2018 Avroviziya Mahnı Müsabiqəsi

2018 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2018; fr. Concours Eurovision de la chanson 2018) — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, "All Aboard!" (azərb. Hamı göyərtəyə!‎) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur[2]. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir.[3]

2018 Avroviziya Mahnı Müsabiqəsi
"All Aboard!"
"Hamı göyərtəyə!"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal8 may 2018
II yarımfinal10 may 2018
Final12 may 2018
Aparıcı(lar)Katarina Furtado
Daniela Rua
Filomena Kautela
Silviya Alberto
DirektorYon Ola Sand
KanalPortuqaliya RTP
Keçirilən yerAltice Arena,
Lissabon, Portuqaliya
Qalib mahnıİsrail İsrail
"Toy"
Seçki sistemi50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı43[1]
İlk dəfə iştirak edən ölkələrOlmayıb
Yenidən iştirak edən ölkələrRusiya Rusiya
İştirakdan imtina edən ölkələrOlmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2017        2019 ►

17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir. Bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönmüşdür. Ölkəni Lissabonda məhz Yuliya Samoylova təmsil etmişdir.[4] Şimali Makedoniyanın ilk öncə maliyyə problemləri səbəbindən Avroviziya 2018-də iştirak etməyəcəyi bildirilsə də, daha sonra Avroviziyanın rəsmi saytı ölkənin müsabiqəyə qoşulacağını elan etmişdir. Bu müsabiqə Azərbaycan, RusiyaRumıniyanın Avroviziya tarixində ilk dəfə finala keçməməsi ilə yadda qalmışdır. Bu eyni zamanda 2005-ci ildən bəri ilk heç bir Qafqaz ölkəsinin iştirak etmədiyi Avroviziya finalı olmuşdur.

12 may tarixində baş tutan final şousunda İsrail təmsilçisi Netta Barzilay ifa etdiyi "Toy" mahnısı ilə 529 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin Avroviziyada dördüncü qalibiyyəti idi.

Keçirildiyi yer

Müsabiqənin keçirildiyi məkan, Altice Arena, Lissabon, Portuqaliya

2017-ci ildə Salvador Sobralın "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyaya qələbə qazandırmasının ardınca müsabiqə Portuqaliyanın paytaxtı Lissabonda Altice Arenada keçiriləcəkdir. Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi

Portuqaliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinin ardınca 14 may 2017-cı il tarixdə Portuqaliyanın milli televiziya kompaniyası olan RTP-nin baş direktoru Nuno Artur Silva açıqlamasında ölkənin növbəti Avroviziyanı keçirməyə hazır olduğunu və Portuqaliyanın ən böyük arenası olan Altice Arenanın müsabiqəyə ev sahibliyi etməsinin mümkünlüyünü vurğulamışdır. 15 may tarixində RTP tərəfindən Lissabonun ev sahibi şəhər olacağı açıqlanmasına baxmayaraq, növbəti gün bununla bağlı son qərarın hal-hazırda alınmadığı bildirilmişdir[5].

RTP və Avropa Yayım İttifaqı (AYİ) tərəfindən ev sahibi ola biləcək şəhər və arenalar üçün aşağıdakı meyarlar vurğulanmışdır:

  • Arena minimum 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır.
  • Beynəlxalq mətbuat mərkəzi minimum 1,500 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməyə hazır olmalıdır.
  • Ən azı 2,000 nümayəndə heyətinin, akkreditə olunmuş jurnalistlərin və tamaşaçıların yerləşdirilməsi üçün müxtəlif qiymət kateqoriyalarına malik otellər olmalıdır.
  • Ev sahibi şəhər səmərəli nəqliyyat infrastrukturuna, uyğun sayda və böyüklüyə malik otellərə malik olmalıdır.
  • Arena beynəlxalq hava limanına yaxın olmalıdır.

Lissabondan başqa daha altı şəhər müsabiqəyə ev sahibliyi üçün namizədliyini irəli sürmüşdür: Braqa, Eşpinyu, Faru, Qimaraynş, Qondomar və Santa Mariya da Feyra.25 iyul tarixində RTP və AYİ Lissabonun 2018 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.

ŞəhərArenaTutumQeyd
BraqaBraga Exhibition Park15,000 (təmirdən sonra)1981-ci ildə inşa edilmiş və 1987-ci ildə ərazisinin genişləndirildiyi aqro-sənaye parkı. Hal-hazırda təmirdədir və təmirin 2018-ci ilin əvvəllərində başa çatacağı gözlənilir.
LissabonAltice Arena20,000Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir. Arena 1998-ci ildə inşa edilib və Portuqaliyanın ən böyük arenasıdır.
QimaraynşMultiusos de Guimarães10,0002001-ci ildə inşa edilmiş maksimum 10,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.
QondomarMultiusos de Gondomar Coração de Ouro8,0002007-ci ildə inşa edilmiş maksimum 8,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.
Santa Mariya da FeyraEuroparque11,0001995-ci ildə inşa edilmiş maksimum 11,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.

Avroviziya kəndi

Avroviziya kəndi Avroviziya 2018 ərzində Lissabonda təyin edilmiş rəsmi müsabiqə ərazisidir. Müsabiqənin keçirdiyi müddət ərzində Avroviziya kəndində ifaçıların, DJ-lərin konsert proqramlarına, xüsusi şoulara qatılmaq mümkündür. Əraziyə yerləşdirilmiş böyük LED ekranlar sayəsində Avroviziyanı canlı olaraq oradan da izləmək mümkün olmuşdur.

Avroviziya kəndi ərazisi kimi Praça do Comércio meydanı seçilmişdir. Bu Lissabondakı ən böyük meydandır və Taxo çayının yanında yerləşir. Meydanda ənənəvi rəngli binalar və meydanın ortasında Kral Jozenin heykəli vardır. Tarixdə Praça do Comércio əsasən ticarətçilərin xaricdən gələn malları satdığı yer olmuşdur.

Açılış mərasimi və Qırmızı xalı

Qırmızı xalı mərasimi 6 may tarixində İncəsənət, arxitektura və texnologiya muzeyində keçirilmişdur. Mərasimdə bütün ölkə təmsilçiləri qırmızı xalıdan keçərək, müsabiqə fanatlarına, jurnalistlərə və qonaqlara təqdim olunurlar. Qırmızı xalıdan sonra Lissabonun Elektrik muzeyində müsabiqənin açılış mərasimi baş tutmuşdur.

Format

Yarımfinallara bölünmə səbətləri

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 29 yanvar 2018 tarixində Silviya Alberto və Filomena Kautelanın aparıcılığında Lissabonda püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə Portuqaliya və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Yarımfinalların birində 19 ölkə, digərində isə 18 ölkə iştirak edəcək. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmi 26 ölkə finalda iştirak edəcək. AYİ, 12 yanvar 2018 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 37 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət6-cı Səbət

İştirakçı ölkələr

  Birinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və birinci yarımfinalda səs verən ölkələr
  İkinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və ikinci yarımfinalda səs verən ölkələr

43 ölkənin iştirak etdiyi Avroviziya 2018 otuz yeddi ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Portuqaliya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar

1-ci yarımfinal

8 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniyaPortuqaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

[6]Ölkə[6]DilMüğənni(lər)[6]MahnıTərcüməYerXal
01 AzərbaycanİngiliscəAysel Məmmədova"X My Heart"Qəlbimdən keçdim1194
02 İslandiyaİngiliscəAri Oulafsson"Our Choice"Bizim seçimimiz1915
03 AlbaniyaAlbancaEuqent Buşpepa"Mall"Həsrət8162
04 BelçikaİngiliscəSennek"A Matter of Time"Zaman məsələsi1291
05 ÇexiyaİngiliscəMikolas Yosef"Lie to Me"Mənə yalan de3232
06 Litvaİngiliscə, LitvacaYeva Zasimauskayte"When We're Old"Biz yaşlanarkən9119
07 İsrailİngiliscə, İvritcəNetta Barzilay"Toy"Oyuncaq1283
08 BelarusİngiliscəAlekseev"Forever"Əbədi1665
09 EstoniyaİtalyancaElina Neçayeva"La Forza"Güc5201
10 BolqarıstanİngiliscəEquinox"Bones"Sümüklər7177
11 Şimali MakedoniyaİngiliscəEye Cue"Lost and Found"İtmiş və tapılmış1824
12 XorvatiyaİngiliscəFranka Bateliç"Crazy"Dəli1763
13 AvstriyaİngiliscəSezar Sampson"Nobody but You"Səndən başqa heç kəs4231
14 YunanıstanYunancaQianna Terzi"Oneiro Mou" (Όνειρο Μου)Yuxum1481
15 FinlandiyaİngiliscəSaara Aalto"Monsters"Bədheybətlər10108
16 ErmənistanErmənicəSevak Xanağyan"Qami" (Քամի)Külək1579
17 İsveçrəİngiliscəZiBBZ"Stones"Daşlar1386
18 İrlandiyaİngiliscəRayan O'Şounessi"Together"Birlikdə6179
19 Kiprİngiliscə, İspancaEleni Fureyra"Fuego"Atəş2262

2-ci yarımfinal

10 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

[7]Ölkə[7]DilMüğənni(lər)[7]MahnıTərcüməYerXal
01 NorveçİngiliscəAleksandr Rıbak"That's How You Write a Song"Mahnını bu cür yazmalısan1266
02 RumıniyaİngiliscəThe Humans"Goodbye"Sağ olun11107
03 SerbiyaSerbcəSanya İliçBalkanika"Nova deca" (Нова деца)Yeni uşaqlar9117
04 San-MarinoİngiliscəCessikaCenifer Breninq"Who We Are"Biz kimik1728
05 Danimarkaİngiliscə, İslandcaRasmussen"Higher Ground"Yüksək torpaq5204
06 RusiyaİngiliscəYuliya Samoylova"I Won't Break"Mən qırılmayacağam1565
07 MoldovaİngiliscəDoReDoS"My Lucky Day"Mənim uğurlu günüm3235
08 NiderlandİngiliscəUeylon"Outlaw in 'Em"İçlərindəki cinayətkar7174
09 AvstraliyaİngiliscəCessika Mauboy"We Got Love"Bizim sevgimiz var4212
10 GürcüstanGürcücə [q 1]İriao"For You"Sənin üçün1824
11 PolşaİngiliscəGromeeLukas Meyer"Light Me Up"Məni aydınlat1481
12 MaltaİngiliscəKristabel"Taboo"Qadağan13101
13 MacarıstanMacarcaAWS"Viszlát nyár"Sağol, yay10111
14 LatviyaİngiliscəLaura Rizzotto"Funny Girl"Məzəli qız12106
15 İsveçİngiliscəBenyamin İnqrosso"Dance You Off"Səni rəqs etdirmək2254
16 MonteneqroMonteneqrcəVanya Radovanoviç"Inje"Çən1640
17 SloveniyaSlovencə, PortuqalcaLea Sirk"Hvala, ne!"Təşəkkür edirəm, yox!8132
18 UkraynaİngiliscəMelovin"Under the Ladder"Nərdivan altında6179

Final

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (Portuqaliya);
  • Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

12 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsrail təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

