Kürasao

Niderland Krallığını təşkil edən 4 ölkədən biri

Kürasao (nid. Curaçao[3]) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir.

Kürasao
nid. Curaçao
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
Rəsmi dilləri
PaytaxtVillemştad
Sahəsi
 • Ümumi444 km²
Əhalisi
 • Əhali158,986[1] nəfər
 • Sıxlıq358 nəf./km²
ISO koduCW
Telefon kodu+5999
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi.

Ərazisi

Kürasaonun paytaxtı olan Villemştad.

Ərazisi 444 km²-dir.

Əhalisi

2016-cı ilin yanvar ayına olan məlumata görə halisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir.

Dil

Yerli dili papyamento dili olmasına rəğmən, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi. Həmin il papyamento dili də ikinci rəsmi dil kimi qəbul olunmuşdur. 2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 81 %-i evdə papyamento dilində danışarkən 8 %-i Niderland dili, 6 %-i ispan, 3 %-i ingilis və 2 %-i də digər dillərdə danışır.

Din

2001-ci ilin statistik göstəricilərinə görə, Kürasao əhalisinin 80,1 %-i katolik, 4,6 %-i dinsiz, 3,6 %-i protestant, qalan hissəsi də digər dinlərin təəssübkeşləri idi.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax