Birlik 90/Yaşıllar

Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə YaşıllarAlmaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.

Birlik 90/Yaşıllar

alm. Bündnis 90/Die Grünen
Loqonun şəkli
SədriSimone Peter və Cem Özdemir
Quruluş tarixi1979 (The Greens)
1993 (Birlik 90 ilə birləşmə)
Baş qərargahPlatz vor dem Neuen Tor 1, 10115 Berlin
İdeologiyaYaşıl siyasət,[1] Avropaya meyllik,[2] regionalizm, azlıqların siyasəti, envayromentalizm, pasifizm, feminizm, ekososializm, antimilitarizm
Üzv sayı61.596 (31 dekabr 2016)[3]
Parlamentdə
118 / 630
Avropa Parlamentində
21 / 96
Saytıgruene.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

Xarici keçidlər