İstifadəçi:Memmedli Farid/Qaralama2

Bu məqalə Ağdam şəhərini təmsil edən Qarabağ FK haqqındadır. Digər mənalar üçün Qarabağ FK (dəqiqləşdirmə) səhifəsinə baxın.
Memmedli Farid/Qaralama2
Loqonun şəkli
Klubun tam adıQarabağ Futbol Klubu
ÖlkəAzərbaycan Azərbaycan
Ləqəb(lər)Atlılar
Köhlən Atlar'
Rəng(lər)         Göy
Yaranma tarixi1951 (73 il əvvəl) (1951)[1][2]
StadionuAzərsun Arena, Tofiq Bəhramov adına Respublika Stadionu, "İmarət" stadionu
Tutumu5.800, 31.200
PrezidentiAzərbaycan Abdulbari Gözəl[3]
Baş məşqçisiAzərbaycan Qurban Qurbanov
LiqaAzərbaycan Azərbaycan Premyer Liqası
2020/20212
Rəsmi saytı

"Qarabağ" Futbol KlubuAzərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu.

1951-ci il tarixində, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub. İlk dəfə Qarabağ adı ilə rəsmi turnirlərdə iştirakı 1968-ci ilə təsadüf edir.[4][5] Klub daimi olaraq Qarabağ adlanana yəni 1987-ci ilə qədər Məhsul, Şəfəq və Kooperator olmaqla üç fərqli ad ilə çıxış etmişdir.[6] 1993-ci ilin 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını Ağdam şəhərindən uzaqda yerləşən stadionlarda keçirir.

Qarabağ 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Qarabağ tarixində 8 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. Qarabağ eyni ildə həm ölkə çempionu olan, həmdə ki ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.

Qarabağ avrokuboklarda mərhələ keçən ilk[7], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə, Konfrans Liqasının qrup mərhələsinə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Qarabağ klubu həmçinin Avro Liqada ən çox qrup mərhələsində oynamış və UEFA turnirlərində ilk xal qazanan Azərbaycan komandasıdır.

Tarixi

İlk illər

Ağdamda futbol komandası (1953-cü il)

Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. SSRİ-də peşəkar idman olmadığı üçun, futbol komandaları idman cəmiyyətlərinin, həmkarlar ittifaqlarının və dövlət idarələrinin nəzdində yaradılırdı. Ağdamdada ilk futbol komandasının yaradılması, məhz bu cür baş verir. 1951-ci ildə Ağdam şəhərində İmarət stadionun tikilməsindən sonra, şəhərdə fəaliyyət göstərən "Məhsul" idman cəmiyyətinin tərkibində futbol komandası yaradılır.

Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə aparır. Komanda 1969-cu ildə çempion olmağa çox yaxın olsada, sonda Bakının Araz komandasından geri qalaraq ikinci yeri tutur.[4] Bu zaman komandanın məşqçiləri Qədir Qurbanov, Nadir Xudabaşev olur.[5] Ramiz Şahməmmədovun kapitan olduğu komandanın heyətində isə, Hüseyn Əhmədov, Baxşeyiş, Elxan Quliyev, Allahverdi Bağırov, Fikrət Əmiraslanov, Azad, Elbrus Abbasov, Rizvan Şərifov, Natiq Ağayev, Rəfael Kərimov, Şahin Rüstəmov, Şəfəq Hümbətəliyev, Qaraçı Əlövsət kimi oyunçular çıxış edirdi.[5][8] Lakin bu uğurdan sonra komandada eniş dövru başlayır və bir müddət sonra komanda Azərbaycan çempionatının əsas liqasını tərk edərək region səviyyəli turnirlərdə yarışır.

