Meri Elizabet Uinsted

Meri Elizabet Uinsted (ing. Mary Elizabeth Winstead; 28 noyabr 1984[1], Roki-Maunt[d][4]) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb.

Meri Elizabet Uinsted
ing. Mary Elizabeth Winstead
Meri 2010-cu ildə
Meri 2010-cu ildə
Doğum tarixi28 noyabr 1984(1984-11-28)[1] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Yuen Makqreqor[d] (2022–)[2]
Partnyoru
  • Yuen Makqreqor[d] (2017–)[3]
Fəaliyyətiteatr aktrisası, kino aktrisası, televiziya aktrisası, müğənni, aktrisa
Fəaliyyət illəri1997-ci ildən
Boyu1,73 m
Mükafatları"Saturn" mükafatı
IMDbID0935541
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir.[5][6] O, beş uşaqdan ən kiçiyidir.[7] Babası aktrisa Ava Qardnerin xalası oğludur.[8] Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb.[6][9] Meri Çikaqo şəhərində rəqs dərsləri alıb, həmçinin uşaq xorunda ifa edib.[10] Gənc yaşlarında o, ballerina olmaq arzusunda olub və bir neçə tamaşada çıxış edib. Sonralar çəkisinə görə bundan imtina etməli olub. Rəqs karyerasına son qoyan Meri, aktrisa olmağa qərar verib.[11][12]

Filmoqrafiya

İstinadlar