Elseid Husay

Elseid Husay (2 fevral 1994[2], Şkoder) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir.[3]

Elseid Husay
Elseid Gëzim Hysaj
Ümumi məlumatlar
Doğum tarixi (30 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu182 sm[1]
Çəkisi182 sm kq
MövqeyiSağ cinah müdafiəçisi
Klub haqqında məlumat
Klubİtaliya Latsio
Karyerası
Gənclik karyerası
2001–02Albaniya Şkodra
2002–09Albaniya Vllaznia
2009–12İtaliya Empoli
Klub karyerası[* 1]
2011–15İtaliya Empoli102 (1)
2015–21İtaliya Napoli179()
2021–h.hİtaliya Latsio52 (1)
Milli yığma[* 2]
2010AlbaniyaAlbaniya U173 (0)
2013–14AlbaniyaAlbaniya U214 (0)
2013– h.hAlbaniyaAlbaniya75 (2)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyera

Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur.[4]

Empoli

Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir.[5] Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.[6]

2012/13 mövsümundən başlayaraq futbolçu "Empoli"nin əsas heyət oyunçusuna çevrilir. Husay 2012/13 mövsümündə 30-u B Seriyasında, 1-i İtaliya Kubokunda və 4-ü pley-off mərhələsində olmaqla 35 oyun keçirir. 19 sentyabr 2013-cü ildə Husay Empoli ilə müqaviləsini 2015-ci ilə qədər uzadır.[7]

Napoli

2015-ci ilin iyulunda Husay keçmiş komanda yoldaşı Mirko Valdifiori və məqşçisi Mauritsio Sarrinin ardınca 6 milyon avroya "Napoli" klubuna transfer edilir. Futbolçu "Napoli"ylə 5 illik müqavilə imzalayır.[8][9] O, 23 avqust 2015-ci ildə səfərdə 2–1 hesablı məğlubiyyətlə başa çatan Sassuolo ilə açılış liqa matçında klubda debüt edir.[10]

Latsio

2021-ci ildə futbolçu "Latsio" klubuna transfer edilir.

Karyera statistikası

Sonuncu dəfə 19 mart 2023 tarixində yeniləndi[11][12][13]
Klub, mövsüm və yarışlara görə oyun və qol sayı
KlubMövsümLiqaKubokAvropaDigərToplam
DivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Empoli2011–12B Seriyası001010
2012–1334010350
2013–1432120341
2014–15A Seriyası36030390
Toplam1021701091
Napoli2015–16A Seriyası3701050430
2016–173503070450
2017–1835020100470
2018–192701070350
2019–202014000241
2020–21240302000290
Toplam1791140310002251
Latsio2021–22A Seriyası2912070381
2022–232301080320
Toplam52130150701
Karyerasında Toplam3333240460004023

İstinadlar

Xarici keçidlər