[8]Ölkə[8]DilMüğənni(lər)[8]MahnıTərcüməYerXal
01 UkraynaİngiliscəMelovin"Under the Ladder"Nərdivan altında17130
02 İspaniyaİspancaAlfredAmaya"Tu canción"Sənin mahnın2361
03 SloveniyaSlovencə, PortuqalcaLea Sirk"Hvala, ne!"Təşəkkür edirəm, yox!2264
04 Litvaİngiliscə, LitvacaYeva Zasimauskayte"When We're Old"Biz yaşlanarkən12181
05 AvstriyaİngiliscəSezar Sampson"Nobody but You"Səndən başqa heç kəs3342
06 EstoniyaİtalyancaElina Neçayeva"La Forza"Güc8245
07 NorveçİngiliscəAleksandr Rıbak"That's How You Write a Song"Mahnını bu cür yazmalısan15144
08 PortuqaliyaPortuqalcaKlaudiya Paskual"O jardim"Bağ2639
09 Böyük BritaniyaİngiliscəSuRie"Storm"Fırtına2448
10 SerbiyaSerbcəSanya İliçBalkanika"Nova deca" (Нова деца)Yeni uşaqlar19113
11 AlmaniyaİngiliscəMixael Şulte"You Let Me Walk Alone"Sən məni yolda yalnız qoydun4340
12 AlbaniyaAlbancaEuqent Buşpepa"Mall"Həsrət11184
13 FransaFransızcaMadame Monsieur"Mercy"Təşəkkür13173
14 ÇexiyaİngiliscəMikolas Yosef"Lie to Me"Mənə yalan de6281
15 Danimarkaİngiliscə, İslandcaRasmussen"Higher Ground"Yüksək torpaq9226
16 AvstraliyaİngiliscəCessika Mauboy"We Got Love"Bizim sevgimiz var2099
17 FinlandiyaİngiliscəSaara Aalto"Monsters"Bədheybətlər2546
18 BolqarıstanİngiliscəEquinox"Bones"Sümüklər14166
19 MoldovaİngiliscəDoReDoS"My Lucky Day"Mənim uğurlu günüm10209
20 İsveçİngiliscəBenyamin İnqrosso"Dance You Off"Səni rəqs etdirmək7274
21 MacarıstanMacarcaAWS"Viszlát nyár"Sağol, yay2193
22 İsrailİngiliscə, İvritcəNetta Barzilay"Toy"Oyuncaq1529
23 NiderlandİngiliscəUeylon"Outlaw in 'Em"İçlərindəki cinayətkar18121
24 İrlandiyaİngiliscəRayan O'Şounessi"Together"Birlikdə16136
25 Kiprİngiliscə, İspancaEleni Fureyra"Fuego"Atəş2436
26 İtaliyaİtalyancaErmal MetaFabritsio Moro"Non mi avete fatto niente"Sən mənə heçnə etmədin5308

Nəticələr

1-ci yarımfinal

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[9]
Cəmi
Azərbaycan9447510371210
471710555437
İslandiya151514721
0
Albaniya1621147124514121610468657547
483124110110151
Belçika9171241084121756210
20282233
Çexiya232985105310781082784137
1348122871287361010677347142
Litva119571321010822712
6213461021236312
İsrail283167410107127655121241212510122128
116108431211017362104858275
Belarus65201271
451266213105
Estoniya20181164431081285866
120366551273463812511061224
Bolqarıstan177107262735712646103667312
70452235857231086
Şimali Makedoniya24186813
651
Xorvatiya63465682465415
1710214
Avstriya231115712110121128846736810
11657310610848878612815
Yunanıstan812810133218
53101104382123
Finlandiya1083542735125213
731082136121256467
Ermənistan79386254210342
416812654
İsveçrə8659332866851113354
2721121284231
İrlandiya17971858122617541021
108641244415812466281210
Kipr2628981238332771041210
17375127751074127127125127710108

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
7İsrailAvstriya, Çexiya, Finlandiya, Ermənistan, İspaniya, Kipr, Xorvatiya
3AvstriyaBelçika, Estoniya, İsrail
2AlbaniyaBelarus, İslandiya
BolqarıstanBöyük Britaniya, Şimali Makedoniya
KiprAlbaniya, İrlandiya
1AzərbaycanYunanıstan
BelarusAzərbaycan
BelçikaBolqarıstan
Estoniyaİsveçrə
İrlandiyaLitva
LitvaPortuqaliya
SMS səsverməsi

