Cisu

Cənubi Koreyalı müğənni, model və aktrisa

Kim Cisu (ing. Kim Jisoo; 3 yanvar 1995[1][2][…]) və ya bilinən səhnə adı ilə Cisu — Cənubi Koreyalı müğənni, aktrisa, model. 2016-cı ildəYG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in Vizualı və aparıcı vokalıdır.Qrupun yaşca ən böyük üzvüdür.

Cisu
kor. 지수
Ümumi məlumatlar
Doğum adı김지수
Doğum tarixi3 yanvar 1995(1995-01-03)[1][2][…] (29 yaş)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, rəqqasə, model[d], aktrisa, mahnı yazarı[d], fotomodel[d]
Fəaliyyət illəri2016-cı ildən
JanrlarK-pop, J-pop[d], dans-pop
Musiqi alətlərizərb qurğusu[d]
Səs tembrimesso-soprano
Albom şirkətləriYG Entertainment, Interscope Records
Üzvlüyü
Mükafatları"Britaniya imperiyası" ordeni üzvü
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk illəri

Cisu 3 yanvar 1995-ci ildə Cənubi Koreya-da Gunpo,Gyeonggi də doğulub. Özündən böyük qardaşı və bacısı var.Uşaqlıqda basketbol oynayırdı və taekvondo dərslərinə qatılırdı.O, TVXQ fanatı idi. Cisu orta məktəbi Seul İfaçılıq Sənəti Məktəbində oxuyub. 11-ci sinifdə oxuduğu məktəbdə dram dərnəyinə başlamış və seçmələr vasitəsilə daha böyük təcrübə qazanmışdır.

Karyera

2011-günümüz

2011-ci ildə Cisu YG Entertainment dinləmələrinə stajçı olaraq qatıldı.Cisu 8 avqust 2016-cı ildə Blackpink-in dörd üzvündən biri olaraq Cenni, RozeLisa ilə birlikdə "Square One" albomunu çıxarmaqla debüt etdi. O, Blackpink-in yaşca ən böyük üzvüdür.YG Entertainment tərəfindən 2020-ci ilin iyun ayından etibarən Cisunun solo debütünün hazırlıq mərhələsində olduğu təsdiqlənir, lakin Snowdrop-un çəkilişinə dair öhdəliklərinə görə heç bir buraxılış tarixi təsdiqlənməmişdir. Blackpink -in digər üç üzvündən sonra solo debüt edən sonuncu olacaq.

Aktrisalıq fəaliyyəti

Cisunun rəsmi çıxışından əvvəl, aktyor Lee Min Ho ilə Samsonite RED reklamı və YG Entertainment-in oğlan qruplarından biri olan IKON-un Smart Uniform reklamına çəkilib.Hətta YG qruplarının kliplərində də oynamışdır:Hi Suhyun-un "I'm Different" və Epik High-ın "Happen Ending".2015-ci ildə eyni şirkətdə olan Sandara Pak və Kan Sunqyun (Kang Seung-yoon) ilə birlikdə KBS dram seriyalı olan The Producers də qonaq aktrisa kimi rol almışdır.2017–2018-ci illərdə Cisu, Inkigayoya Got7-dən Cinyon (Jinyoung) və NCT-dən Doyon (Doyoung) ilə MC-lik edib . 2019-cu ildə ArthN Chronicles tvN fantaziya dramında qısa bir kameo görünüşü ilə rol almağa başladı. 18 Avqust 2020-ci ildə YG Entertainment, Cisunun aktyor Çun He-in ilə birlikdə Snowdrop dramasında baş rolda rol alacağını təsdiqlədi.Dramın ilk bölümü 18 dekabr 2021-ci ildə yayımlandı.

Sponsorluqlar

2018-ci ilin sentyabr ayında Cisu və qrup yoldaşı Roze Cənubi Koreya-nın kosmetika markası Kiss Me üçün təsdiq modelləri oldular.

Dior Beauty çəkimləridə Cisu

2019-cu ilin dekabr ayında Cisu, Diorun kosmetika markası "Dior Beauty" üçün yerli səfir oldu.Növbəti yay Cisu Dior-un ilham pərisi olaraq seçildi və Dior-un Fall / Winter 2020 kolleksiyası üçün model oldu.2021-ci ildə Cisu "it MİCHAA" markasının ilham pərisi seçildi və markanin yaz kolleksiyası üçün modeldir.

