Hipparx

Hipparx (yun. Ίππαρχος; təq. e.ə. 190, Nikeya[d], Vifiniya[1]təq. e.ə. 120, güm. Rodos, Qədim Yunanıstan) — qədim yunan astronomu.

Hipparx
q.yun. Ίππαρχος
Doğum adıἽππαρχος
Doğum tarixitəq. e.ə. 190
Doğum yeri
Vəfat tarixitəq. e.ə. 120
Vəfat yeri
Elm sahəsiastronomiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

E.ə. 190-cı ildə Anadoluda Vifiniya vilayətinin Nikeya(hazırda İznik, Türkiyə) şəhərində doğulan Hipparx ömrünün çoxunu Rodosda keçirib. E.ə. 120-ci ildə Rodosda öldüyü güman olunur.

İşləri

Fəaliyyətinin çox az hissəsi bizə məlum olsa da antik dövrün ən görkəmli astronomlarımdan sayılır. Dövrümüzə gəlib çıxan yeganə elmi işi SoliliAratın (Aratus of Soli) didaktik "Fenomen" şeirinə yazdığı təfsirdir. İtib batmış əsərlərinə astronomiya təqvimi, optika və arifmetikaya dair kitablar,"Kütləsi tərəfindən aşağı dartılan cisimlərə dair" adlı traktatı, coğrafiya və astronomiya barədə yazıları və öz əsərlərinin siyahısı daxildir. Apardığı hesablamalar sayəsində ilk ulduz qlobusunu hazırlamışdır.

Eramızın II əsrində yaşamış Ptolomeyin "Almagest" əsəri onun haqqında ən geniş mənbədir. Ptolomey özü onun ən mühüm xələfi sayılır. Öz astronomiyailə bağlı çalışmalarında Hipparxın əsərlərindən geniş şəkildə yararlanıb. Ptolomey Hipparxı "zəhmətkeş", "həqiqət aşiqi" kimi təqdim edib.

Hipparxın çoxlu mühüm və uzunmüddətli töhfələrinə praktiki və nəzəri yeniliklər daxildir. O astronomiya üçün həndəsi modellər tətbiq edib, o cümlədən 'çevrə üzərində çevrə' və əvvəldən Apolloninin də istifadə etdiyi essentrik (orbiti mərkəzdən keçməyən) modeli.

Triqonometriyanın əsasını qoyduğu güman edilir. Müşahidələrlə xeyli maraqlanıb. E.ə 147-127-ci illər arasında müşahidələrini qeyd edib. Ptolomeyin dioptriya kimi təsvir etdiyi optik cihaz istifadə edib, həmçinin planisferik üsturlabı (astrolab) kəşf etmiş ola bilər. Hipparx ulduzlarınmövqeləri haqqında əhatəli müşahidələr aparıb və hesab edilir ki ilk ulduz kataloqunu tərtib etmişdir. O irimiqyaslı astronomik problemlərə nəzər yetirib, o cümlədən ilin uzunluğu, ayla məsafəmiz, ay və günəş tutulmasının hesablanması.

Hipparcos süni peyki və Aydakı kraterlərdən biri onun şərəfinə adlandırılmışdır.

İstinadlar