Çuntsin

Çuntsin (ing. Chongqing) — Çində Sıçuan əyalətində şəhər[2], mərkəz tabeliyində şəhərdir.

Çuntsin
重庆
29°33′00″ şm. e. 106°30′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1929
Sahəsi
  • 82.403 km²
Mərkəzin hündürlüyü237 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 32.054.159 nəf. (2020)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu+86 23
Poçt indeksi400000–409900
Nəqliyyat kodu渝 A, B, C, F, G, H
Digər
cq.gov.cn
Xəritəni göstər/gizlə
Çuntsin xəritədə
Çuntsin
Çuntsin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Çinin cənub-qərbində ən iri sənaye-ticarət mərkəzi, eləcə də Yantszı çayının yuxarı axarında quru və su nəqliyyatı mərkəzidir. Çuntsin Yantszı və Tszyalintszyan çaylarının qovuşduğu yerdədir. Şəhər ərazisinin mərkəzi hissəsi su ilə əhatələnmişdir və yarımadanı xatırladır. Şəhərin müxtərlif tikililəri təpələrdə salınmışdır, buna görə ona “dağlarda dolu” da deyirlər. Çuntsin kompleks sənaye şəhəridir. Burada metallurgiya, kimya, elektroenergetika, avtomobil, toxuculuq, qida, tibb sənayesi, tikinti materialları sənayesi, maşınqayırma və gəmiqayırma inkişaf edir. Hazırda Çuntsin inkişaf üçün yeni imkanlar qazanmışdır. Ölkənin mərkəzi və qərbi rayonlarının inkişafında, Yantszı hövzəsi ərazilərinin mənimsənilməsində vəgenişləndirilməsində Çuntsinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Bundan əlavə, Sansya su qovşağının tikintisi ilə əlaqədar miqrasiya prosesi və bunun ardınca yeni məskunlaşmış rayonlarda iqtisadiyyatın artımı burada daha böyük istehlak bazarının yaranmasını vəd edir.

Əhalisi

Şəhərin əhalisinin sayı 30 751 600 mln. nəfərdən (2017) artıqdır.

Həmçinin bax

İstinadlar