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
5KiprAlbaniya, Bolqarıstan, Ermənistan, Xorvatiya, Yunanıstan
3EstoniyaFinlandiya, Litva, Portuqaliya
İrlandiyaAvstriya, Belçika, İspaniya
2Çexiyaİslandiya, İsrail
LitvaBöyük Britaniya, İrlandiya
1AlbaniyaŞimali Makedoniya
Avstriyaİsveçrə
BelarusAzərbaycan
FinlandiyaEstoniya
ErmənistanBelarus
İsrailÇexiya
YunanıstanKipr

2-ci yarımfinal

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[10]
Cəmi
Norveç2661332876104108541275126712512
133667128610657684105108441
Rumıniya1076721412263212338621
40128812
Serbiya1174566171612411
721461012412121064
San-Marino28145135
14212
Danimarka20440516851410
1641284127412123881271238105107
Rusiya6514473
5117186312832
Moldova23582121021231034625544
1535125661271012241085461212510
Niderland17412788104551101088641012873
47732731115416213
Avstraliya212130106123104871012103261287
8287348154310327467
Gürcüstan2411128
13355
Polşa812112254142
6064517877123
Malta10193610488213417478668
817
Macarıstan11123354263
8821012841834103115286
Latviya10692713573758727101010
142741
İsveç254171121212108121212121031021277126
8310215105268257166241
Monteneqro402377513
17107
Sloveniya132675423468215485532
653833234653106225
Ukrayna1796531368677261510
1144521051072510122610273318

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
9İsveçAlmaniya, Avstraliya, Gürcüstan, Niderland, Norveç, Polşa, San-Marino, Serbiya, Sloveniya
3AvstraliyaDanimarka, Fransa, Latviya
Norveçİsveç, İtaliya, Malta
2RumıniyaMacarıstan, Moldova
MoldovaRumıniya, Rusiya
1SerbiyaMonteneqro
NiderlandUkrayna
SMS səsverməsi

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
6DanimarkaAvstraliya, İsveç, Macarıstan, Niderland, Norveç, San-Marino
5MoldovaFransa, Gürcüstan, Rumıniya, Rusiya, Ukrayna
2Rumıniyaİtaliya, Moldova
SerbiyaMonteneqro, Sloveniya
1MacarıstanSerbiya
NorveçDanimarka
PolşaAlmaniya
RusiyaLatviya
San-MarinoMalta
UkraynaPolşa

Final

  Münsif
  SMS
Səsvermə nəticələri[11]
Cəmi
Ukrayna1301165
1198125483121048241787124
İspaniya614361110127762
185112
Sloveniya6441546125117243
232786
Litva1819057241261331010543816
912571271212121264
Avstriya342271710101888121075125123128775124211281074121212108
713110225386643534132
Estoniya2451431354121012768337124831352610512
1023621044517642241238127
Norveç144608345252124627
847101388245123573555
Portuqaliya392126337
18810
Böyük Britaniya4823223628
2511331061
Serbiya1133810383212
7510812117121212
Almaniya3402042101237710121368464512810106105614125105
1363412466123583843842632321631248
Albaniya1841261276477126102167710107410
58122412101071
Fransa173114128625107643373455521025
597445681154635
  Münsif
  SMS
Cəmi
Çexiya28166464543141741583
215106510653126534573106143558837885212488
Danimarka226383318612632
188876822521252227125102410841231072461072
Avstraliya9990222310862761077574
9621
Finlandiya46235433226
2363410
Bolqarıstan16610052661868710487102127
661177566151321254
Moldova2099477287251010108126
115646213471126610511181212106
İsveç274216188771228421248581051125121212281128105106812
2532723214
Macarıstan93288246332
6512231022312532873
İsrail52921210112516310123107510712810612262844611281611
3171212812103812127710816681071210712712710101061011071051011
Niderland121898515811046173435837
3251312542
İrlandiya1367415434310411541382654
62341471448723
Kipr43618341261012125121012526453873121367718
25341037581010811841108578177235741012121275614328665
İtaliya308594103128814414
2495548761257106121062861076736868126685571010

