ABŞ Siyahıyaalma Bürosu

ABŞ Siyahıyaalma Bürosu (ing. United States Census Bureau, Bureau of the Census) — ABŞ-də əhali və iqtisadiyyat haqqında məlumat hazırlayan Federal Statistika Sisteminin əsas agentliyi.

ABŞ Siyahıyaalma Bürosu
USCB
United States Census Bureau
Loqonun şəkli
NövüBüro
ŞüarSiyahıyaalma
Yaranma tarixi6 mart, 1902
Qeydiyyat tarixi1 iyul, 1902
MərkəziSyutlend, Merilend
SədrCon H. Tompson
Büdcəsi3.1 milyard (2009)
7.2 milyard dollar (2010)
1.3 milyard dollar (2011)
Üzvləri4285
census.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siyahıyaalma Bürosunun əsas vəzifəsi hər on ildə bir ABŞ əhalisinin sayını müyyənləşdirməkdir, hansı ki bu məlumat əsasında ABŞ Nümayəndələr Palatasına üzvlərin sayı müəyyənləşir.[1] Əhalinin onillik siyahıyaalmadan əlavə, Siyahıyaalma Bürosu Amerika İctimaiyyət Sorğusu, ABŞ İqtisadi Siyahıyaalması və Cari Əhali Sorğusu kimi digər növ siyahıyaalma və sorğular da həyata keçirir.[1] Bundan başqa büro iqtisadiyyat və xarici ticarət göstəriciləri haqqında da məlumat hazırlayır. Siyahıyaalma Bürosu rəhbərliyində federal fondlar hər il müxtəlif siyahıyaalma və sorğular həyata keçirir və bunun nəticəsində ştatlar, yerli idarə etmə orqanları və biznesmenlər daha düzgün qərar qəbul edə bilirlər.[2]

Ticarət Departamentinin tabeçiliyində olan Siyahıyaalma Bürosunun direktorunu ABŞ Prezidenti təyin edir.

Məlumatın toplanması

Siyahıyaalma rayonları və dairələri

ABŞ Siyahıyaalma Bürosunun rayonları və dairələri

Siyahıyaalma Bürosu 4 statistika rayonu və 9 dairədən ibarətdir :[3][4]

2006-cı ildə büroda 5593 nəfər işləyirdi.

Xarici keçidlər

İstinadlar