Dominika

Dominika (ing. Dominica) və ya rəsmi adı ilə Dominika Birliyi (ing. Commonwealth of Dominica) — Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.

Dominika
Commonwealth of Dominica
BayraqGerb[d]
BayraqGerb[d]
Après le Bondie, C'est la Ter (patua, Allahdan sonra torpağı sevirik)
Himn: Isle of Beauty, Isle of Splendour
(Gözəllik adası, əsrarəngizlik adası)
Tarixi
 • Böyük Britaniyadan müstəqillik3 noyabr 1978
Rəsmi dilləri
PaytaxtRozo
İdarəetmə formasıParlamentli respublika
PrezidentSylvanie Burton
Baş nazirRuzvelt Skerrit
SahəsiDünyada 172-ci
 • Ümumi750 km² km²
 • Su sahəsi (%)1,6
Əhalisi
 • Əhali71,000 nəfər (203-cü)
 • Siyahıyaalma (2011)71 293 nəf.
ÜDM (AQP)
 • Ümumi1 018 million dollar (204-cü)
 • Adambaşına14 400 dollar (94-cü)
ValyutaŞərqi Karib dolları
İnternet domeni.dm
ISO koduDM
BOK koduDMA
Telefon kodu+1767
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Dominika
Dominikanın xəritəsi

Mənbə