Denpasar

Denpasar (ind. Kota Denpasar) - İndoneziyada şəhər. Balinin paytaxtı. Dünyanın ən çox turist cəlb edən yerlərindən biridir.

Şəhər
Denpasar
ind. Kota Denpasar
BayraqGerb
BayraqGerb
8°39′ c. e. 115°13′ ş. u.
Ölkə İndoneziya
BölgəBali
ƏyalətBali (əyalət)
Merİda Baqus Rai Dharmavicaya Mantra
Tarixi və coğrafiyası
Əsası qoyulub1788-ci il 27 fevral
Sahəsi127.78 km²
Mərkəzin hündürlüyüm
Saat qurşağıUTC+08:00
Əhalisi
Əhalisi708 454[1] nəfər (2013)
Sıxlığı6700 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu+62 361
Nəqliyyat koduDK
Digər
denpasarkota.go.id
Xəritəni göstər/gizlə
Denpasar xəritədə
Denpasar
Denpasar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

Denpasar sözü bali dilində "den" (şimal) və "pasar" (bazar) sözlərindən götürülmüşdür. Bu da şəhərin mənşəyinin qədim vaxtlkardan ticarət şəhəri olduğunu göstərir. Şəhərin həmin qədim hissəsi indi Kumbasari Bazarı adı ilə tanınır.[2]

İqlimi

Keppenin iqlimlər təsnifatına görə Anadır tropik səhra iqlimə malikdir. Burada hava isti və nəmdir. İl boyu tempratur dəyişikliyi çox azdır. Ortalama tempratur 28 °C-dir. İl iki mövsümə bölünür : nəm (noyabr-aprel ayları) və quru (may-oktyabr).

Əhalisi

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görən Denpasarın 788 445 nəfər əhalisi olmuşdur. Buradakı əhali əsasən Hinduizm (68.4%) dininə sitayiş edir. Hinduizmi İslam, Xristianlıq, BuddizmKonfutsiçilik izləyir.[1]

Nəqliyyat

Hava nəqliyyatı

Şəhərdən 13 km cənubda yerləşən Denpasar Beynəlxalq Hava Limanı İndoneziyanın ən işlək hava limanlarından biridir.

Dəniz nəqliyyatı

Bonea Limanı şəhərin dənizə çıxışını təmin edir. Liman şəhər mərkəzindən 10 km aralı yerləşir və 1924-cü ildən fəaliyyət göstərir.

Avtomobil nəqliyyatı

İqtisadiyyat

Turzim və infrastrukturun inkişafı şəhər iqtisadiyyatının güclənməsinə səbəb oldu. İqtisadiyyatın böyük hissəsi ticarət, otellər və restoranların payına düşür. Həmçinin əl işləmələri sənəti də böyük əhəmiyyətə malikdir.

İdman

Denpasarda çoxsaylı beynəlxalq və milli idman tədbirləri keçirilir. Şəhər 2008-ci il Asiya Plyaj Oyunları və 2009-cu il Asiya Oxatma Çempionatına ev sahibliyi etmişdir. Həmçinin Perseden Denpasar futbol klubu şəhəri Nusantara Liqasında təmsil edir.

Təhsil

Denpasarda aşağıdakı təhsil ocaqları var :

  • Udayana Universiteti
  • Varmadeva Universiteti
  • Milli Təhsil Universiteti
  • Denpasar Mahasarasvati Universiteti
  • İndoneziya İncəsənət İnsitutu, Denpasar

Qardaşlaşmış şəhərlər

Denpasar aşağıdakı şəhərlərlə qardaş şəhər statusuna malikdir :

İstinadlar