Özəl proqram təminatı

Özəl proqram təminatıpulsuz və açıq mənbə proqram təminatı icmasının fikrinə görə, onun yaradıcısına, yayımçısına, digər hüquq sahibinə və ya hüquq sahibi tərəfdaşına müasir müəllif hüququəqli mülkiyyət hüququ ilə qanuni inhisar verən proqram təminatı. Bu, alıcını proqram təminatını sərbəst şəkildə paylaşmasının, onu dəyişdirməsinin, proqram təminatından özbaşına istifadə etməsinin (bəzi hallarda, bəzi patent yüklü və istifadə qaydaları ilə əlaqəli proqram təminatında olduğu kimi) və bununla da onların azadlıqlarını məhdudlaşdırmasının qarşısını alır.[1]

Özəl proqram təminatı qeyri-azad proqram təminatının alt çoxluğudur. Bu termin pulsuz və açıq mənbəli proqram təminatından fərqli olaraq müəyyən edilir. CC BY-NC kimi qeyri-kommersiya lisenziyaları mülkiyyət hüququ hesab edilmir, lakin azad deyillər. Özəl proqram təminatı qapalı mənbəli proqram təminatı və ya mənbədə mövcud olan proqram təminatı ola bilər.[1][2]

Növləri

Pulsuz və açıq lisenziyalarPulsuz olmayan
İctimai domen və ekvivalentlərİcazəli lisenziyaKopileftQeyri-kommersiya lisenziyasıözəl proqram təminatıTicarət sirri
Proqram təminatıPD, CC0BSD, MIT, ApacheGPL, AGPLJRL, AFPLÖzəl proqram təminatı, ictimai lisenziya yoxdurşəxsi, daxili proqram təminatı
Digər yaradıcılıq işləriPD, CC0CC BYCC BY-SACC BY-NCMüəllif hüququ, ictimai lisenziya yoxudryayımlanmamış

Mənşəyi

1960-cı illərin sonlarına qədər kompüterlər – böyükhəcmli və bahalı meynfreymlər, xüsusi kondisionerli kompüter otaqlarındakı maşınlar satılmaq əvəzinə, adətən müştərilərə icarəyə verilirdi.[3][4] Xidmət və mövcud olan bütün proqram təminatı adətən 1969-cu ilə qədər istehsalçılar tərəfindən ayrıca ödənişsiz təmin edilirdi. Kompüter satıcıları adətən müştərilərə quraşdırılmış proqram təminatının mənbə kodunu təqdim edirdilər. Proqram təminatı hazırlayan müştərilər çox vaxt onu pulsuz olaraq ictimaiyyətə təqdim edirdilər.[5]

1969-cu ildə ona qarşı antiinhisar məhkəmələri aparılan IBM aparat və proqram təminatını ayırmış, meynfreymn proqram təminatı[6][7] və xidmətlər üçün ayrıca ödəniş etməyə başlamışdır. Beləliklə, bu, sənaye dəyişikliyinə səbəb olmuşdur.[8]

1976-cı ildə Bill Qeytsin "Hobbiçilərə açıq məktub"u kompüter həvəskarlarının proqram təminatının, xüsusən də "Microsoft"un "Altair BASIC" tərcüməçisinin müəllif hüquqlarının geniş şəkildə pozulmasını qınamış və onların icazəsiz formada istifadə olunmasının özünün keyfiyyətli proqram təminatı istehsal etmə qabiliyyətinə mane olduğunu iddia etmişdi. Buna baxmayaraq, xüsusən də obyekt kodu məsələsində, proqram təminatlarının müəllif hüquqlarının hüquqi statusu 1983-cü ildə "Apple Computer, Inc." "Franklin Computer Corp"a qarşı işinə qədər qeyri-müəyyən olaraq qalmışdır.[9][10][11]

Brüster Keylə görə, proqram təminatının hüquqi xarakteristikaları 1976-cı il ABŞ müəllif hüquqları haqqında qanunu ilə dəyişilmişdir.[12]

1983-cü ilin fevral ayından başlayaraq IBM öz proqram təminatının artan siyahısı üçün "yalnız obyekt kodu " modelini qəbul etmiş və mənbə kodunun böyük hissəsini lisenziya sahiblərinə göndərməyi dayandırmışdı.[13][14][15][16]1983-cü ildə ABŞ-də ikili proqram təminatının müəllif hüquqlarını qorumaq mümkün olmuşdu.[17] Bu, ondan əvvəl yalnız mənbə kodu müəllif hüququ ilə qorunurdu.[18] Bundan əlavə, eyni mikroprosessor arxitekturasına əsaslanan milyonlarla kompüterin əlçatanlığının artması ilk dəfə ikili paylanmış proqram təminatı üçün kifayət qədər böyük bazar yaratmışdı.[18]

İstinadlar

Xarici keçidlər