Bir neçə il sonra, 1973-cu ildə Ağdamda yerləşən "50 nömrəli Peşə Məktəbi"nin nəzdində futbol komandası yaradılır.[9] 1973-76cı illərdə bu məktəbin futbol komandası, respublika peşə məktəbləri arasında keçirilən futbol yarışlarında çempion olur.[9] 1977-ci ildə respublikada yüksək liqaya çıxmaq üçün, A və B qrupu olmaqla iki qrupdan ibarət eyni bir liqa, Azərbaycan SSR çempionatının ikinci dəstəsi yaradılır. Əsasını Texniki Peşə məktəbinin komandasının oyunçularının təşkil etdiyi komanda bu çempionatda yarışmağa başlayır. Komanda "Şəfəq" adlanmağa başlayır. 1978-ci ildə komanda Azərbaycan SSR çempionatının güclulər dəstəsinə vəsiqə qazanır.[10] Komanda 1981-ci ildə Azərbaycan SSR çempionatında üçuncu yeri tutur.[4] Bu övrlərdə komandada Ənbər Axundov, Elşən Babayev, Nizami Əliyev, Kamil Məmmədov, İnqilab Əhmədbur, Eldar Bağırov, Yusif Əsədov, Elxan Quliyev, Çingiz Əliyev, Cavanşir Novruzov, Nadir Əsgərov, Adil Nadirov, Gülağa Məmmədov, Qasım Qasımov, Məmməd Məmmədov, Gündüz Qəhrəmanov, Arzuman Cabbarov, Yaşar Hüseynov, Marsel Firudinov, Raquf Vəliyev, Manaf Əliyev, Vasif İsgəndərov, Şahid Həsənov kimi futbolçular çıxış edir.

1982-ci ildə klub Ağdam İaşə Komitəsinin və "Ağdam Şampan Zavodu"nun himayəsinə keçir. Buna görədə komanda "İaşəçi" mənasını verən "Kooperator" adlanmağa başlayır.[10][11] Klub bu ad ilə 1987-ci ilə kimi çıxış edir.

"Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı[12]. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.

1987-1991

1990-cı illərin əvvəlləri

1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu. "Qarabağ" Azərbaycan çempionatının bütün mövsümlərində iştirak edən 2 komandadan biridir(Neftçi PFK ilə yanaşı). Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 1992–1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən "Qarabağ" burada 28 oyun keçirib. "Qarabağ" Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, "Qarabağ"ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib[13]

1998-2003

1990-cı illərin sonları

XX əsrin son illərində klub maddi sıxıntılardan ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998–2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da "Qarabağ"ı tərk etməsinə gətirib çıxartdı.

Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə "Qarabağ" Avrokuboklarda mübarizə aparmışdır. Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan "Qarabağ"ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin Makkabi Hayfa klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlamışdır. Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Azərbaycana "böyük beşlik" təmsilçisi gəlmişdir. Bu Fransanın Monpelye klubu idi.

2003-2008

"Qarabağ-Azərsun"

XXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. "Azərsun" Holdinq şirkəti "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başladı.

Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi. 2001-ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9-cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002–2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı.

Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003–2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.

Tarixi adın bərpası və yeni loqotip

"Qarabağ"ın rəhbərliyi 2004–2005-ci il mövsümündə İsveçdə yaşayan təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Bundan sonra qısa zamanda Azərbaycanın müxtəlif yaş qruplarına aid yığma komandalarının üzvü olan bir sıra futbolçular heyətə cəlb olundu. Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı.Bundan başqa Tahir bəy klub üçün yeni loqotip də hazırlatdırdı. İngiltərədə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub. Loqotipi bundan başqa futbola aid müxtəlif atributlar bəzəyir[14].