12 xallar

Münsif səsverməsi

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finalda iştirak edən ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
9AvstriyaBelçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, İslandiya, İsrail, Litva, Polşa, Rumıniya
8İsveçAlmaniya, Avstraliya, Ermənistan, Gürcüstan, Kipr, Latviya, Serbiya, Sloveniya
6KiprBelarus, İrlandiya, İspaniya, İsveç, Malta, Yunanıstan
5İsrailAvstriya, Çexiya, Finlandiya, Fransa, San-Marino
4AlmaniyaDanimarka, İsveçrə, Niderland, Norveç
3EstoniyaŞimali Makedoniya, Moldova, Portuqaliya
1AlbaniyaAzərbaycan
DanimarkaMacarıstan
FransaUkrayna
İtaliyaAlbaniya
LitvaXorvatiya
MoldovaRusiya
Norveçİtaliya
SerbiyaMonteneqro
SMS səsverməsi

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finalda iştirak edən ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Sayİştirakçı ölkə12 xal verən ölkələr
8İsrailAvstraliya, Azərbaycan, Fransa, Gürcüstan, İspaniya, Moldova, San-Marino, Ukrayna
5LitvaBöyük Britaniya, Estoniya, İrlandiya, Latviya, Norveç
4Serbiyaİsveçrə, Monteneqro, Sloveniya, Xorvatiya
3Danimarkaİslandiya, İsveç, Macarıstan
İtaliyaAlbaniya, Almaniya, Malta
KiprBolqarıstan, Ermənistan, Yunanıstan
UkraynaBelarus, Çexiya, Polşa
2Albaniyaİtaliya, Şimali Makedoniya
AlmaniyaDanimarka, Niderland
ÇexiyaAvstriya, İsrail
EstoniyaFinlandiya, Litva
MoldovaRumıniya, Rusiya
1BolqarıstanKipr
İspaniyaPortuqaliya
MacarıstanSerbiya
NiderlandBelçika

Digər ölkələr

  • Andorra – 14 may 2017-ci il tarixdə Andorranın RTVA kanalı ölkənin 2018-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[12] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina – 18 sentyabr 2017-ci il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı ciddi maliyyə problemləri səbəbindən ölkənin Lissabonda keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır[13]. Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Lüksemburq – 22 may 2017-ci il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2018-ci ildə Avroviziyaya geri dönməyəcəyini bildirdi.[14] Lüksemburqun dövlət kanalının baş direktoru Stiv Şmidt bununla bağlı açıqlama vermişdir. "Mən inanıram ki, Avroviziyanın genişlənməsi ilə birlikdə Lüksemburqun müsabiqədə uğur əldə etməsi daha da çətinləşib. Yeni səsvermə sistemi ilə Lüksemburq kimi kiçik ölkələrin Avroviziyada uğur qazanması mümkün deyil." Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Monako – 31 avqust 2017-ci il tarixdə Monakonun TMC kanalı ölkənin 2018-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[15] Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Slovakiya – 11 sentyabr 2017-ci il tarixdə Slovakiyanın RTVS kanalının mətbuat nümayəndəsi Erika Rusnakova ölkənin 2018-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını açıqlayıb.[16] Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə – 7 avqust 2017-ci il tarixdə Türkiyənin Baş nazir müavini olan Bekir Bozdağ 2018-ci ildə Türkiyənin Avroviziya Mahnı Müsabiqəsinə qayıtmaq planının olmadığını açıqlamışdır. Həmin açıqlamanın həmən ardından Türkiyənin TRT kanalı ölkənin 2018-ci ildə Avroviziyada iştirak etməyəcəyini təsdiqləmişdir[17]. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

