 aprel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen),[3][4] Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü[3][5] (Ngày quốc hận) kimi qeyd olunur.

İstinadlar