Adolf Butenandt

Adolf Friedrich Johann (24 mart 1903[2][3][…]18 yanvar 1995[2][3][…], Münxen[1])— Alman biokimyaçısı

Adolf Butenandt
Adolf Friedrich Johann Butenandt
Doğum tarixi
Doğum yeriBremerhaven Almaniya
Vəfat tarixi (91 yaşında)
Vəfat yeriMünhen Almaniya
Vətəndaşlığı (alm.)
MilliyyətiAlman
Elm sahələriÜzvi kimya, Biokimya
İş yerləri
TəhsiliGöttingen Universiteti
Elmi rəhbəriAdolf Vindaus
Üzvlüyü
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uğurları

O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib.

Təhsili

Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb.

Fəaliyyəti

1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub.[4]

thmb

Kəşfləri

Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.

İstinadlar