Qurban Qurbanov dövrü

Azərbaycan Kubokunda qələbə

2008-ci ildə Rasim Karadan sonra Qarabağın sükanı arxasına Qurban Qurbanov gətirildi. 2008/2009 sezonunda Azərbaycan Premyer Liqasında Qurban Qurbanovun komandası 5-ci yer ilə kifayətləndi. Azərbaycan Kubokunda isə Qarabağ finala qədər bütün rəqiblərini məğlub elədi. Finalda 23 mayda Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Qarabağ paytaxt təmsilçisi İnter ilə qarşılaşdı. Görüşün 57-ci dəqiqəsində Vaqif Cavadovun vurduğu yeganə qol Qarabağa Azərbaycan Kubokunda 3-cü zəfəri gətirdi. Bununla da Qurban Qurbanovun komandası gələn mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmə hüququ qazandılar.

Avropada ilk qələbələr

2009/2010 mövsümündə Qarabağ Qurban Qurbanovun rəhbərliyində uzun fasilədən sonra UEFA Avropa Liqasında mübarizə aparacaqdı. Lakin UEFA Avropa Liqasında Qarabağdan uğur gözləyənlər çox deyildi. Buna əsas səbəb isə heyətdə gənc və təcrübəsiz Azərbaycanlı futbolçuların olması idi. Heyətdə Elvin Məmmədov, Əfran İsmayılov , Maksim Medvedev, Rauf ƏliyevVaqif Cavadov kimi gənc və təcrübəsiz futbolçular olsada Qurban Qurbanov onları UEFA Avropa Liqasında Qarabağın əsas futbolçuları kimi istifadə edirdi.

2009-cu ildə Qarabağ mövsümə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Rusenborq ilə səfər oyunu ilə başladı. 16 iyulda Qurban Qurbanovun komandası Norveç klubu ilə səfərdə 0–0 hesablı bərabərə qaldı. 1 həftədən sonra isə Qarabağ Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Rusenborq ilə cavab oyununa çıxdı. Görüşdə yeganə qolu oyunun 45-ci dəqiqəsində möhtəşəm cərimə zərbəsindən Rəşad Sadıqov vurdu. Güclü Norveç klubunu məğlub edən Qarabağ UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə Qurban Qurbanovun komandasını Finlandiya təmsilçisi Honka ilə oyun gözləyirdi. İki oyunun nəticəsində görə Honkanı 3–1 məğlub edən Qurban Qurbanovun yetirmələri pley-off mərhələsinə vəziqə qazanır və bu mərhədə Hollandiyanın Tvente kollektivi ilə üz-üzə gələrək məğlub olurlar, Növbəti mövsümlərdə Qarabağ klubunun Avrokubok nəticələri yüksələn xətt üzrə artmağa başlamışdır.

2017/2018 mövsümündə Qarabağ daha fəal çıxış etməyə başladı.ÇL-in I təsnifat mərhələsində Samtredia üzərində qələbə qazandı (birinci oyun 5–0, ikinci oyun 1–0).II təsnifat mərhələsində Şeriflə birinci oyun qolsuz bərabərliklə bitsə də, ikinci oyunda 2–1 hesablı qələbə qazanaraq tarix yazdı.Pley-off mərhələsi çərçivəsində Kopenhagen komandası ilə birinci oyunda 1–0 hesablı qələbə qazandı.İkinci oyunda 2–1 hesabı ilə məğlub olsa da, səfərdə vurduğu qola görə ÇL-in qrub mərhələsinə vəsiqə qazandı. Bununla da Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu Qarabağ oldu. Qrup mərhələsində Çelsi, Atletiko Madrid və Roma kimi Avropa nəhəngləri ilə qarşılaşdı. Atletiko ilə hər iki oyunda bərabərliyə imza atan Qarabağ Çempionlar liqasının qrup mərhələsində xal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.