İnsidentlər

Belarusun mahnı təqdimatı

10 yanvar 2018-ci il tarixdə Rusiyanın ən böyük sosial şəbəkəsi olan VKontakte-də Ukraynalı müğənni Alekseevin Belarusun 2018 Avroviziya milli seçim turuna təqdim etdiyi "Forever" mahnısının rus dilində olan versiyasını ("Навсегда") 2017-ci ilin may ayında Stavropol şəhərində ifa etdiyi videosu paylaşılmışdır. Belə ki, Avroviziyanın qaydalarına görə müsabiqədə ifa olunan mahnılar müsabiqədən səkkiz ay öncə heç bir yerdə səsləndirilməməlidir. Milli seçim turunda iştirak edən bir neçə iştirakçı Alekseevin yarışmada iştirakının dayandırılmayacağı halda onların seçim turunda iştirakdan imtina edəcəklərini bildirmişdirlər. İştirakçılardan Sofi Lapina məhz belə də etmişdir. Lakin mahnının musiqisinə kiçik dəyişiklik edildikdən sonra Belarus telekanalı Alekseevin seçim turunda iştirakına razılıq vermişdir. Seçim turunda həmin mahnı ilə qələbə qazanan ifaçı mart ayında mahnının yeni versiyasını təqdim etmişdir.[18]

Çexiya təmsilçisinin zədə alması

29 aprel 2018-ci il tarixdə Çexiya təmsilçisi Mikolas Yosefin müsabiqənin ilkin məşqləri zamanı belindən zədə aldığı bildirilmişdir. İfaçı dərhal xəstəxanaya aparılmışdır. Növbəti gün Yosefin vəziyyətinin daha da ağırlaşdığı və ifaçının yeriməkdə çətinlik çəkdiyi söylənilmişdir. Yosef açıqlamasında hər nə olursa olsun, müsabiqədə iştirakını yarımçıq qoymayacağını bildirmişdir.[19]

Çində yayım senzurası

Çin Xalq Respublikasında Avroviziyanı yayımlama hüququ olan Mango TV birinci yarımfinalın yayımı zamanı Albaniyaİrlandiya təmsilçilərinin ifalarını yayımdan qaldırmışdır.[20] Çində döymə nümayiş etdirən şəxslərin televiziyada yayımlanmasına qoyulan qadağa səbəbi ilə Albaniyanın müsabiqədəki çıxışı yayımlanmamışdır. Eyni zamanda İrlandiya təmsilçisinin çıxışı zamanı ifaçını səhnədə rəqs ilə müşayiət edən homoseksual cütlüyün yer alması səbəbindən telekanal İrlandiyanın da çıxışını yayımlamamışdır. Bunun ardınca Avropa Yayım İttifaqı kanalın hərəkətini pisləyərək, bunun müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğu söyləmiş və nəticədə Avroviziyanın Çində yayımına rəsmi olaraq qadağa qoyulmuşdur.[21] Telekanala rəhbərlik edən Hunan televiziya kompaniyasının nümayəndəsi açıqlamasında Mango TV-nin müsabiqənin yayımında bənzər çıxarışlar etdiyindən kompaniyanın xəbərsiz olduğunu bildirmişdir.[22] İrlandiya təmsilçisi Rayan O'Şounessi BBC telekanalına müsahibəsində Avropa Yayım İttifaqının atdığı addımın doğru qərar olduğunu söyləmişdir: "Onlar buna normal yanaşmadılar, məncə bu doğru istiqamətdə atılan addım idi, mən xoşbəxtəm."

Canlı yayımda səhnəyə müdaxilə

12 may tarixində keçirilən final şousunda Böyük Britaniyanı müsabiqədə təmsil edən SuRie səhnədə çıxış etdiyi zaman "Dr. Activist" ləqəbi ilə tanınan siyasi fəal səhnəyə qalxaraq, ifaçının mikrofonunu əlindən almış və "Böyük Britaniya mətbuat nasistləri, biz azadlıq tələb edirik!" deyə bağırmışdır. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra ifaçı çıxışını başa vurmuşdur.[23][24] Hadisənin ardınca Avropa Yayım İttifaqı Böyük Britaniya təmsilçisinə bir daha səhnə almaq fürsəti tanısa da, ifaçı imtina etmişdir.[25]

Müsabiqəni canlı yayımlayan ölkələr

İstinadlar

Xarici keçidlər