Enn Heç

Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969[1][2], Avrora[d], Ohayo11 avqust 2022[3], Los-Anceles, Kaliforniya[4]) — ABŞ aktrisası, rejissoru və ssenaristi.

Enn Heç
ing. Anne Heche
Doğum adıAnne Celeste Heche
Doğum tarixi25 may 1969(1969-05-25)[1][2]
Doğum yeri
Vəfat tarixi11 avqust 2022(2022-08-11)[3] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbiyol-nəqliyyat hadisəsi[5]
Vətəndaşlığı
Partnyorları
Fəaliyyətiteleviziya aktrisası, kino aktrisası, kinorejissor, ssenarist, film prodüseri, teatr aktrisası
Fəaliyyət illəri1985–2022
IMDbID0000162
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir.

Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.

Filmoqrafiya

İlFilmin Azərbaycan dilinə tərcüməsiFilmin orijinal adıRolu
1993Qek Finin macəralarıThe Adventures of Huck FinnMeri Cein Üilks
1994Hər şeyə razıyamI'll do anythingKlar
1996JüriThe JurorCuliet
1997Səmadakı PiroqPie in the SkyEmi
1997Doni BraskoDonnie BrascoMeqi Pistoun
1997Mən bilirəm siz keçən yay nə etmisinizI Know What You Did Last SummerMelisa Eqan
1997VulkanVolcanoDr Emi Barns
1997KələkbazlıqWag the DogVinfred Eims
19986 gün 7 gecəSix Days Seven NightsRobin Monro
1998Cənnətə qayıdışReturn to ParadiseBet Makbrayd
1998PsixoPsychoMerion Kreyn
1999Üçüncü möcüzəThe Third MiracleRoksan
2000Şübhədən kənarAuggie Rose/Beyond suspicionLusi Braun
2001Flüeksetin xalqıProzac NationDr Sterlinq
2002Con KyüJohn QRebeka Pein
2004DoğuluşBirthKlara
2007Sevgi nədirWhat Love isLaura
2010Digər oğlanlarThe Other GuysPamela Bordmen
2011QalaRampartKetrin
2012Qara NoyabrBlack NovemberBarbara
2012Artur NyumanArthur NewmanMina Krouli
2013Qorxmağa heç bir səbəb yoxdurNothing Left To FearUendi
2015Çılğın kartWild CardRoksi
2016CatfightCatfightEşli
2017Mənim dostum DamerMy friend DahmerCoys Damer
2019Ən yaxşı düşmənlərThe Best of EnemiesMeri Ellis

İstinadlar

Xarici keçidlər