Tuvalu

Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi


TuvaluSakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə AvstraliyaHavay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, FiciSamoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, MonakoNaurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir. Əgər Qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaqdır. Bu səbəbdən adada yaşayan yerli xalq indidən AvstraliyaYeni Zelandiyaya miqrasiya etməyə başlamışdır.

Tuvalu
Tuvalu
BayraqGerb[d]
BayraqGerb[d]
Tuvalu mo te Atua
Himn: Tuvalu mo te Atua
Rəsmi dilləri
PaytaxtFunafuti
İdarəetmə formasıMonarxiya
KralIII Çarlz
General-qubernatorTofiga Vaevalu Falani
Baş nazirFeleti Teo (2024–cu ildən]]
SahəsiDünyada 238-ci
 • Ümumi26 km²
Əhalisi
 • Əhali11,646 nəfər (229-cu)
 • Siyahıyaalma (2017)10,645 nəf.
 • Sıxlıq400 nəf./km²
ÜDM (AQP)
 • Ümumi37 mln $ dollar (226-cı)
 • Adambaşına3300 dollar (172-ci)
ValyutaAvstraliya dolları
İnternet domeni.tv
ISO koduTV
BOK koduTUV
Telefon kodu+688
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Əsas məqalə: Tuvalu tarixi
1831-ci ildə Nukufetau atollunun sakini
1894-cü ildə Tuvalulu qadın

Arxipelağın erkən tarixi ətraflı öyrənilməmişdir. Təxminən bizim eramızın 500-cü ilində Tuvalu arxipelaqının 300 adasında TonqaSamoadan gələn gəlmələr məskunlaşmışdır. Nanumanqa adasında olan bir mağaradan tapılmış tonqal izləri arxipelağın daha əvvəl məskunlaşılmasını düşünməyə əsas verir. Tuvalunu ilk kəşf edən avropalı ispan dəniz səyyahı Mendanya de Neyra olmuşdur. O, 1568-ci ildə adaların yanından keçmişdir.Səyahətçi arxipelağı "Laqun adaları" kimi adlandırdı. XVIII əsrə qədər Tuvalu başqa dəniz səyyahları tərəfindən yaxşı öyrənilməmişdi. Yalnız 1788-ci ildə ingilis kapitanlar Tomas Gilbert və Con Marşall adaya ekspedisiya təşkil edib arxipelağın bir hissəsini ətraflı tədqiq etmişdilər. 1819-cu ildə Kanada gəmisi "Rebekka"nın kapitanı arxipelağı gəminin sahibinin şərəfinə "Ellis adaları" kimi adlandırmışdı.XIX əsrin birinci yarısında balina ovçuları gəmilərlə Tuvaluya səyahət etməyə başladılar. Lakin əcnəbi gəmilərinin yan alması üçün əlverişli limanlar olmadığına görə əcnəbilər burada yaşayış məntəqəsinin əsasını qoymamışdılar.

İnzibati bölgü

Tuvalunun inzibati olaraq 7 ada (Nanumea, Niutao, Nanumanqa, Nui, Vaitupu, Nukulaelae və Nukufetau) və 1 şəhər bələdiyyəsinə (Funafuti) bölünmüşdür.[2]

Əyalətİngilis dilində adİnzibati mərkəzSahə,
km²
Əhali (2002)Sıxlıq
adam/km²
1VaitupuVaitupuAsau5,601591284
2NanumanqaNanumangaTonqa2,78589212
3NanumeaNanumeaLolua3,87664171
4NiutaoNiutaoKuliya2,53698276
5NuiNuiTanrake3,25548169
6NukulaelaeNukulaelaeFanqaua1,82393216
7NukufetauNukufetauSavave2,99586196
8FunafutiFunafutiVaiaku2,7944921610
Hamısı25,639 561373

Adaları

  • Funafuti
  • Nanumaya
  • Nanumea
  • Nui
  • Niutao
  • Niulakita
  • Nukufetau
  • Nukulaelae
  • Vaitupu

İqtisadiyyat

Ölkənin əhalisi natural kənd təsərrüfatı ilə məşğuldur. Adaların şoran torpağında yalnız kokos palması bitir. Balıq ehtiyatları Tuvalunun əsas təbii sərvətlərindəndir. Yerli kişilərin bir hissəsi xarici gəmilərdə matros kimi işləyir, yerdə qalanların çoxusu xaricə köçmək arzusundadır.

İstinadlar