Avatar (film, 2009)

Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış,[8] kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.

Avatar
ing. Avatar
JanrElmi fantastika
Əsas mövzuklonlaşdırma, ekologiya, yerdən kənar həyat[d]
RejissorCeyms Kemeron
ProdüserlərCeyms Kemeron
Con Landau
Ssenari müəllifiCeyms Kemeron
Baş rollardaSem Uortinqton
Zoe Saldana
Siqurni Viver
Stiven Lenq
OperatorMauro Fiore
BəstəkarCeyms Horner
MontajçıCeyms Kemeron
İstehsalçılarLightstorm Entertainment
Dune Entertainment
Ingenious Film Partners
DistribütorFórum Hungary[d][7]
İlk baxış tarixiBöyük Britaniya 10 dekabr 2009
ABŞ 10 dekabr 2009
Azərbaycan 17 dekabr 2009[1]
Filmin növüMacəra filmi
Müddət162 dəqiqə
Büdcə$237 milyon[2]
Gəlir$2,922,917,914[3][4]
ÖlkələrABŞ ABŞ[5][6]
Dilİngilis dili
İl2009
Sonrakı filmAvatar: Suyun yolu
Rəngrəngli
Çəkiliş yeriKaliforniya, Havay, Yeni Zelandiya
IMDbID0499549
MükafatlarıƏn yaxşı operator işinə görə "Oskar" mükafatı Golden Globe Award for Best Director
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet

Pandorada Uçan Dağlar.

Əhvalat 2154-cü ildə Pandora planetində baş verir.[9] Planet müxtəlif bitki və heyvan növləri ilə zəngindir. Həmin planetdə insanların "RDA" ("Resource Development Administration") korporasiyası anobtanium adlı qiymətli mineral çıxarır. Pandora Yerə oxşar bir cisimdir, lakin onun atmosferi insan üçün zəhərlidir və buna görə insanlar maskalar geyirlər. Pandorada hündür, insanabənzər, lakin mavi dərili məxluqlar yaşayırlar.

Anobtanium çıxarmasına görə insan-Na’vi münasibətləri pisləşdirir. Həmin münasibətləri təkmilləşdirmək üçün insanlar Na’viyə oxşar süni bədənlərin (avatarların) yaradılması üzrə proqram həyata keçirirlər. Avatarları isə insanlar uzaqdan idarə edirlər. Lakin onlardan biri — Tom ölür və Tomun yeri onun əkiz qardaşı Ceyk Salli (Sem Uortinqton) tutmağa başlayır. Pandorada Ceykin avatarı Neytiri adlı bir Na’vi qadınıyla (Zoi Saldana) rast gəlir. Bundan sonra Ceykin avatarına Can Ağacı toxumları enir və Neytiri avatarı öz nəsilə qəbul edir. Çətin öyrənmə nəticəsində Ceykin avatarı Na’vi qabiliyyətləri və davranışına malik olur. Lakin Ceykin tapşırığı Na’vi ilə mürəkkəb münasibətlərinin şəraitlərində boşa çıxır və insanların Pandoradakı hərbi qarnizonun komandanı Maylz Kuoritç (Stiven Lenq) Ceykdən dönür.

İnsan hərbçiləri Na’vi xalqının anobtanium yataqlarının verməməsi səbəbinə görə Pandora təbiətini dağıtmağa başlayırlar. Ox-yayla silahlanmış Na’vilər insanların hərbi texnologiyasına qarşı heç bir şey edə bilmir. Lakin bu anda müdaxiləçilərə qarşı durmuş Pandora təbiəti onlara xidmət edir. Filmin axırında Ceyk tamamilə öz avatara keçir, halbuki bəzi avatarlar operatorları Pandorada qalmağa icazə alırlar.

Rollarda

  • Sem Uorinqton - Ceyk Salli
  • Zoe Saldana - Neytiri
  • Siqurni Viver - Qreys Oqustin
  • Stiven Lenq - Mayklz Kuoritç
  • Mişel Rodriqes - Trudi Çakon
  • Covanni Ribizi - Parker Selfric
  • Coel Devid Mur - Norm Spellman
  • Si Si Eyç Paunder - Mo'at
  • Laz Alonso - Tsu'tey
  • Ues Styudi - Etukan
  • Dilip Rao - Maks Patel

Videooyun

2009-cu ildə Ubisoft Montreal şirkəti tərəfindən, filmin çıxış tarixinə 17 gün qalmış James Cameron’s Avatar: The Game istehsal edilmişdir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax