Cəbəllüttariq

1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi
(Cəbəli-Tariq səhifəsindən istiqamətləndirilmişdir)

Cəbəllüttariq[1] (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi.

Cəbəllüttariq
Gibraltar
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
lat. Nulli Expugnabilis Hosti
(Düşmən Bizi Qovmayacaq)
Himn: Cəbəllüttariq himni
Rəsmi dilləri
PaytaxtCəbəllüttariq
KralIII Charles
Qubernatorser Cemz Duton
Baş nazirPiter Karuana
SahəsiDünyada 241-ci
 • Ümumi6.8 km²
 • Su sahəsi (%)0
Əhalisi
 • Əhali30,001 nəfər (222-ci)
 • Sıxlıq4,328 nəf./km² (5-ci)
ValyutaCəbəli-Tariq funtu
İnternet domeni.gi
ISO koduGI
Telefon kodu+350
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı[d]
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı.Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi.

Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi.

Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir.

Əhalisi

İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir.

İqtisadiyyatı

Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.

İstinadlar

Həmçinin bax