Elliot Peyc

Elliot Peyc[5] (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[1][2][…], Halifaks[4]) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.

Elliot Peyc
ing. Elliot Philpotts-Page
Peyc 2023-cü ildə
Peyc 2023-cü ildə
Doğum adıEllen Grace Philpotts-Page[3]
Doğum tarixi21 fevral 1987(1987-02-21)[1][2][…] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyətikino aktyoru
Fəaliyyət illəri1997-ci ildən
IMDbID0680983
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub.[6] Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib.[7]

Karyerası

Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır.[8][9] Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır.[10] "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir.[11] 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.[12] 2006-cı ildə isə onun iştirakı ilə bir neçə film çıxır. "İks adamlar: Son müqavimət" və "An American Crime" filmlərindən sonra "The Tracey Fragments" filmində rol alır. "Cuno" filmi isə ona daha böyük şöhrət gətirir. Bu filmə görə Peyc "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizədlik qazanır.

İstinadlar