Beyrutda terror hücumları (2015)

2015-ci ilin noyabrın 12-də baş vermiş Beyrut bombalamaları (ərəb. تفجيرا بيروت‎) şəhərin əsasən şiələr yaşadığı Burc al Baracne rayonunda baş vermişdi.[2] Ölənlərin sayı 37-dən[3] 43-ə qədər çox olduğunu xəbər verilir.[1][2][4] Terror aktına görə məsuliyyəti öz boynuna İŞİD təşkilatı götürmüşdür.[1][2] O, 136 adamı öldürən Parisdə terror hadisələrindən bir gün öncə baş verib.[5]

Beyrutda terror hücumları
Terrorizm
Burc al Baracne
Burc al Baracne
Hücum yeriLivan Livan, Beyrut
Hücum hədəfişiə sakinlər
Vaxt12 noyabr 2015
Hücum üsuluintihar hücum, bombalama
Həlak olanlar43
Yaralılar200-240
Terrorçu sayı2
TəşkilatçılarİŞİD[1]

Hücumların sonra gələn 48 saat ərzində Daxili Təhlükəsizlik Qüvvələri 11 adamı həbs ediblər, onlardan çoxu Suriyadandılar. Sonraki xəbərdarlıqda deyilirdi ki, iki Suriyalı və Livanlı şübhəli şəxslər həbs olundu. Onlar Burc al Baracnedəki qaçqın düşərqəsində və paytaxtın şərqində yerləşən Açrafiye rayondaki mənzildə dayandırılıblar. Orada partlayan kəmərlər hazırlanırdılar.[6]

Şərait

2011-ci ildən bəri Livannan sərhədi bölən Suriyada vətəndaş müharibəsini yaşayır. Buna görə, Livanda da oxşar qarşıdurma vəziyyəti yaradılıb. Bu daxili qarşıdurmanın bəzi tərəfləri Siriyadaki müharibədə də iştrak edirlər və eyni zamanda Livanın özünü müdafiə edirlər. Bundan əlavə 2014-cü ildən bəri Livan yeni prezidenti seçə bilmədiyi üçün, bu ölkə siyasi vakuumu yaşayır.[7]

Bombalamalar

Qurbanlar

Haqqında xəbərdarlıq verilən ilk qurbanların arasında Beyrut Amerikan Universitetin işçiləri var idi.[7] ABŞ-nin Miçiqan şatatının Dirborn şəhərində yaşayan üç Livanlı Amerikanlılar - 49 yaşlı qadın və iki evli vəfat etmişlər. Evlilərin üç yaşlı uşağı ağır yaralıları almış.[8]

Araşdırma

İki gün ərzində altı şübhəli şəxs saxlanıldı: beş Siriyalı və bir Fələstinli.[9]

Reaksiyalar

Daxili

Livanın müvəqqəti prezidenti və Baş Naziri olan Tammam Salam 13 noyabrı ölkədə matəm günü elan etmiş.[10]

Beynəlxalq

BMT-nin Baş Katibi Pan Gi Mun Livanı bu mənfur akta ölkədə son ilin ərzində üstələnən nisbi sakitçiliyi məhv etməyə qoymamağa çağırdı.[11]

Dövlətlər

Bir sıra ölkələrin rəsmiləri o cümlədə, Çex Respublikası,[12] Fransa,[13] İran,[7] İtaliya,[14] İordaniya,[15] Küveyt,[16] Pakistan,[17] Qətər,[18]ABŞ[19] hücumları qınayıblar.

İstinadlar