Hideki Toco

Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar.

Hideki Toco
東条 英機
Yaponiya baş naziri
17 oktyabr 1941 – 22 iyul 1944
(ləqəbi: "Ülgüc")
ƏvvəlkiFumimaro Kanoe
SonrakıKuniaki Kayso
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTokio, Yaponiya.
Vəfat tarixi (64 yaşında)
Vəfat yeriTokio, Yaponiya
Vəfat səbəbiasılaraq edam
Dəfn yeri
PartiyaKral Taxtına Kömək Assosasiyası
TəhsiliYaponiya İmperial Ordu Akademiyası
Müharibə Qoşunu Kolleci
Fəaliyyətisiyasətçi, diplomat, zabit
Həyat yoldaşıKatsuko İto
Uşaqları3 oğul, 4 qız
DiniŞintoizm
Hərbi xidmət
MənsubiyyətiYaponiya imperiyası, general
Qoşun növüYaponiya ordusu
Rəhbərlik edibKvantun ordusu
Döyüşlər26 Fevral hadisələri
İkinci Çin-Yaponiya müharibəsi
Çahar əməliyyatı
Mancuriyanın işğalı
Sakit okean müharibəsi
RütbəsiGeneral

TəltifləriDoğan Günəş ordeni
Qızıl Çalağan ordeni
Qızıl Xəzinə ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı.

Ölümü

Gənc Toco

1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.

İkinci dünya müharibəsindən sonra qurulan Uzaq Şərq beynəlxalq hərbi tribunalının 12 noyabr 1945-ci il tarixli hökmü ilə 23 dekabr 1948-ci ildə xüsusi əhəmiyyətli cinayətkar kimi asılaraq edam edilmişdir.[1] Bu cinayətlərlə günahlandırılmışdır: Provakasiyasız Çinə hücum etmək, Fransaya, ABŞ-yə, Böyük Britaniyaya, Hollandiyaya hücum etmək, müharibə cinayətkarlarının hərəkətlərinə göz yummaq. Həmçinin nazirliyi dövründə 8 milyon nəfərin ölümü ilə əlaqələndirilmişdir.

Ölüm cəzası qərarı 12 dekabrda çıxarılmış və 23 dekabrda yerinə yetirilmişdir. Ölümündən əvvəl hərəkətlərinə görə üzr istəmiş, iki atom bombası görən yapon xalqına mərhəmət edilməsini ABŞ əsgərlərindən istəmişdir.

İstinadlar

Xarici keçidlər