Aleksis Tsipras

Aleksis Tsipras (yun. Αλέξης Τσίπρας; 28 iyul 1974[1][2], Afina) — Radikal Sol Koalisya partiyasının lideri, 26 yanvar 2015-ci ildən Yunanıstanın Baş Naziri. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvü seçilmişdir.[3]

Aleksis Tsipras
Αλέξης Τσίπρας
Yunanıstanın Baş Naziri
Şəxsi məlumatlar
Doğum adıΑλέξης Τσίπρας
Doğum tarixi28 iyul 1974(1974-07-28)[1][2] (49 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Afina Milli Texniki Universiteti[d] (–2000)
Fəaliyyətisiyasətçi, inşaat mühəndisi[d]
Həyat yoldaşıPeristera Baziana (rəsmi nigahlı deyil)
Uşağıiki övladı var

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleksis Tsipras 1974-cü il iyulun 28-də Afina şəhərində anadan olmuşdur.[3]

Afina Milli Texniki Universitetinin inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb və 2000-ci ildə universiteti bitirib. Universiteti bitirdikdən sonra inşaat sektorunda inşaat mühəndisi olaraq işləmişdir. Bir çox layihələr üzərində çalışıb.

Siyasi fəaliyyəti

Çipras 1980-ci illərdə Yunanıstan Komunist Gənclik Partiyasına üzv oldu. 1990-cı illərin əvvəlində Abelokipidə məktəbdə təhsil aldığı zaman Yunanıstanın o zamanki Təhsil Naziri Vasilis Kontoyannopulosun qalmaqallı qanunlarına qarşı tələbə etirazlarında aktiv oldu.

1995-ci ildən 1997-ci ilə kimi Yunanıstan Milli Tələbə Birliyi Mərkəz Təşkilatına təmsilçi seçilmişdir.1999-2003-cü illərdə ​Synaspismos Neolaia Syn Partiyasının Gənclər Təşkilatında işləyir. Alexis Tsipras ən böyük siyasi çıxışını 2008-2009-cu illərdə edir və Synaspismos koalisiyasının konqresində partiya lideri seçilir. 33 yaşlı Tsipras partiyanın tarixində sədr seçilən ən gənc siyasətçi olur.

Afina bələdiyyə məclisi üzvü seçildiyi zamanda 2007-ci ildə Yunanıstan Məclis üzvi (Vouli) üçün çalışmışdır.

Pariyanın öncəki sədri Alekos Alavanos şəxsi məsələləri səbəb gətirərək partiya sədrliyinə keçirilən seçimlərdə iştirak etmədi. 10 fevral 2008-ci ildə keçirilən konqresdə Tsipras Radikal Sol Koalisya pariyasını sədri seçildi. 2009-cu ildə keçirilən parlament seçkilərində Yunanıstan Parlamentinin üzvi seçildi.2012-ci ildə keçirilən seçkilərdə SYRIZA 22 faiz toplayır, Aleksis Tsipras ana müxalifət lideri seçilir.

Şəxsi həyatı

Aleksis Tsipras liseydə tanış olduğu və onun kimi Yunanıstan Kommunist Gəncliyinin üzvü olan Peristera Baziana ilə birgə yaşayır. Peristera Baziana Elektrik və Kompüter mühəndisidir. Cütlüyün iki oğlu var.[3]

İstinadlar