Çao Çao

Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[1][2][…]220[3][1][…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı".

Çao Çao
çin. sadə. 曹操, pinyin: Cáo Cāo
Han sülaləsi naziri, Vey çarı
180 – 220
Şəxsi məlumatlar
Doğum tarixi155[1][2][…]
Vəfat tarixi220[3][1][…]
Vəfat yeri
Vəfat səbəbibeyin şişi
Fəaliyyətisiyasətçi, şair, yazıçı, hərbi lider[d]
AtasıÇao Sonq
Həyat yoldaşıBian
UşaqlarıÇao Pey, Çao Çji
Rütbəsigeneral
Elmi fəaliyyəti
Elm sahəsipoeziya[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir.

Həyatı

Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı. Bir dəfə o, saray xədiminin əmisini küçədə silahlı gəzdiyi üçün cəzaladıraraq çomaqla döydürür. Bun agörə o daha yüksək rütbə almış olur. O, əsil şöhrətə Sarı çalmalılar üsyanını yatırdarkən çatmışdır. Üsyan baş verərkən ona çi-du-vey (süvarilər baş komandanı) rütbəsi verilir və 5000 döyüşçü ilə üsyanı yatırtmaq üçün göndərilir. Bu andan o yüksək mənsəbə doğru uğurla irəliləmiş olur.

Daxili çəkişmələr fonunda Syan-di imperatorluğu nominal xarakter daşıyırdı. İmperiya demək olar ki üç çarlığa bölünmüşdür. Bu dövrdə Çao Çao imperatordan ali dövlət çen-sen (baş vəzir) rütbəsinə layiq görülür. Han sülaləsi imperatoru özü isə müqəvva kimi səlahiyyətsiz paytaxta oturur. İmperiyada baş verənlər haqqında ilk məlumatlar Çao-Çaoya sonra isə imperatora çatdırılırdı. Ona imperatora adını söyləmədən müraciət etməsinə, saraya tələsmədən rahat daxil olmasına, imperatorun qəbulunda silahlı və ayaqqabılı gəlməsinə icazə verilmişdir. Özünü qorumaq üçün o, 10 min nəfərlik cangüdənə — "pələnglər dəstəsinə" malik idi.

Quandu döyüşü

Əsas məqalə: Quandu döyüşü

Quandu döyüşü 200-cü ildə Çao Çao ordusu ilə Yuan Şau ordusu arasında Xuanxe çayı yaxınlığında olmuşdur. Nəticədə Çao Çao parlaq qələbə çalmış olur.

Çibi döyüşü

Əsas məqalə: Çibi döyüşü

Çibi döyüşü (çin. ənən. 赤壁之戰, sadə. 赤壁之战; qışd, 208–209-cu ildə UŞu çarlığının birləşmiş orduları ilə Çao Çao ordusu arasında olmuşdur. Nəticədə Çao Çao hökmranlığını itirmiş olur.

Çao Çao həyatında mühüm hadisələrin xülasəsi
155-ci ilAnhoy əyalətində doğulub.
180-ci ilYingxuan əyalətində Sarı çalmalılar üsyanına qarşı vuruşan orduya rəhbərlik.
190-cı ilDun Çjoya qarşı alyansa daxil olur.
196-cı ilHan sülaləsi imperatoru tərəfindən Syuyçanda qəbul eilir.
200-cü ilQuandu döyüşündə qələbə çalır.
208-ci ilÇibi döyüşündə məğlub olur.
213-cü ilVey knyazı elan edilmiş.
216-cı ilVey çarlığının hökmdarı elan edilmişdir.
220-ci ilLoyanda vəfat etmişdir.
Ölümündən sonraVey imperatoru Vu tituluna layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər