Albert Fert

fransız fiziki, Nobel mükafatı laureatı

Albert Fert (7 mart 1938[1], Karkason[d][3]) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı.

Albert Fert
fr. Albert Fert
Doğum tarixi7 mart 1938(1938-03-07)[1] (86 yaş)
Doğum yeri
Uşağı2
Elm sahəsifizika
Təhsili
Üzvlüyü
MükafatlarıGrand Cross of the National Order of Merit Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru
Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmirxromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.

İstinadlar