Creative Commons lisenziyaları

Creative Commons (CC) — başqa şəkildə müəllif hüququ ilə qorunan "əsərin" azad yayımlanmasına icazə verən ictimai müəllif hüququ lisenziyalarından biri.[a] CC lisenziyası müəllifin digər insanlara yaratdığı əsəri paylaşmaq, istifadə etmək və onun əsasında yaratmaq hüququ vermək istədiyi zaman istifadə olunur. CC müəllifə çeviklik təmin edir (məsələn, müəyyən bir əsərin yalnız qeyri-kommersiya məqsədli istifadəsinə icazə verməyi seçmək olar) və müəllifin əsərindən istifadə edən və ya yenidən yayımlayanları müəllifin əsəri yayımladığı lisenziyada müəyyən edilmiş şərtlərə əməl etdikləri müddətcə müəllif hüquqlarının pozulması narahatlıqlardan qoruyur.[1][2][3][4][5]

Creative Commons loqosu
Creative Commons lisenziyalarının kommersiya lisenziyalaşdırma razılaşmaları ilə birlikdə necə istifadə oluna biləcəyini izah edən video

CC lisenziyalarının bir neçə növü mövcuddur. Hər bir lisenziya yayımlanma şərtlərini müəyyən edən kombinasiyalar ilə fərqlənir. İlk dəfə ABŞ-ın 2001-ci ildə qurulan qeyri-kommersiya korporasiyası Creative Commons tərəfindən 16 dekabr 2002-ci ildə yayımlanmışdır. Lisenziyalar dəstinin 1.0-dan 4.0-a qədər nömrələnmiş beş versiyası da mövcuddur.[6] 2013-cü ilin noyabrında yayımlanan 4.0 ən aktual olandır. Creative Commons lisenziyası ilkin olaraq Amerika hüquq sistemində əsaslandırılsa da, indi beynəlxalq qanunları özündə cəmləşdirən bir neçə Creative Commons yurisdiksiya portları mövcuddur.

2014-cü ilin oktyabr ayında Open Knowledge Foundation Creative Commons CC BY, CC BY-SA və CC0 lisenziyalarını məzmun və data üçün "Open Definition"-a uyğun olaraq təsdiqlədi.[7][8][9]

Lisenziyalar

İctimai domen (yuxarı) və bütün hüquqlar qorunur (aşağıda) arasında Creative commons lisenziya spektri. Sol tərəf icazə verilən istifadə hallarını, sağ tərəfdə isə lisenziya komponentlərini göstərir. Tünd yaşıl sahə Azad Mədəniyyət Əsərlərinə uyğun lisenziyaları, iki yaşıl sahə Remiks mədəniyyəti ilə uyğunluğu göstərir.
2014-cü ildə CC lisenziya istifadəsi (yuxarı və orta), "Azad Mədəniyyət Əsərləri"nə uyğun lisenziya istifadəsi 2010–2014 (aşağıda)

Dörd hüquq

CC bütün "əsas hüquqlar"ı, məsələn qeyri-kommersiya məqsədləri üçün və heç bir dəyişiklik etmədən müəllif hüquqları ilə qorunan əsəri qlobal olaraq yayımlamaq hüququ verir.[10] Bundan əlavə lisenziyanın müxtəlif versiyaları bu cədvəldə göstərildiyi kimi müxtəlif hüquqlar təyin edir:[11]

İşarəHüquqİzahı
Atribusiya (BY)Lisenziyaçılar yalnız müəllifə və ya lisenziya verənə bu sənədlərlə müəyyən edilmiş qaydada kreditlər (atribusiya) verdikdə, onun əsasında törəmə əsərləri və remiksləri kopyalaya, yayımlaya, nümayiş etdirə, yerinə yetirə və yarada bilərlər. 2.0 versiyasından bəri bütün Creative Commons lisenziyaları yaradıcıya istinad edilməsini tələb edir və BY elementini ehtiva edir.
Share-alike (SA)Lisenziyaçılar törəmə əsərləri yalnız orijinal işi tənzimləyən lisenziya ilə eyni olan ("daha çox məhdudlaşdırıcı olmayan") lisenziyaya əsasən yayımlaya bilər. Share-alike olmadan törəmə əsərlər uyğun, lakin daha məhdudlaşdırıcı lisenziya müddəaları ilə sublisenziyalaşdırıla bilər. (məs. CC BY - CC BY-NC)
Qeyri-kommersiya (NC)Lisenziyaçılar yalnız qeyri-kommersiya məqsədləri üçün kopyalaya, yayımlaya, nümayiş etdirə, yerinə yetirə və onun əsasında törəmə əsərlər və remikslər yarada bilərlər.
Törəmə əsərlər olmaz (ND)Lisenziyaçılar əsərin yalnız sözlü nüsxələrini kopyalaya, yayımlaya, nümayiş etdirə və yerinə yetirə bilər, törəmə işləri və ona əsaslanan remiksləri deyil. 4.0 versiyasından sonra törəmə əsərlərə icazə verilir, lakin paylaşılmamalıdır.

Qeydlər

İstinadlar

Xarici keçidlər