Yoşinori Oşumi

Yoşinori Oşumi (yap. 大隅 良典, Ōsumi Yoshinori; 9 fevral 1945[2][3][…], Fukuoka, Fukuoka prefekturası, Yaponiya) — Yaponiyalı sitolog(Sitologiya-hüceyrələr haqqında elmdir) alim.Əsas işi autofagiyadır.Bu proses hüceyrə komponentlərinin məhv edilməsi və təkrarlanmasını özündə ehtiva eləyir.Oşumi Tokio Texnologiya İnistutunun İnnovativ Tədqiqatlar inistutunun professorudur.O.fundamental elmlər üzrə 2012-ci ildə Kioto mükafatını alıb,2016-cı ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına ,2017-ci ildə isə autofagiya mexanizimləri üzərində apardığı işlərə görə Tibb elmində inkişafa(Breakthrough Prize in Life Sciences) görə mükafatına layiq görülmüşdür.

Yoşinori Oşumi
Yoshinori Ohsumi
Doğum tarixi (79 yaş)
Doğum yeriFukuoka, Yaponiya
VətəndaşlığıYaponiya Yaponiya
Milliyyətiyapon
Elm sahəsimolekulyar biologiya
Elmi dərəcəsiProfessor (1974)
Elmi adı
İş yeriTokio Texnologiya İnstitutu
Alma-materTokio Universiteti
Təhsili
Mükafatları

Fiziologiya və tibb üzrə Nobel mükafatı (2016)Beynəlxalq Qayrdner mükafatı(2015) Wiley mükafatı(2016)

Tibb elmində inkişafa görə(2017)
www.ohsumilab.aro.iri.titech.ac.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

3 oktyabr 2016-cı ildə autofagiya mexanizmlərinin tədqiqatı işi ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb.[4][5]

Həyatı və iş fəaliyyəti

Oşumi 1945-cı ilin 9 fevralında Yaponiyanın Fukuoka şəhərində doğulub.O.1967-ci ildə bakalavr dərəcəsini,1974-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır.Hər ikisini də Tokio universitetində.1974-1977-ci illərdə isə ABŞ-nin Nyu-York şəhərində yerləşmiş Rokfeller universitetində postdoktorantura dərəcəsinə yiyələnmişdir.

O,1977-ci ildə Tokio Universitetində elmi işçi vəzifisində çalışmışdır.1986-cı ildə mühazirəçi müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildən isə dosent vəzifəsində çalışmışdır.1996-cı ildə isə o, Yaponiyanın Okozaki şəhərində yerləşmiş Əsas Biologiya İnistutunda professor vəzifəsində çalışmışdır.O,həm də 2004-2009-cu illərdə Hayama Prespektiv Araşdırmalar Universitetində çalışmışdır.2009-cu ildə isə o üç universitetdə fəxri professor vəzifəsinə layiq görülmüşdür.2014-cü ildə təqaüdə çıxmasından sonra o,Tokio Texnologiya İnstitutunun İnnovativ Tədqiqatlar İnstitutunda professor vəzifəsində çalışıb.Hal-hazırda o,adıçəkilən inistutda sitologiya üzrə öz elmi araşdırmalarına davam eləyir.

Autografiya-hələ o, öz elmi karyerasına başlamazdan öncə bir çox elm adamına məlum idi.Bu termin 1963-cü ildə yaradılmışdır.1990-cı illərdə Oşumini bir neçə elm adamı birgə maya içərisində autografiyanın morfologiyasını və hüceyrələrin autografiya qabiliyyətinə sahib olması üçün əsas genləri müəyyən edən maya hüceyrələrində mutasiya skrinina keçirildi.

2016-cı ildə o, "autografiya mexanizmlərinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel mükafatını qazanmışdır.O,25-ci Yaponiyalı alim olduki,Nobel mükafatına layiq görülüb.Oşuminin həyat yoldaşı Mariko isə Teikyo universitetində professor vəzifəsində çalışır.Oşumi ilə birgə bir neçə elmi məqalənin müəllifidir.

İstinadlar