Brno

Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri.Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub.

Şəhər
Brno
Brno
BayraqGerb[d]
BayraqGerb[d]
49°11′43″ şm. e. 16°36′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1243
İlk məlumat1091[1]
Sahəsi
  • 230,182739 km²[3]
Mərkəzin hündürlüyü237 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 396.101 nəf. (1 yanvar 2023)[4]
Rəqəmsal identifikatorlar
Poçt indeksi602 00–664 81[5]
Nəqliyyat koduB
Digər
brno.cz
Xəritəni göstər/gizlə
Brno xəritədə
Brno
Brno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir. 1777-ci ildə Brno yepiskopluq mərkəzinə çevrilir. 1918-ci ildə Çexoslovakiyanın tərkibinə daxil olur, İkinci dünya müharibəsi zamanı güclü dağıntıya məruz qalır (əsasən ingilis-amerikan aviasiyası tərəfindən). Beneş dekretlərindən sonra, şəhərdə yaşayan bir çox almanlar deportasiya olunurlar.

Almanların Çexiyadan deportasiyası

Əhalisi

18692009-cu illərdə Brnonun əhali sayı:

İl1869188018901900191019211930
Əhali104 977120 122145 782176 645216 709237 659283 972
İl195019611970198019912001[6]2009
Əhali299 099324 173344 218371 463388 296376 172405 405

Nəqliyyat

Şəhərdə Turjanı aeroportu (çex. Tuřany) fəaliyyət göstərir. Brno ölkənin əsas avtomagistralların kəsişmə mərkəzidir, yol Praqadan Bratislavaya qədər gedir.

Görməli yerləri

Brnoda bir çox mədəniyyət və memarlıq abidələri vardır. Şəhərin mərkəzi sayılan "Stare mesto"-da qotik Pyotr və Pavel kilsəsi (XIII-XX ə.), müqəddəs Yakub, Tomaş və Yan kilsələri (hamısı XIII-XVII əsrlər), Köhnə və Yeni ratuşa binaları və s. yerləşir

Brno mədəniyyət muzeyi

Qardaşlaşmış şəhərlər

Brnonun qardaş şəhərləri:

Brno şəhərinin şərəfinə asteroidlərdən biri (290) Bruna adlandırılıb.

İstinadlar