2017 Avroviziya Mahnı Müsabiqəsi

2017 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2017; fr. Concours Eurovision de la chanson 2017) — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi "1944" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" (ing. "Celebrate Diversity") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.

2017 Avroviziya Mahnı Müsabiqəsi
"Celebrate Diversity"
"Fərqliliyi qeyd edək"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal9 may 2017
II yarımfinal11 may 2017
Final13 may 2017
Aparıcı(lar)Oleksandr Skiçko
Volodımır Ostapçuk
Timur Miroşnıçenko
DirektorYon Ola Sand
KanalUkrayna NTU
Keçirilən yerKiyev Beynəlxalq Sərgi Mərkəzi
Kiyev, Ukrayna
Qalib mahnıPortuqaliya Portuqaliya
"Amar Pelos Dois"
Seçki sistemi50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı42
İlk dəfə iştirak edən ölkələrOlmayıb
Yenidən iştirak edən ölkələrPortuqaliya Portuqaliya
Rumıniya Rumıniya
İştirakdan imtina edən ölkələrBosniya və Herseqovina Bosniya və Herseqovina
Rusiya Rusiya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2016        2018 ►

2017-ci ildə bir illik fasilədən sonra PortuqaliyaRumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdə Pervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-də Portuqaliya təmsilçisi Salvador Sobral ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsi ilə 182 milyon tamaşaçı izləmişdir.

Keçirildiyi yer

2016-cı ildə Camalanın "1944" mahnısı ilə Ukraynaya qələbə qazandırmasının ardınca müsabiqə Ukraynanın paytaxtı Kiyevdə Kiyev Beynəlxalq sərgi mərkəzində keçirilmişdir. Kiyev Beynəlxalq sərgi mərkəzi eyni anda 13,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi

18 may 2016-cı il tarixdə Ukraynanın milli televiziya kompaniyası NTU-nun rəis müavini, eyni zamanda Ukraynanın Avroviziya üzrə Nümayəndə heyətinin rəhbəri olan Viktoriya Romanova NTU ilə Avropa Yayım İttifaqı (AYİ) arasında ilk təşkilatı görüşün 8 iyun tarixində baş tutacağını bildirmişdir. Bu görüşdə müsabiqə üçün lazım olacaq texniki tələblər və müsabiqəyə ev sahibliyi edəcək şəhərə qoyulacaq tələblər barədə müəyyən müzakirələr aparılır. Viktoriya Romanova eyni zamanda müsabiqəyə ev sahibliyi edəcək olan şəhər və arenanın yay fəsli ərzində elan olunacağını bildirdi.

Ev sahibi ola biləcək şəhərlər üçün aşağıdakı meyarlar vurğulanmışdır:

  • Arena minimum 7,000 nəfər tamaşaçını qəbul etməli, ideal şəkildə isə 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır.
  • Arenanın tavanı olmalıdır.
  • Beynəlxalq mətbuat mərkəzi minimum 1,550 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməlidir.
  • Ev sahibi şəhər ölkənin əsas beynəlxalq aeroportuna yaxın olmalıdır.
  • Arenada qonaqları qarşılamaq və yola salmaq məqsədi ilə ən azı 3,000 könüllü şəxslər olmalıdır.
  • Arenanın yaxınlığında uyğun sayda və böyüklüyə malik otellər olmalıdır.
  • Namizəd şəhərlər namizədlik çərçivəsində Ukraynanın və eyni zamanda şəhərlərin qonaqpərvərliyini, özünəməxsus özəlliklərini, mədəni dəyərlərini təqdim etmək məqsədi ilə sosial proqramlar tərtib etməlidirlər.

NTU və Ukrayna dövləti müsabiqəni keçirməkdə maraqlı olan şəhərlər üçün rəsmi olaraq tender mərhələsini 23 iyun tarixində açıq elan etdilər[1]. Ev sahibi olacaq şəhərin seçimi dörd mərhələdən təşkil olunmuşdur:

  • 24 iyun - 8 iyul: Namizədliyə maraqlı olan şəhərlər tender mərhələsinə qoşulmağa dəvət edildi.
  • 8 - 15 iyul: NTU və dövlət tərəfindən təyin olunan Yerli Təşkilatı Komitəyə başçılıq edən Ukraynanın Baş naziri Vladimir Qroysman rəsmi təqdimat məqsədi ilə namizəd şəhərləri siyahısını birlikdə nəzərdən keçirib, yalnız 6 şəhərin (Dnepropetrovsk, Herson, Kiyev, Lvov, Odessa, Xarkov) namizədliklərini qəbul etdilər.
  • 18 - 22 iyul: Namizəd şəhərlərə Yerli Təşkilatı Komitə tərəfindən baxış keçirildikdən sonra AYİ-nə yalnız 3 şəhərin (Dnepropetrovsk, Kiyev, Odessa) adını təqdim etdilər.
  • 22 iyul - 1 avqust: AYİ və Yerli Təşkilatı Komitənin təmsilçiləri tərəfindən 3 namizəd şəhərin infrastrukturası və müsabiqənin keçirilməsi üçün hər bir şərait dəqiqliklə baxışdan keçirildi. Tender mərhələsinin nəticələri və ev sahibi şəhərin adı açıqlanması üçün mətbuat konfransı baş tutmalı idi, lakin daha sonra bu elanın təxirə salındığı ilə bağlı açıqlama verildi.

10 avqust 2016-cı il tarixində NTU-nun rəhbərinin köməkçisi Oleksandr Xarebin müsabiqəyə ev sahibliyi edəcək şəhərin adının Ukraynanın Müstəqillik günündə, 24 avqust tarixində açıqlanacağını bildirdi[2]. Lakin 25 avqust tarixində ev sahibi olacaq şəhərin adının açıqlanmasına 1 saat qalmış NTU qərarın bir daha nəzərdən keçilməsi üçün elanın təxirə salındığını açıqladı. Bunun ardınca Dnepropetrovsk şəhərinin meri Boris Filatov tender mərhələsinin başlanmasından iki ay keçdiyinə baxmayaraq qərarın elan olunmasının artıq dördüncü dəfə təxirə salınmasının "rüsvayçılıq" olduğunu açıqlamışdır. 25 avqustda NTU-nun baş direktoru Zurab Alasania Dnepropetrovskun namizədliyini geri götürdüyünü elan etmişdir[3].

9 sentyabr 2016-cı il tarixdə müsabiqənin paytaxt Kiyevdə yerləşən Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəyi elan olundu.

ŞəhərArenaTutumQeyd
DnepropetrovskDniproEuroArena9,500Təklif edilən arenanın ərazisində olan Meteor Stadionunun yenidən tikintisinə ehtiyac duyulur. Tikinti 2017-ci ilin mart ayında tamamlanacaq.
Herson"Yubileyniy" konsert zalı1,600Təklifə konsert zalının 7-8 ay müddətində genişləndirilməsi və yenidən inşası da daxil edilmişdir.
Kiyev
Kiyev İdman Sarayı10,0002005 Avroviziya Mahnı Müsabiqəsi2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin keçirildiyi arena. 24 avqust tarixində Kiyev ev sahibi şəhər seçiləcəyi halda müsabiqənin bu arenada keçiriləcəyi bildirildi.
Kiyev Beynəlxalq Sərgi Mərkəzi13,000Kiyev Beynəlxalq Sərgi Mərkəzi Ukraynanın ən böyük sərgi mərkəzidir.
LvovArena Lviv34,915UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var.
OdessaChornomorets Stadium10,000–12,000Chornomorets Stadium Odessa şəhərinin Avroviziya üçün yeganə uyğun olan arenasıdır. Müəyyən təmirə ethiyac var.
XarkovMetalist Oblast İdman Kompleksi40,003UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var.

Yarımfinallara bölünmə səbətləri

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 31 yanvar 2017 tarixində Nika Konstantinova və Timur Miroşnıçenko aparıcılığında Kiyevdə püşk çəkilişi keçirilmişdir.

