Maori dili

Maori ya te reo Maori — Avstroneziya dillərinin Şərqi malay-polineziya dilləri qrupuna aid dil. Kuk adaları ilə Yeni Zelandiyada danışılır.1987-ci ildə qəbul edilən Maori dili Qanununa (Māori Language Act) görə Yeni Zelandiyanın iki rəsmi dilindən biridir. Maori dilinin danışanlarının sayı 100–160 min olaraq təxmin edilir.

Maori dili
Orijinal adıMāori
ÖlkəYeni Zelandiya
Rəsmi statusYeni Zelandiya
Tənzimləyən təşkilatMaori dili komissiyası
Danışanların ümumi sayı100–160 min
Təsnifatı
KateqoriyaOkeaniya dilləri

Avstroneziya dilləri

Malay-Polineziya qolu
Şərqi Malay-Polineziya dilləri
Okeaniya dilləri
Polineziya dilləri
Yazılatın əlifbası
Dil kodları
QOST 7.75–97мао 437
ISO 639-1mi
ISO 639-2mao (B); mri (T)
ISO 639-3mri
Dilin strukturlarının dünya atlasımao
Atlas of the World’s Languages in Danger702
Ethnologuemri
Linguasphere39-CAQ-a
ABS ASCL9304
ELCat3571
IETFmi
Glottologmaor1246
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərqi Polineziya bölgəsinin kənarında qalan adalardan biri olan Yeni Zelandiya son məskən edilən (MS 800) Polineziya adalarından biridir. Bu tarixdən bəri Maori dili o biri Polineziya dillərindən müstəqil olaraq inkişaf etdi. Avropalı xristian missionerlər Maori dilini bir yazı dili halına gətirdilər. Maori dilində çap edilmiş ilk əsər 1815-ci ildə nəşr olundu.

Dil bilgisi

Maori dili 5 sədalı hərf (hər biri qısa ya da uzun oxuna bilər) və 10 sədasiz hərf (h, k, m, n, ng, p, r, t, w, wh) hərf ehtiva edir.Hecalar tez-tez təkrarlanır.Ümumiyyətlə yoğunluk, qətilik ifadə etmək istəndiyində bu təkrarlamaq müraciət edilər.Ön şəkilçi və son şəkilçilər çox azdır. Adların cəm halları və hərəkət çəkilişləri söz dəyişiklikləriylə göstərilir.