Fut

Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir.[2] ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir.[3] 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir.

Fut
Ümumi məlumatlar
Ölçdüyü anlayışuzunluq[1]
Adını daşıyırAyaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1958-ci ildə ABŞİngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir.[4][5] Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.[6][7]

İstinadlar