Çəkilişin ilk mərhələsində ev sahibi ölkə Ukrayna və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edildi. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri püşkatma ilə təyin olundu. Mart ayında təşkil edilmiş qrup konfransında isə ölkələrin səhnəyə çıxış sıraları müəyyən edildi. Hər iki yarımfinalda 18 ölkə finala çıxmaq üzrə mübarizə aparmışdır. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmdə 26 ölkə finalda iştirak edəcək. AYİ, 25 yanvar 2017 tarixində yarışmanın rəsmi tele səsvermə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət6-cı Səbət
  • Qeyd: Rusiya 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyi planlaşdırsa da 13 aprel tarixində ölkənin müsabiqədə iştirak etməyəcəyi açıqlandı.

İştirakçı ölkələr

42 ölkənin iştirak etdiyi Avroviziya 2017 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Ukrayna müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallar

1-ci yarımfinal

9 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[4]DilMüğənni(lər)MahnıTərcüməYerXal
01 İsveçİngiliscəRobin Benqtsson"I Can't Go On"Davam edə bilmirəm3227
02 GürcüstanİngiliscəTamara Qaçeçiladze"Keep the Faith"İnancını qoru1199
03 AvstraliyaİngiliscəAyzeya Fayrbreys"Don't Come Easy"Asan gəlmə6160
04 AlbaniyaİngiliscəLindita"World"Dünya1476
05 BelçikaİngiliscəBlanş"City Lights"Şəhər işıqları4165
06 MonteneqroİngiliscəSlavko Kaleziç"Space"Fəza1656
07 FinlandiyaİngiliscəNorma John"Blackbird"Qaraquş1292
08 AzərbaycanİngiliscəDihaj"Skeletons"Skeletlər8150
09 PortuqaliyaPortuqalcaSalvador Sobral"Amar Pelos Dois"İkimiz üçün sevgi1370
10 YunanıstanİngiliscəDemy"This is Love"Bu sevgidir10115
11 PolşaİngiliscəKasia Mos"Flashlight"Fənər9119
12 MoldovaİngiliscəSunStroke Project"Hey, Mamma!"Hey, Ana!2291
13 İslandiyaİngiliscəSvala"Paper"Kağız1560
14 ÇexiyaİngiliscəMartina Barta"My Turn"Mənim növbəm1383
15 KiprİngiliscəOvik"Gravity"Qravitasiya5164
16 ErmənistanİngiliscəArtsvik"Fly With Me"Mənimlə uç7152
17 SloveniyaİngiliscəOmar Naber"On My Way"Mənim yolumda1736
18 LatviyaİngiliscəTriana Park"Line"Xətt1821

2-ci yarımfinal

11 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransa və ev sahibi Ukrayna səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[4]DilMüğənni(lər)MahnıTərcüməYerXal
01 SerbiyaİngiliscəTiyana Boqiçeviç"In Too Deep"Çox dərində1198
02 AvstriyaİngiliscəNeytan Trent"Running on Air"Havada qaçış7147
03 Şimali MakedoniyaİngiliscəYana Burçeska"Dance Alone"Tək rəqs et1569
04 MaltaİngiliscəKlaudia Faniello"Breathlessly"Təngnəfəs1655
05 RumıniyaİngiliscəİlinkaAleks Florea"Yodel It!"Yodellə6174
06 NiderlandİngiliscəO'G3NE"Lights and Shadows"İşıqlar və kölgələr4200
07 MacarıstanMacarca, RomancaYoçi Papai"Origo"Mənşə2231
08 DanimarkaİngiliscəAnya Nissen"Where I Am"Mən haradayam10101
09 İrlandiyaİngiliscəBrendan Mürrey"Dying To Try"Cəhd etməyə can atmaq1386
10 San-MarinoİngiliscəValentina MonettaCimmi Vilson"Spirit of the Night"Gecə ruhu181
11 Xorvatiyaİngiliscə, İtalyancaJak Hudek"My Friend"Mənim dostum8141
12 NorveçİngiliscəJOWST"Grab the Moment"Bu anı tut5189
13 İsveçrəİngiliscəTimebelle"Apollo"-1297
14 BelarusBelaruscaNAVI"Historyja majho žyccia"Həyatımın hekayəsi9110
15 BolqarıstanİngiliscəKristian Kostov"Beautiful Mess"Gözəl qarmaqarışıqlıq1403
16 LitvaİngiliscəFusedmarc"Rain of Revolution"İnqilab yağışı1742
17 EstoniyaİngiliscəKoyt ToomeLaura"Verona"-1485
18 İsrailİngiliscəİmri"I Feel Alive"Sağ hiss edirəm3207

