Kulon (ölçü vahidi)

Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi[3] və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir.[4]

Kulon
Ümumi məlumatlar
Ölçdüyü anlayışelektrik yükü[1][2]
Adını daşıyırŞarl Kulon

BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur.

Tərifi

Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur:

1 Kl =1 A·s.

Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir:

1 Kl = 1/3600 amper-saat.[5]

Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur.[6] Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir.

Tarixi

Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ). Fransız fizik və mühəndisi Şarl Klonun şərəfinə kulon adlandırıldı.[7] 1946 — cı ildə Beynəlxalq Ölçü və Çəki Komitəsi (BÖÇK) klonun müasir tərifini qəbul etdi.[8] 1960 — ildə çəkilər və ölçülər üzrə XI Baş konfransının qərarı ilə Kulon Beynəlxalq Vahidlər Sisteminə daxil edilmişdir.[9]

Artan və azalan vahidlər

BS-in standart prefikslərinin köməyi ilə düzəldilmişdir.

ArtanAzalan
VahidAdıİşarəsiVahidAdıİşarəsi
101 KldekaklondaKl10−1 KldesiklondKl
102 KlhektoklonhKl10−2 KlsantikloncKl
103 KlkiloklonkKl10−3 KlmillklonmKl
106 KlmeqaklonMKl10−6 KlmikroklonµKl
109 KlqiqaklonGKl10−9 KlnanoklonnKl
1012 KlteraklonТKl10−12 KlpikoklonpKl
1015 KlpetaklonPKl10−15 KltemtoklonfKl
1018 KleksaklonEKl10−18 KlattoklonaKl
1021 KlzettaklonZKl10−21 KlzeptoklonzKl
1024 KliottaklonİKl10−24 KlioktoklonyKl

İstinadlar

Xarici keçidlər