Aqota Kristof

Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[1][2][…]27 iyul 2011[1][2][…], Nevşatel[d][3]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür.[4]

Aqota Kristof
mac. Ágota Kristóf
Doğum tarixi
Doğum yeriÇikvand, Macarıstan krallığı
Vəfat tarixi (75 yaşında)
Vəfat yeriNevşatel, İsveçrə
Vətəndaşlığı Macarıstan  İsveçrə
MilliyyətiMacar
FəaliyyətiYazıçı
Fəaliyyət illəri1959-2011
Əsərlərinin diliMacar dili Fransız dili
JanrRoman
İlk əsəri“John et Joe”
Tanınmış əsərləri“Qeyd dəftəri”
“Sübut”
“Üçüncü yalan”
MükafatlarıAvropa mükafatı
Qottfrayd Keller mükafatı
Avstriya Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır.

Yaradıcılığı

Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe).[5] Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır. Trilogiyasının birinci hissəsi 1986-cı ildə nəşr edilmişdir. Əsərin adı "Qeyd dəftəri" adıanır İkinci hissəsi "Sübut" (1988), üçüncü hissə isə "Üçüncü yalan" (1991) adları ilə nəşr edilmişdir.

1995-ci ildə o, yeni romanını - "Dünən"i nəşr etdirdi. 2004-cü ildə özünün bioqrafiyasından bəhs edən "L'analphabète" əsərini nəşr etdirmişdir.

Onun əsərlərinin əksəriyyəti Parisdəki Seuil in Paris tərəfindən nəşr edilmişdir. Lakin son iki qısa hekayələr kitabı Mini Zoedə "Ou es-tu Mathias""Line, le temps" adları ilə nəşr edilmişdir. Kitablar adlarını müəllifin son iki romanından götürülmüşdür.

"Qeyd dəftəri" romanı 40 dan çox dilə tərcümə edilmişdir.[6]

Təsiri

Video-oyun olan "Mother 3" Aqotanın romanı olan "Qeyd dəftəri"ndən təsirlənmişdir.

Şimaili Amerikalı roman yazıçısı olan Stefan Beachi Aqotadan təsirlənməsini özünün "Boneyard" romanında qeyd etmişdir.

"Brucio nel vento" (Mən küləydə yanıram, 2002) filmi Aqotanın "Dünən" romanı əsasında rejissor Silvio Soldini tərəfindən çəkilmişdir.

Erik Berqkraut Aqota Kristof haqqında "Le Continent K." (1998) və "Agota Kristof, 9 ans plus tard ..."(2006) sənədli filmlərini çəkmişdir.

"Qeyd dəftər"i romanı əsasında 2013-cü ildə film çəkilmişdir. Bu film xeyli uğurlu alınmışdır.[6]

Əsərləri

  • 1986: Le grand cahier / The Notebook
  • 1988: La preuve / The Proof
  • 1991: Le troisième mensonge / The Third Lie
  • 1998: L'Heure grise et autres pièces
  • 1995: Hier / Yesterday
  • 2004: L'analphabète / The Illiterate
  • 2005: C'est égal
  • 2005: Où es-tu Mathias?
  • 2007: Le Monstre et autres pièces

Mükafatları

1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. 2001-ci ildə İsveçrəQottfrayd Keller mükafatını, 2008-ci ildə isə Avropa ədəbiyyatına görə Avstriya Dövlət mükafatını qazanmışdır.[4]

Ölümü

27 iyul 2011-ci ildə Nevşateldəki evində vəfat etmişdir.

İstinadlar