Klubun rəngləri və loqosu

Ləqəbləri

Komandanın konkret bir ləqəbi olmasa da, müəyyən dövrlərdə müəyyən ləqəbləri qazanmışdır. "Qarabağ"ın ləqəbləri içərisində ən qədimi "Atlılar" ləqəbidir. Ləqəb Qarabağ atları ilə əlaqəlidir. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan loqotipdə də "Qarabağ"ın simvolu olan atlar təsvir olunub.[15]

1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır.[16]

Qurban Qurbanovun gəlişindən sonra, Qarabağın cəlbedici oyunu kluba "Qafqazın "Barcelonası" adını qazandırmışdır.[17]

Forma sponsorları və istehsalçıları

"Qarabağ"ın ənənəvi forması tünd göy və ağdır. Amma klub nədənsə ev forması kimi qara rəngdən istifadə edir. 2015-ci ildə klub yeni dizaynda tünd göy-qara rəngli formalardan istifadə etdi. 2016 və 2017-ci illərdə sezonun əsasən ilk yarısında Qarabağ bu rəngli formalardan istifadə edib. Forma əsasən Azərbaycan Premyer Liqası və Azərbaycan kuboku matçlarında istifadə olunur. Yalnız bir oyunda, Monako ilə səfərdə 0–1 başa çatan oyunda Qarabağ bu dizaynda formadan Avroliqada istifadə edib. Klubun forması Adidas tərəfindən istehsal olunur və 2001-cü ildən Azərsun Holdinq tərəfindən sponsorluq edilir.

Uğurları

Ölkədaxili turnirlər

Azərbaycan Premyer Liqası

Qızıl (8) — 1994, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020
Gümüş medal (3)1993/1994, 1996/1997, 2012/2013
Bürünc medal (3)2003/2004, 2009/2010, 2010/2011
Azərbaycan Kuboku
Qalib (6)1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2015/2016,
Finalçı (3)1995/1996, 1997/1998, 1999/2000
Azərbaycan SSR Milli Futbol Çempionatı
Çempion (2) — 1988, 1990
Azərbaycan SSR Milli Futbol Kuboku
Çempion (1) — 1990

Beynəlxalq arenada ən yaxşı nəticələri

UEFA Çempionlar Liqası
Qrup mərhələsi (1)2017–18
UEFA Avropa Liqası
Qrup mərhələsi (5)2014–15, 2015–16, 2016–17, 2018–19, 2019–20
Birlik Kuboku
5-ci yer (1)1994

Azərbaycan Çempionatında və Kubokunda

MövsümLiqaYerOQHMVTBTXalÖlkə kubokuVT[18]
1992Güclülər dəstəsi4362475762655iştirak etməyib
1993Güclülər dəstəsi118972231125Qalib25
1993/1994Güclülər dəstəsi23021725212491/2 final16
1994/1995Güclülər dəstəsi42413654231321/8 final4
1995/1996Güclülər dəstəsi520497252621Finalçı13
1996/1997Güclülər dəstəsi23023256125711/2 final14
1997/1998Güclülər dəstəsi4261475432249Finalçı19
1998/1999Güclülər dəstəsi436206105029661/8 final9
1999/2000Güclülər dəstəsi8225107212525Finalçı6
2000/2001Güclülər dəstəsi92054111934191/8 final1
2001/2002Güclülər dəstəsi332163135044511/8 final6
2002/2003oynanılmadı
2003/2004Güclülər dəstəsi32619346317601/2 final12
2004/2005Güclülər dəstəsi63422576131711/8 final12
2005/2006Güclülər dəstəsi52612410323240Qalib14
2006/2007Güclülər dəstəsi8246992027271/8 final8
2007/2008Premyer Liqa52611872516411/4 final11
2008/2009Premyer Liqa5261475352249Qalib9
2009/2010Premyer Liqa32211922112421/4 final6
2010/2011Premyer Liqa33217784122581/8 final[19]0
2011/2012Premyer Liqa43215893728531/2 final6
2012/2013Premyer Liqa232161154326591/2 final6
2013/2014Premyer Liqa13621966621721/4 final2
2014/2015Premyer Liqa1322084512868Qalib1
2015/2016Premyer Liqa1362664662184Qalib1
2016/2017Premyer Liqa1281954461462Qalib1
2017/2018Premyer Liqa12820533713651/4 final1
2018/2019Premyer Liqa12820626521661/2 final1
2019/2020Premyer Liqa1201361347451
2020/2021Premyer Liqa2281693641857