Final

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (Ukrayna);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

13 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Portuqaliya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Ölkə[4]DilMüğənni(lər)MahnıTərcüməYerXal
01 İsrailİngiliscəİmri"I Feel Alive"Sağ hiss edirəm2339
02 PolşaİngiliscəKasia Mos"Flashlight"Fənər2264
03 BelarusBelaruscaNAVI"Historyja majho žyccia"Həyatımın hekayəsi1783
04 AvstriyaİngiliscəNeytan Trent"Running on Air"Havada qaçış1693
05 ErmənistanİngiliscəArtsvik"Fly With Me"Mənimlə uç1879
06 NiderlandİngiliscəO'G3NE"Lights and Shadows"İşıqlar və kölgələr11150
07 MoldovaİngiliscəSunStroke Project"Hey, Mamma!"Hey, Ana!3374
08 MacarıstanMacarca, RomancaYoçi Papai"Origo"Mənşə8200
09 İtaliyaİtalyancaFrançesko Qabbani"Occidentali's Karma"Qərblilərin Karması6334
10 DanimarkaİngiliscəAnya Nissen"Where I Am"Mən haradayam2077
11 PortuqaliyaPortuqalcaSalvador Sobral"Amar Pelos Dois"İkimiz üçün sevgi1758
12 AzərbaycanİngiliscəDihaj"Skeletons"Skeletlər14120
13 Xorvatiyaİngiliscə, İtalyancaJak Hudek"My Friend"Mənim dostum13128
14 AvstraliyaİngiliscəAyzeya Fayrbreys"Don't Come Easy"Asan gəlmə9173
15 YunanıstanİngiliscəDemy"This is Love"Bu sevgidir1977
16 İspaniyaİspanca, İngiliscəManel Navarro"Do It for Your Lover"Səni sevən üçün bunu et265
17 NorveçİngiliscəJOWST"Grab the Moment"Bu anı tut10158
18 Böyük BritaniyaİngiliscəLusi Cons"Never Give Up on You"Səndən əsla imtina etmərəm15111
19 KiprİngiliscəOvik"Gravity"Qravitasiya2168
20 RumıniyaİngiliscəİlinkaAleks Florea"Yodel It!"Yodellə7282
21 AlmaniyaİngiliscəLevina"Perfect Life"Əla həyat256
22 Ukrayna (ev sahibi-ölkə)İngiliscəO.Torvald"Time"Zaman2436
23 BelçikaİngiliscəBlanş"City Lights"Şəhər işıqları4363
24 İsveçİngiliscəRobin Benqtsson"I Can't Go On"Davam edə bilmirəm5344
25 BolqarıstanİngiliscəKristian Kostov"Beautiful Mess"Gözəl qarmaqarışıqlıq2615
26 FransaFransızca, İngiliscəAlma"Requiem"Ölülər üçün dua12135

Nəticələr

1-ci yarımfinal

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[5]
Cəmi
İsveç22712488412612524881085721032
10348105376103511025457161
Gürcüstan9962613363410576521
3712662182
Avstraliya1601391265103876861012711210187
21211126233
Albaniya76381010108
3812351017
Belçika16540331723325524
1251054821078487646810684
Monteneqro5617872
391735821651
Finlandiya9241777133166
518253714332553
Azərbaycan1508710375788464431125
631216112121072
Portuqaliya370173512667410125121212710781241210
197128101212712810126127671212101210
Yunanıstan115611812227112106
54236645212545
Polşa1195012242311822436
696328123583238312
Moldova291111103101215651036867712
1805612710108101271081071010812108
İslandiya60292222522381
3171451472
Çexiya8381414624123514107108
22
Kipr1646185876451233
10347634563127744124636
Ermənistan1528775108441261051465
653105748645814
Sloveniya3616141154
20282431
Latviya2111
20145127

