Çin Kommunist Partiyası

Çin Xalq Respublikasında yeganə hakim partiya


Çin Kommunist Partiyası (ÇKP) (çin. Zhōngguó Gòngchǎndǎng) — Çin Xalq Respublikasının əsas və hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük partiyası. 1921-ci ildə təsis edilib və Çin vətəndaş müharibəsində Homindanın məğlubiyyətindən sonra hakimiyyətə gəlib.

Çin Kommunist Partiyası

中国共产党
ÇKP
Loqonun şəkli
SədriSi Tsinpin
Baş katibSi Tsinpin
Quruluş tarixi1 iyul 1921
Baş qərargah
İdeologiyaKommunizm, Marksizm-leninizm, Maoizm, Den Syaopin ideyaları
İdeoloji spektrİfrat sol
Üzv sayı98,041,000 (2022)[1]
ŞüarXalqa xidmət!
Mətbuat orqanı"Jenmin Jibao" qəzeti və "Tcyuşi" jurnalı
Saytıcpc.people.com.cn
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partiyanın rəhbər rolu ÇXR-in konstitusiyasında qeyd olunur.[2]

Tarix

ÇKP-nin mənşəyi Çin intellektualları arasında qərbdən gələn marksizmanarxizm fikirlərinin populyarlıq qazandığı dövrdə baş verən 1919-cu il 4 may hərəkatından gəlir.[3] Rusiyada Oktyabr inqilabı və bolşeviklərin qələbəsi də ÇKP-nin yaranması üçün ilham mənbəyi olub.[4] Leninizmi və dünya inqilabını tərifləyən ilk qabaqcıl Çin intellektualı Li Daçjao idi. Partiyanın başqa həmtəsisçisi olan Çen Duşüdən fərqli olaraq, Li Çin Respublikasının işlərində iştrakından imtina etməyib. İkisi də inanırdı ki, Oktyabr inqlabı hər yerdə əzilən ölkələr üçün yeni dövr başladıb.[5] ÇKP Vladimir Leninin avanqardizm strategiyasına əsaslanırdı.[6]

Partiyanın ilk qurultayı 1921-ci il iyulun 23-dən 31-dək keçirilmişdir.[7]

Xarici keçidlər