UEFA turnirlərindəki oyunları

UEFA turnirlərində "Qarabağ"ın Azərbaycan ilkləri

"Qarabağ" avrokuboklarda Azərbaycanın bir sıra "siftə"lərinə imza atıb. Belə ki, avrokuboklarda səfərdə ilk xal məhz bu komanda sayəsində qazanılıb. Ağdam klubu qitə miqyasında debüt mövsümündə Bəxtiyar Musayevin vurduğu qol sayəsində buna nail olmuşdu. Həmin qol Azərbaycan klublarının UEFA Kuboklar Kubokunda vurduğu ilk və son qol idi[20].

Azərbaycan klublarından avrokuboklarda ilk dəfə mərhələni İsrailin Makkabi Hayfa klubunu yenən "Qarabağ" keçib. "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov 1999-cu ildə hücumçu kimi UEFA İntertoto Kubokunda Hayfa təmsilçisi ilə görüşdə etdiyi dublla qələbənin memarı olub – 2:1. Bu, eyni zamanda Azərbaycan klublarının Avropa miqyasında ilk səfər qələbəsi kimi tarixə düşüb[20].

Nəhayət, UEFA Kubokunun xələfi, UEFA Avropa Liqası adlanan turnirdə iki mərhələni ilk keçən də "Qarabağ"dır. 2009-cu ildə Skandinaviya təmsilçilərini yenən ağdamlıların xüsusilə Rusenborq kimi güclü klubu turnirdən kənarlaşdırması Avropada da böyük əks-səda doğurdu[20].

2010-cu ildə isə UEFA Avropa Liqasında ardıcıl üç mərhələ keçərək daha bir tarix yazdı. Bu da Azərbaycan futbolu tarixində ilk dəfə idi. Həmin turnirin III təsnifat mərhələsində Visla Krakov klubunun mübarizədən kənarlaşdırılması isə Azərbaycan futbolundakı "Polşa sindromu"na son qoydu[21].

2011-ci ilin 30 iyununda UEFA Avropa Liqasında ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəldi ki, bu qələbə də Banqa Qarqjday klubunu səfərdə 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın aktivindədir. Bu qələbə eyni zamanda Azərbaycanın avrokuboklarda o dövr üçün ən böyük hesablı qələbəsi idi[22].

Həmçinin Qarabağ 3 il ard-arda Avroliqanın qrup mərhələsinə adını yazdıran ilk Azərbaycan klubudur. Avroliqanın qrup mərhələsində ilk qəbələ qananan, həmçinin ilk səfər qəbələsi qazanan ilk Azərbaycan klubu Qarabağ olmuşdur. Dnepropetrovk-un "Dnipro", Belçikanın "Anderlext", Yunanıstanın "PAOK" kimi komandalarını məğlub etməklə Avropada diqqət çəkməyə nail olmuşdur. Bundan başqa, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə (2017–2018-ci il) yüksələn, eyni zamanda qrup mərhələsinə vəziqə qazanan ilk Azərbaycan klubu olmuşdur.2021/2022-ci illər mövsümündə yeni yaradılmış Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan və qrupdan çıxmağı bacaran yeganə klubdur.İndiyədək heçbir Azərbaycan klubu qrup səddini aşa bilməmişdi.

Ağdamlılar 19942004-cü illərdə 2 dəfə Birlik Kubokunda iştirak etmişdir.