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
7PortuqaliyaAzərbaycan, Gürcüstan, İslandiya, İspaniya, Latviya, Moldova, Polşa
3AvstraliyaÇexiya, İsveç, Sloveniya
2YunanıstanKipr, Monteneqro
MoldovaAlbaniya, Böyük Britaniya
İsveçBelçika, Finlandiya
1ErmənistanYunanıstan
Azərbaycanİtaliya
KiprErmənistan
ÇexiyaPortuqaliya
PolşaAvstraliya
SMS səsverməsi

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
9PortuqaliyaAlbaniya, Belçika, Finlandiya, İslandiya, İspaniya, İsveç, Latviya, Polşa, Sloveniya
3AzərbaycanÇexiya, Gürcüstan, Moldova
MoldovaAvstraliya, İtaliya, Portuqaliya
2KiprErmənistan, Yunanıstan
1AlbaniyaMonteneqro
GürcüstanAzərbaycan
YunanıstanKipr
PolşaBöyük Britaniya

2-ci yarımfinal

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[6]
Cəmi
Serbiya985326482226642117
4561210125
Avstriya14711563588710754761245846
3211463314234
Şimali Makedoniya6929582383
4010463125
Malta5555268135115714263
0
Rumıniya174261041434
14867378788878757612101275
Niderland200149886612101031212888856586
5142367532341245
Macarıstan23166123533102522127
1651212661210461012681085877106
Danimarka10196475101061581032468421
514
İrlandiya8645101352218742
413146252234711
San-Marino10
11
Xorvatiya141373172413655
104710885410761104625263
Norveç189137152771271041010512101031210
523255102637324
İsveçrə9748416448537312
494255101151241242
Belarus1105577371351012
5521132135868312
Bolqarıstan403199101212128121261286121212101267108
2048810128121212101281261210101281210
Litva4217467
251210111
Estoniya8516223117
694234235182126638
İsrail207757104515637410121
13255710778647575710341087

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
10BolqarıstanAvstriya, Belarus, Estoniya, İrlandiya, İsveçrə, Macarıstan, Malta, Niderland, Norveç, Şimali Makedoniya,
3NiderlandRumıniya, San Marino, Xorvatiya
NorveçAlmaniya, Danimarka, Litva
2Macarıstanİsrail, Serbiya
1AvstriyaBolqarıstan
BelarusUkrayna
İsrailFransa
SMS səsverməsi

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
9BolqarıstanAlmaniya, Belarus, Danimarka, Macarıstan, İsrail, Malta, Niderland, Norveç, San Marino
4MacarıstanAvstriya, Rumıniya, Serbiya, Xorvatiya
2RumıniyaFransa, Estoniya
Serbiyaİsveçrə, Şimali Makedoniya
1BelarusUkrayna
EstoniyaLitva
Litvaİrlandiya
MakedoniyaBolqarıstan

Final

  Münsif
  SMS
Səsvermə nəticələri[7]
Cəmi
İsrail393441867521
5131
Polşa64232627114
41241237313510
Belarus83507122531223121
33326261148
Avstriya939313431214715271652131014343
0
Ermənistan79587141382431642453
21126102
Niderland1501354125108854417842438127113734
15101112
Moldova374110810103337381626877846
26461231010710465845776106851288213561261287368126
Macarıstan20048512114311038
152657816123842322142232764251041254541
İtaliya3341261226107102452812873821062
208124266578158554747183581241022461061081102
Danimarka776953365453788552
88
Portuqaliya7583826127881087812108812121051212512512121010712101261212121212121012
3768107128712710785101212812871210125101278681212107788121012108
Azərbaycan12078245110104112512156
42101210514
Xorvatiya12825136537
103714185361031231133512285
  Münsif
  SMS
Cəmi
Avstraliya1731714766410871025710518443574378104210
22
Yunanıstan77481105612122
293151271
İspaniya50
55
Norveç1581295367261017712612537102723105
2957211661
Böyük Britaniya1119984121255623613743515610
123441
Kipr683675541212
3212321221
Rumıniya282583336834512101
224421010226864646310616512710546127107764273437
Almaniya633
33
Ukrayna3612714
24174732
Belçika363108232221287104628108541615
25555484645246121081058105621210452410710125536412753
İsveç344218664812467123128841861010618766747265108
126236133222512361338343573451322115174
Bolqarıstan615278108102121010724126568210610728712810210126102686787
33710757121288101210774751012461087712108688888121071076212
Fransa13545531266543415
901854312331134141652642326

