Culianna Mur

Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[1][2][…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası.

Culianna Mur
ing. Julianne Moore
Doğum adıJulie Anne Smith[3]
Doğum tarixi3 dekabr 1960(1960-12-03)[1][2][…] (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyətiteleviziya aktrisası, kino aktrisası, yazıçı, film prodüseri, teatr aktrisası, uşaq ədəbiyyatı yazıçısı, aktrisa, səsləndirmə aktrisası[d], televiziya prodüseri[d]
Fəaliyyət illəri1981-ci ildən
Təhsili
MükafatlarıƏn yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDbID0000194
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür. Aktrisa üç dəfə ərdə olub: həyat yoldaşları Sundar Çakravarti (1983–1985), Con Quld Rubin (1986–1995) və indiyədək nikahda olduğu rejissor Bart Froyndlix olub. Cütlük 1996-cı ildən bir yerdə olsa da, nikaha 2003-cü ildə daxil olub. Murla Froyndlixin iki uşağı – Kaleb adlı oğulları və Liv Helen adlı qızları var.

Karyerası

Aktrisa Nyu-Yorkda ilk vaxtlar restoranlarda ofisiant işləyir. O, uzun müddət Brodvey səhnəsində oynayır, həm də eyni zamanda iki qəhrəmanı oynadığı "Dünya hələ ki fırlanır" televiziya serialına çəkilir. 1995-ci ildə Mur "Doqquz ay" filmində hamilə qadın rolunu oynayır. Həmçinin Coan Kyusakın iştirak edtiyi filmin süjetinə görə onların hər ikisi hamilə olur. Film ekranlara çıxandan iki il sonra isə hər iki aktrisa həqiqətən dünyaya uşaq gətirir. Onun iştirakı ilə çəkilən filmlər arasında Ralf Faynsla oynadığı "Romanın sonu", "Maqnoliya", "Cənnətdən uzaqda", "Unudulmuş", "İnsan övladı", "Kişiyə etibar et" və Nikolas Keyc kimi tərəf-müqabilinin olduğu "Peyğəmbər" layihələrinin adlarını çəkmək olar. Culianna Mur solaxaydır.

Filmoqrafiya

İstinadlar