Birlik Kubokundakı bütün oyunları

TarixMərhələAdıRəqibHesab
2-ci Birlik Kuboku – Moskva 1994
129. yanvar 1994QrupQarabağ Sitora4:0
230. yanvar 1994QrupQarabağ Romar2:1
331. yanvar 1994QrupQarabağ Dinamo Tbilisi0:3
12-ci Birlik Kuboku – Moskva 2004
417. yanvar 2004QrupQarabağ-Azərsun U-180:1
518. yanvar 2004QrupQarabağ-Azərsun Şerif Tiraspol0:0
620. yanvar 2004QrupQarabağ-Azərsun Kaunas0:3

Birlik Kubokundakı nəticəsi

İlYerAdıOQHMT/FBXal
19945Qarabağ32016:4+26
200413Qarabağ-Azərsun30120:4-41
2 turnirV yerCəmi62136:8−27

Beynəlxalq Reytinqlərdə Qarabağ

İFFHS reytinqində

2009/2010 mövsümündə "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışı komandanın reytinqinin yüksəlməsinə səbəb olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə reytinq gətirən yarışda 2 mərhələ keçən komanda 11 xal toplamaqla Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytin cədvəlində dünyanın 350 ən güclü klubunun sırasına düşüb. "Qarabağ" İFFHS-in siyahısında 418-ci pillədən 279-cu yerə yüksəlib.[23][24][25][26] Növbəti ayda daha 20 pillə irəliləyən "Qarabağ" aktivindəki 76,5 xal ilə "CAPS United Harara" (Zimbabve") və "Falkirk" (Şotlandiya) komandaları ilə birgə 259-cu pilləyə şərik çıxmışdır[27]. Dünya klublarının reytinq cədvəlində yüksəlişi davam etdirən Ağdamlılar 2009-cu ilin dekabr ayının əvvəlinə olan reytinqdə 249-cu pillədə qərarlaşmışdır[28].

2010/2011 mövsümündə də "Qarabağ"ın uğurlu çıxışı davam etmişdir. Belə ki, 30 iyul 2010-cu ildə açıqlanmış son siyahıda isə "Qarabağ" 88,5 xal ilə 189-cu pillədə qərarlaşmışdır[29].

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində isə ilk onilliyi 357 xal ilə Azərbaycan klubları arasında 2-ci, dünyada isə 339-cu pillədə başa vurmuşdur[30].

2013-cü ilin ən güclü 200 klubu arasında "Qarabağ" 111-ci olub.[31]

2014-cü ilin aprel ayında açıqlanan yeni reytinq siyahısında isə "Qarabağ" 112-ci sırada qərarlaşıb.[32]

2015-ci il nəticələrinə görə klub 142 xalla 77-ci yerdədir və pilləni İspaniya "Valensiya"sı ilə bölüşür.[33]

UEFA reytinqində

Qarabağ FK201020112012201320142015201620172022
Yer23721621222621015113410662

Qarabağ FK tarixində ilk dəfə Avropada 2021-ci ilin Ən Güclü 50 klubu siyahısında yer alıb.

Azarkeşləri

Qarabağ FK-nun ilk azarkeş qrupu olan "Qarabağ Ordu"nun əsası 14 Aprel 2004-cü ildən qoyulub. 2004-cü ildən bu yana fəaliyyət göstərir. Komandanın ən böyük azarkeş qrupu olan İmarət 2009 cu ilin noyabr yaranıb. Adını Qarabağın Ağdamdakı stadionun adından götürən azarkeş qrupunun məqsədi yalnız Qarabağı dəstəkləmək deyil, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. İmarət azad azərkeş qrupunun İmarət Avropa və İmarət Türkiyə kimi bölmələri var.Əsas idaredici orqan İdarə Heyətidir.

PES üzvü

Göstərdiyi nəticələrlə diqqət cəlb edən "Qarabağ" 2014-cü ildə dünyanın ən məşhur oyunlarından sayılan "Pro Evolution Soccer"in (PES) üzvünə çevrilib. Oyunun məxsus olduğu "Konami"nin mühəndisləri 2014-cü il üçün nəzərdə tutulan "PES 2015"-ə "Qarabağ"ın da adını daxil ediblər.2017/18-ci illərdə Çempionlar Liqasının Qrup Mərhələsinə Yüksələn Qarabağın Adı Növbəti İllər Ərzindədə "Pes"ə daxil edilmişdir.