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finala vəsiqə qazanan ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
18PortuqaliyaBöyük Britaniya, Ermənistan, Çexiya, Fransa, Gürcüstan, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, San Marino, Serbiya, Sloveniya
4BolqarıstanBelarus, Estoniya, Norveç, Şimali Makedoniya,
3İsveçBelçika, Danimarka, Finlandiya
2Azərbaycanİtaliya, Portuqaliya
BelarusAzərbaycan, Ukrayna
İtaliyaAlbaniya, Malta
NiderlandAvstriya, Rumıniya
YunanıstanKipr, Monteneqro
1AvstriyaBolqarıstan
Belçikaİrlandiya
Böyük BritaniyaAvstraliya
KiprYunanıstan
MacarıstanXorvatiya
NorveçAlmaniya
RumıniyaMoldova
SMS səsverməsi

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finala vəsiqə qazanan ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
12PortuqaliyaAlmaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsrail, İsveçrə, Litva, Niderland, Norveç
7BolqarıstanAzərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Macarıstan, San Marino, Şimali Makedoniya
5MoldovaAvstraliya, İtaliya, Portuqaliya, Rumıniya, Ukrayna
4BelçikaEstoniya, İsveç, Latviya, Polşa
2İtaliyaAlbaniya, Malta
MacarıstanSerbiya, Xorvatiya
KiprErmənistan, Yunanıstan
Rumıniyaİrlandiya, Moldova
XorvatiyaMonteneqro, Sloveniya
1AzərbaycanGürcüstan
İsveçDanimarka
FransaBolqarıstan
YunanıstanKipr

Digər ölkələr

  • Andorra – 19 may 2016-cı il tarixdə Andorranın RTVA kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[8] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina – 28 sentyabr 2016-cı il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı ciddi maliyyə problemləri və iştirak üçün əlavə sponsorun olmaması səbəbindən ölkənin növbəti müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bundan öncə May ayında Avropa Yayım İttifaqı Bosniya və Herseqovinanın Avroviziyanı yayımlayan əsas yayımçı kanalı olan BHRT-nin AYİ-na toplamda 5.4 milyon təşkil edən borcu ödəyə bilməməsi səbəbindən ölkənin Avropa Yayım İttifaqına üzvlükdən məhrum edilə biləcəyini və beləliklə Avroviziyada iştirakdan azad olunacağını bəyan etmişdir. Bosniya və Herseqovina Avroviziyada son dəfə ötən il (2016) Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
  • Lüksemburq – 25 may 2016-cı il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2017-ci ildə Avroviziyaya geri dönməyəcəyini bildirdi[9]. Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Monako – 19 avqust 2016-cı il tarixdə Monakonun TMC kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[10] Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Rusiya – Rusiya təmsilçisi Yuliya Samoylova Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoymuşdur. 13 aprel 2017-ci il tarixdə Rusiyanın dövlət kanalı Kiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini açıqlamışdır.
  • Slovakiya – 12 aprel 2016-cı il tarixdə Slovakiyanın RTVS kanalı ölkənin 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını açıqlayarkən buna səbəb kimi maliyyə problemlərini göstərmişdir. Lakin eyni zamanda telekanal Avroviziyanı "çəkici proekt" adlandıraraq növbəti ildə müsabiqədə iştiraka maraqlı olduqlarını və bunun üçün son qərarın 2016-cı ilin sonunda açıqlanacağını bildirmişdir[11]. 24 oktyabr tarixində ölkənin Kiyevdə keçiriləcəl müsabiqədə iştirak etməyəcəyi təsdiqini tapdı. Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə – Türkiyənin TRT kanalı AYİ-nə ölkənin 2017-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıdacağı ilə bağlı yazılı açıqlama vermişdir. Lakin bundan öncə də ölkənin geri dönəcəyi ilə bağlı məlumatlar mediada yayılmasına baxmayaraq bu baş tutmamışdır[12]. 23 oktyabr tarixində Türkiyənin 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyi öz təsdiqini tapdı. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