Yanvar 2021-də, Dior Beauty-nin Cisu tərəfindən təsdiqlənən "Dior Forever Skin Glow Cushion" yalnız Koreyada satışa çıxdı.Həm də Cisu Dior-un Caro çantasını geyindiyi üçün tanıtım Yaz / Yay Koleksiyasında da görüldü.Növbəti mart ayında Fransız Evləri tərəfindən yeni Qlobal Səfir kimi adını açıqladıqdan sonra aktrisalar Natali Portman və Cara Delevingne ilə birlikdə Dior ilə həm moda, həm də gözəllik sahəsindəki uzunmüddətli ortaqlığını genişləndirməyə başladı.

Əməkdaşlıq

Fevral 2021-ci ildə Line Friends, Cisunu 19 Mart 2021-də yayımlanacaq KartRider Rush + mobil oyununda bir oyun xarakteri hazırlamaq üçün müstəsna tərəfdaş elan etdi.Təyin olunmuş müddətdə personajın əşyaları və fikri şəxsən özü tərəfindən çəkilir.

Təsir

Gallup Korea-nın 2018-ci il üçün illik musiqi anketində Cisu, 4,8% səs toplayaraq Cənubi Koreya-da ən çox trend olanlar sırasında onuncu pillədə yer aldı.2019-cu ilin aprelində 12.8 milyon izləyicisi ilə İnstagram-da ən çox izlənilənlər siyahısında onuncu sırada iştirak etdi. 2019-cu ildə 2.4 trilyon dollarlıq moda sənayesini formalaşdıran insanların "qəti peşəkar göstəricisi" olan BoF 500-ün bir hissəsi olaraq seçildi.Cisu, 2020-ci ilin ilk beş ayında kosmetika dünyasına liderlik edən və təsir göstərən on məşhur sıralamasına daxil edildi.Ayrıca Cisu Con Conquk ilə birlikdə Dünyanın Gözəllik standartı olaraq adlandırıldı, Olivia Hussey ve James Dean-ın statusunu aldı.

2020-ci ildə Dior-un Cənubi Koreya-dakı COVID-19 pandemiyası dövründəki satışlarındakı artım, Cisu da daxil olmaqla bir çox Koreyalı pop müğənninin istifadə etdiyi marketinq kampaniyasına aid edildi.Jisoo, Diorun yeni Bobby çantası ilə birlikdə, Çiara Ferraqni və Kat Qraham kimi digər nüfuzlu şəxslərin iştirak etdiyi bir kampaniyanın uğurlu satışa qatıldı.Aktrisa Liza Soberano, Cisunun Dior-un Payız / Qış 2020 kampaniyasında yer aldığından sonra Diorun Oblique eşarpı ilə moda görünüşünə ilham verdiyini dedi.

Filmoqrafiya

Televiziya serialları

İlBaşlıqKanalRolQeydİst.
2015The ProducersKBS2ÖzüKameo[3]
2017Part-Time IdolsSBS2ÖzüKameo
2019Arthdal ChroniclesTvNSae Na-raeKameo[4]
2021–2022SnowdropJTBCEun Young-roBaş rol[5]

Ev sahibliyi

İlBaşlıqKanalRolQeydİst.
2017–2018İnkiqayoSBSEv sahibiJinyoung və Doyoung ilə[6]

Musiqi Videoları

BaşlıqİlMüğənniİst.
"Spoiler + Happen Ending"2014Epik High[7]
"I'm Different"2014Hi Suhyun

Mükafatlar

Mükafat mərasimiİlKataqoriyaNamizədlikNəticəİst.
Blue Dragon Series Awards2022Ən yaxşı AktrisaQardelenLonglisted[8]
Blue Dragon Series Awards2022Ən yaxşı köməkiçi AktrisaQardelenLonglisted
Blue Dragon Series Awards2022İlin yeni oyuncusuQardelenLonglisted
SEC Awards2022Asiya Serialında təqdim olunurQardelenQazandı[9]
The Fact Music Awards2021Fan N Star Fərdi SeçimCisuLonglisted[10]
Weibo Starlight Awards2021Starlight Şöhrət Zalı (Koreya)CisuQazandı[11]

İstinadlar

Xarici keçidlər