Ralf Fayns

Ralf Fayns (ing. Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes; 22 dekabr 1962[1][2][…], İpsuiç) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib.

Ralf Nataniel Fayns
ing. Ralph Fiennes
Ralf Fayns 2018-ci ildə
Ralf Fayns 2018-ci ildə
Doğum adıRalph Nathaniel Fiennes[4]
Doğum tarixi22 dekabr 1962(1962-12-22)[1][2][…] (61 yaş)
Doğum yeri
Vətəndaşlığıİngilis
Həyat yoldaşıAleks Kinqston (1993-1997)
FəaliyyətiAktyor
Fəaliyyət illəri1990-indiyədək
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d] (–1985)[3]
Boyu180 sm
MükafatlarıBAFTA (1993)
IMDbID0000146
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar.

Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur.

Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu. Ötən əsrin 60-cı illərində Cimi Hendrikslə yaxın münasibətlərdə olduğu bilinən Françeska Ennis aktyordan düz 17 yaş böyük idi.

Karyerası

1987-ci ildə Birləşmiş Krallıq Milli Teatrının aktyoru olan Ralf, 1988-ci ildə Şekspir Kral Teatrının truppasına daxil olur.

Aktyor əvvəlcə bir neçə televiziya filminə çəkilib və "Təhlükəli adam: Lourens Ərəbistandan sonra" Britaniya telefilmində baş rola çəkilərək geniş publika tərəfindən tanınıb. Sonra isə o, "İldırımlı aşırım", P. Qrinueyin "Makonun uşağı" və S. Spilberqin "Şindlerin siyahısı" filmlərində rol alıb. 1993-cü ildə ekranlara çıxan film ("Şindlerin siyahısı") Ralf Faynsı dünyamiqyaslı ulduza çevirdi. R. Redfordun "Televiktorina" filminin çəkilişlərindən sonra, 1996-cı ildə Oskar mükafatına layiq görülmüş "İngilis pasienti" filminin zəfər qazanması onu daha da populyar etdi.

1997-ci ildə "Empire" jurnalı bu dəfə Ralfı "Bütün dövrlərin 100 kinoulduzu" siyahısına saldı. Puşkinin "Yevgeni Onegin" poeması 1999-cu ildə ekranlaşdırılarkən aktyor baş rolda oynayıb.

Filmoqrafiya

İlAdRolQeydlər
1992Emily Brontë's Wuthering HeightsHeathcliff
1993The Baby of MâconThe Bishop's Son
Şindlerin siyahısıAmon Göth
1994Quiz ShowCharles Van Doren
1995Strange DaysLenny Nero
1996İngilis xəstəCount László de Almássy
1997Oscar and LucindaOscar Hopkins
1998The AvengersJohn Steed
Misir şahzadəsiII RamzesSəsləndirmə
1999SunshineIgnatz Sonnenschein / Adam Sors / Ivan Sors
OneginEvgeny Oneginİcraçı prodüser
The End of the AffairMaurice Bendrix
2000The Miracle MakerİsaSəsləndirmə
2002SpiderDennis "Spider" Cleg
The Good ThiefTony Angel
Red DragonFrancis Dolarhyde
Maid in ManhattanChristopher Marshall
2005The ChumscrubberMayor Michael Ebbs
ChromophobiaStephen Tulloch
Sadiq bağbanJustin Quayle
Wallace & Gromit: The Curse of the Were-RabbitLord Victor QuartermaineSəsləndirmə
The White CountessTodd Jackson
Harri Potter və Alov QədəhiLord Voldemort
2006Land of the BlindJoe
2007Harri Potter və Simurq OrdeniLord Voldemort
2008In Bruges|Harry Waters
The DuchessWilliam Cavendish, 5th Duke of Devonshire
OxuyucuOlder Michael Berg
2009The Hurt LockerContractor Team Leader
Harri Potter və Yarımqan PrinsLord VoldemortKameo
2010Cemetery JunctionMr. Kendrick
Clash of the TitansHades
Nanny McPhee and the Big BangLord Gray
The Wildest DreamGeorge Mallory
Harri Potter və Ölüm Hədiyyələri. I hissəLord Voldemort
2011Harri Potter və Ölüm Hədiyyələri. II hissə
CoriolanusCoriolanusRejissor və prodüser
2012Wrath of the TitansHades
SkyfallGareth Mallory / M
Great ExpectationsMagwitch
2013The Invisible WomanÇarlz DikkensRejissor
2014The Grand Budapest HotelMonsieur Gustave H.
Two WomenM.A. Rakitin
2015A Bigger SplashHarry Hawkes
SpektrGareth Mallory / M
2016Yaşasın Sezar!Laurence Laurentz
Kubo and the Two StringsMoon King / RaidenSəsləndirmə
2017The Lego Batman MovieAlfred Pennyworth
Sea SorrowProspero
2018The White CrowAlexander PushkinRejissor və prodüser
Holmes & WatsonProfessor Moriarti / Jacob Musgrave
2019Official SecretsBen Emmerson
The Lego Movie 2: The Second PartAlfred PennyworthSəsləndirmə; kameo
2020DolittleBarrySəsləndirmə
2021The DigBasil Brown
No Time to DieGareth Mallory / M
The ForgivenDavid Henninger
The King's ManOrlando, Duke of Oxfordİcraçı prodüser
2022MenyuChef Julian Slowik
2023The Wonderful Story of Henry SugarRoald Dal
2024The ReturnOdissey
TBAConclaveCardinal Lomeli

İstinadlar