Təkrar iştirak edən müğənnilər

MüğənniÖlkəİştirak etdiyi il(lər)Tutduğu yer
Koit Toome Estoniya199812-ci
Laura Poldvere ("Suntribe" qrupunun üzvü) Estoniya200520-ci (yarımfinalda)
Omar Naber Sloveniya200512-ci (yarımfinalda)
SunStroke Project Moldova201022-ci
Tiyana Boqiçeviç (dəstək vokalçı olaraq) Serbiya20112011: 14-cü
Valentina Monetta San-Marino2012, 2013, 20142012: 14-cü (yarımfinalda), 2013: 11-ci (yarımfinalda),
2014: 24-cü (finalda)
İmri Ziv (dəstək vokalçı olaraq) İsrail2015, 20162015: 10-cu, 2016: 14-cü

Ukraynanın Rusiya təmsilçisinə qoyduğu qadağa

2014-cü ildə Rusiyanın Krım yarımadasını zəbt etməsindən sonra 2015-ci ildə Ukrayna hökuməti Krımın işğalını dəstəkləyən müğənniləri qara siyahıya alaraq, milli təhlükəsizliyin qorunması səbəbindən həmin şəxslərin ölkəyə girişinə qadağa qoymuşdur. Baş nazir müavini Vyaçeslav Kırılenko ölkənin Avroviziyaya ev sahibliyi edəcəyi halda belə bu qadağanın aradan qaldırılmayacağını bildirmişdir. Avropa Yayımlar Birliyi bu qadağanın Avroviziyaya tətbiq edilməməsi və Ukraynanın müsabiqəyə ev sahibliyi edə biləcəyi halda bütün ölkələrdən olan nümayəndə heyətinin Ukraynaya gələ bilməsi üçün Ukraynanın dövlət kanalı NTU və Ukrayna hökuməti ilə danışıqlar aparıldığını açıqlamışdır. Dövlət kanalından olan nümayəndənin Amerikanın məşhur Billboard maqazin jurnalına verdiyi müsahibədə tərtib olunan qara siyahının NTU-nun idarəsindən kənar olduğunu bildirmişdir.

Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada xoşagəlməz qonaq olacağı göstərilmişdir.

Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın dövlət kanalı olan "Pervıy Kanal" 12 mart tarixində Avroviziya 2017-də Rusiyanı "Flame is Burning" (azərb. Məşəl alovlanır‎) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyini açıqladı. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsidir[13]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənnini müsabiqə üçün seçilməsinin düşünülmüş addım olduğu iddia edilmişdir. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı açıqlanmışdır[14].

22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Qərarın həmən ardınca müsabiqənin direktoru Yon Ola Sand bütün iştirakçıların Kiyev səhnəsində çıxışını təmin etmək məqsədi ilə hələ də danışıqların aparıldığını və ev sahibi ölkənin aldığı qərarın müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayaraq Avropa Yayımlar Birliyinin qərar ilə çox məyus olduğunun açıqlamışdır. Avropa Yayımlar Birliyi Yuliya Samoylovanın müsabiqədə çıxışını təmin etmək üçün alternativ yollar axtarır[15].

Yaranmış qarışıqlığa fikir bildirən Avropa Yayımlar Birliyinin rəsmisi İnqrid Deltenre Ukraynanın atdığı addımı "tamamilə qəbuledilməz" adlandırmışdır[16].

Mən çox təəssüf edirəm ki, Ukrayna siyasi səbəblərə görə Avroviziyadan sui-istifadə edir. Avroviziya Mahnı Müsabiqəsi milyonlarla insanları bir araya gətirmək üçündür. Beləliklə dövlət kanalları müsabiqəni bir-birlərinə qarşı mübarizə olaraq istifadə etməməlidirlər. Ukraynanın atdığı addım tamamilə qəbuledilməzdir.

13 aprel 2017-ci il tarixdə Rusiyanın dövlət kanalı rəsmi açıqlamada Kiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini bildirmişdir[17].

Müsabiqəni canlı yayımlayan ölkələr

İstinadlar

Xarici keçidlər

Həmçinin bax