Rəhbərlik və məşqçilər

Mənbə:[1]

VəzifəsiAdı
Prezident Abdulbari Gözəl
Vitse-prezident Tahir Gözəl
Klub direktoru Əmrah Çəlikəl
Maliyyə direktoru Murat Karaman
İdarə və Maliyyə işlər üzrə menecer Asif Əsgərov
Mətbuat katibi Nurlan İbrahimov
Baş məşqçi Qurban Qurbanov
Məşqçi Çudomir Çakarov
Məşqçi Müşfiq Hüseynov
Məşqçi Elxan Həsənov
Məşqçi Elçin Rəhmanov
Məşqçi Zaur Tağızadə
Tərcüməçi Əfqan Xəlilli

İndiki heyəti

3 Fevral 2022 tarixinə olan məlumat:

NömrəÖlkəMövqeyiFutbolçu
1 GKŞahruddin Məhəmmədəliyev
2 DFQara Qarayev
5 DFMaksim Medvedev (Kapitan)
6 MFPatrik Andrade
7 MFRiçard Almeyda
9 FWİbrahima Vadji
10 MFAbdullah Zubir
11 MFXayme Romero Rodriges
12 GKEmil Balayev
13 DFBəhlul Mustafazadə
15 MFLeandro Andrade
18 MFİsmayıl İbrahimli
19 MFFilip Ozobiç
NömrəÖlkəMövqeyiFutbolçu
21 MFRauf Hüseynli
22 FWMusa Qurbanlı
23 GKLuka Quqeşaşvili
24 DFNihad Təhməzov
27 MFTural Bayramov
30 DFAbbas Hüseynov
44 MFElvin Cəfərquliyev
55 DFBədavi Hüseynov (Vitse-kapitan)
66 MFCavid Qurbanov
81 DFKevin Medina
89 GKAmin Ramazanov
94 GKAyxan Arazlı
97 FWRüstəm Əhmədzadə

Statistika və Oyunçu rekordları

İmarət Stadionunundakı oyunları

"İmarət"də…

Ən çox oyun keçirən oyunçuları

Ən çox qol vuran oyunçuları

Azərbaycan çempionatında yubiley qolları

yubiley
qolu
müəlliftarixrəqibmeydanyubiley
qolunun
dəqiqəsi
1Mehman Alışanov3 may 1992İnşaatçı (Sabirabad)e4
100Səttar Əliyev30 sentyabr 1993Xəzər (Sumqayıt)e69
200Müşfiq Hüseynov1 oktyabr 1995Kür-Nur (Mingəçevir)e-
300Bəxtiyar Musayev22 noyabr 1997Neftçi (Bakı)e64
400Elmir Xankişiyev3 aprel 2000Şəfa (Bakı)s13
500Eldəniz Məmmədov13 sentyabr 2003Şahdağ-Samur (Qusar)s89
600Vasif Haqverdiyev29 aprel 2006MOİK (Bakı)e14
700Rəşad Sadiqov6 dekabr 2009Qəbələs78
800Rəşad Sadıqov[34]19 avqust 2012Sumqayıts21
900Muarem Muarem[35]27 aprel 2014Neftçi (Bakı)s51
1000Muarem Muarem[36]30 mart 2016Rəvan (Bakı)e53
1100Riçard Almeyda[37]7 aprel 2018Səbaile31

Məşqçiləri

Əvvəlki baş məşqçiləri

Əsas : Qarabağ FK-nun baş məşqçilərinin siyahısı

Prezidentləri

  • Yunis İldırımzadə

Tanınmış oyunçuları

Şəkillər

Komanda

Həmçinin bax

İstinadlar

Xarici keçidlər