Attika meşə yanğınları (2018)

Attika meşə yanğınları (yun. Πυρκαγιές στην Αττική) – 23 iyul 2018-ci ildə Yunanıstanın Attika regionunun sahilyanı hissələrində başlayan meşə yanğınları.[1] 25 iyula kimi yanğınlar nəticəsində 81 nəfər ölüb,[2] 187 nəfər (164 yetkin, 23 uşaq) yaralanıb. Bu fəlakət 2007-ci ildə 84 nəfərin ölümünə səbəb olan meşə yanğınlarından bəri Yunanıstandakı ən ölümcül fəlakətdir.[3]

Attika meşə yanğınları
yun. Πυρκαγιές στην Αττική
Yeri
ÖlkəYunanıstan Yunanıstan
BölgəAttika
Yanma tarixi23 iyul 2018
Səbəbibilinmir
Yanmış binalar1000-dən çox
Ölənlər81
Zərər çəkənlər187
Attika meşə yanğınları xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çoxu sahildə yerləşən Mati qəsəbəsindən olmaqla 700-dən çox sakin təxliyə olunub.[3] Yanğının söndürülməsində 250-dən çox yanğınsöndürmə maşını[4] və 600-dən çox yanğınsöndürən iştirak edir.[5] Baş nazir Aleksis Tsipras Attikada fövqəladə vəziyyət[6] və ölkə üzrə 3 günlük yas elan edib.[7] Albaniya, İtaliya, Almaniya, Polşa, İsrail, Fransa, Rumıniya, Portuqaliya, İspaniya və Kipr Yunanıstana kömək edib və ya təklif edib.[6][8]

Beynəlxalq kömək

İstinadlar