Nauru


Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də VatikanTuvaludan sonra ən əhaliyə malik dövlətdir.

Nauru
Repubrikin Naoero
Republic of Nauru
BayraqGerb[d]
BayraqGerb[d]
God’s Will First
Tanrının iradəsi hər şeydən vacibdir
Himn: Nauru Bwiema
Nauru nəğməsi
Rəsmi dilləri
PaytaxtRəsmi paytaxtı yoxdur (de-fakto: Yaren)
İdarəetmə formasıParlamentli respublika
PrezidentLionel Ainqimea
Parlament spikeriMarkus Stepen
SahəsiDünyada 240-cı
 • Ümumi21 km² km²
Əhalisi
 • Əhali11,000 nəfər (226-cı)
 • Siyahıyaalma (2002)10 065 nəf.
 • Sıxlıq455 nəf./km²
ÜDM (AQP)
 • Ümumi60 mln $ dollar (223-cü)
 • Adambaşına5 000 $ dollar (158-ci)
ValyutaAvstraliya dolları
İnternet domeni.nr
ISO koduNR
BOK koduNRU
Telefon kodu+674[2]
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nauru ilk olaraq ən az 3000 il əvvəl MikroneziyaPolineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfatkalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.

Tarixi

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə tapılar, bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Coğrafiyası

Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir.Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir.Ada mərcan rifi ilə əhatə olunub hansıki adada bir dəniz limanının yaradılmasına imkan vermir.Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür.Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

İnzibati ərazi bölgüsü

Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).

NBölgəƏrazi, haƏhali (2011)Sıxlıq

Nəfər/ha

Yaşayış

məntəq

ələrinin

sayı

1Ayvo11,22011.18
2Anabar14523.015
3Anetan15875.912
4Anibar3102260.717
5Baitsi1205134.315
6Boe5085117.04
7Buada2607392.814
8Denigomodu1181,80415.317
9Eva1204463.712
10Iyuv1101781.613
11Meneng3101,3804.518
12Nibok1604843.011
13Uaboe803183.06
14Yaren1507474.07
Nauru2,12010,0844.8169

Mədəniyyəti

İdmanı

İqtisadiyyatı

Əhalisi

Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Din

Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Şəkillər

Nauru Anibar körfəzi
Nauru Parlament binası

Mənbə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax